Tək Allaha ibadət etməyin vacibliyi
Birinci məsələ.
İbadət sözünün mənası və üzərində qurulduğu əsaslar
İbadət sözünün lüğəti mənası: zəlil olmaq və alçalmaq deməkdir. Məsələn ərəbcə uzanmış halda olan dəvəyə “bəirun muəbbədun”, ayaqlar altında tapdanaraq düzəlmiş yola isə “tariqun muəbbədun“ deyilir.
İbadət sözünün istilahi mənası isə belədir: Allahın sevdiyi və razı qaldığı hər bir zahiri və batini söz və əməl ibadət adlanır.
İbadətin bəzi növləri haqda söhbət açdıqda bunu izah edəcəyik. İbadət üç sütun üzərində qurulur:
1. Pak və müqəddəs olan Allahı kamil şəkildə sevmək. Uca Allah buyurur: “İman gətirənlərin Allaha olan sevgisi isə daha güclüdür” (əl-Bəqərə, 165).
2. Allahın mərhəmətinə tam şəkildə ümid bəsləmək. Uca Allah buyurur: “Onlar Allahın rəhmətini umurlar...” (əl-İsra, 57).
3. Nöqsansız və qüsursuz Allahdan layiqincə qorxmaq. Uca Allah buyurur: “və Onun əzabından qorxurlar” (əl-İsra, 57).
Pak və müqəddəs Allah bu üç əzəmətli əsası “əl-Fatihə” surəsində cəm etmişdir: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli
və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına!” Birinci ayədə məhəbbət vardır. Belə ki, Allah nemət verəndir, elə buna görə də O,
sevilməlidir. İkinci ayədə ummaq vardır, Mərhəmətli olanın da rəhm edəcəyinə ümid bəsləmək lazımdır. Üçüncü ayədə isə qorxu vardır,
haqq-hesab çəkən və cəza verənin əzabından isə qorxmaq gərəkdir. Sonra Uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edir...”, yəni
ey Rəbbim, mən sənə üç şeylə ibadət edirəm: “Həmd olsun aləmlərin Rəbbi Allaha” ayəsinin dəlalət etdiyi məhəbbətlə, “Mərhəmətli və Rəhmliyə” ayəsinin dəlalət etdiyi ümid bəsləməklə və bir də “Haqq-hesab gününün Hökmdarına!” ayəsinin dəlalət etdiyi qorxu ilə.
İbadət yalnız iki şərtlə qəbul olunur:
1. İbadət olunanın qarşısında ixlaslı olmaq. Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək əmr olunmuşdu” (əl-Beyyinə, 5); “Doğrusu, əsl din ancaq Allaha məxsusdur” (əz-Zumər, 3); “De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm” (əz-Zumər, 14).
2. Peyğəmbərin (s.a.s) yolunu tutub getmək. Belə ki, Uca Allah yalnız Peyğəmbərin (s.a.s) yoluna uyğun olan əməlləri qəbul edir. Uca
Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7). O həmçinin buyurur:
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin
hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca, iman gətirmiş olmazlar” (ən-Nisa, 65).
Rəsulullah (s.a.s) belə buyurmuşdur: “Kim bizim bu işimizə (dinimizə) ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar.” ("Səhih Buxari", 2697.) Yəni onun özünə qayıdar.
Allah üçün ixlasla edilməyən və Peyğəmbərin (s.a.s) sünnəsinə müvafiq olmayan bir əməl faydasız hesab olunur. Fudeyl ibn İyad (r.a)
Uca Allahın “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün“ (Hud, 7; Mulk, 2) ayəsi barəsində demişdir: “Yəni ən
ixlaslı və ən dürüst olanını.” Soruşdular ki, ey Əbu Əli! Ən ixlaslı və ən dürüst olanı nə deməkdir? Dedi: “Əgər bir əməl ixlasla yerinə yetirilsə, lakin düzgün olmazsa, qəbul olunmaz. Həmçinin, əgər dürüst olsa, ancaq ixlasla yerinə yetirilməzsə, yenə də qəbul olunmaz. Gərək həm ixlasla yerinə yetirilə, həm də dürüst ola. İxlasla deyildikdə, yalnız Allah üçün edilən əməllər, dürüst deyildikdə isə Sünnəyə müvafiq olan əməllər nəzərdə tutulur.” ("Hilyətul-Övliya", 8/95.)
Uca Allahın “əl-Kəhf” surəsinin axırındakı ayəsi bu iki şərti özündə cəm edən ayələrdəndir: “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110).
İkinci məsələ
İbadətin bəzi növləri haqqında
İbadətin bir çox növləri vardır. Allahın sevdiyi və razı qaldığı hər bir zahiri və batini söz və ya əməl özlüyündə bir ibadət sayılır. Aşağıda ibadətin bəzi növlərini qeyd edəcəyik:
1. Dua: Bu da iki qismə bölünür: istək duası və ibadət duası.
Uca Allah buyurur: “Dini məhz Allaha aid sayıb, Ona dua edin!” (Ğafir, 14); “Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!” (əl-Cinn, 18); “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox
azmış kim ola bilər? Halbuki, o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər” (əl-Əhqaf, 5-6).
Kim Allahdan başqasına dua edərək ondan yalnız Allahın qadir olduğu bir şeyi istəyərsə–dua edilənin diri və ya ölü olmasından asılı olmayaraq həmin şəxs kafir və müşrik sayılar. Diri bir şəxsə müraciət edərək onun edə biləcəyi bir şeyi, məsələn: “Ey filankəs mənə
yemək ver!” və ya “Mənə su ver!”– deyə istəyənə gəldikdə isə onun əməlində bir qəbahət yoxdur. Bu istəyi ölüyə və ya həmin yerdə olmayan bir şəxsə ünvanlayan kəs isə müşrik sayılır. Çünki ölü və ya həmin müraciəti eşitməyən kəs onun istəyini yerinə yetirə bilməz.
Qeyd edildiyi kimi duanın iki qismi vardır: istək duası və ibadət duası. İstək duası Allahdan dünya və axirətin xeyrini diləməyə deyilir. İbadət duasına isə bütün zahiri və batini yaxşı əməllər daxildir. Çünki Allaha ibadət edən kəs dili və qəlbi ilə Allahdan onun ibadətini qəbul etməsini və ona savab yazmasını diləyir.
Qurani Kərimdə dua etməyə aid varid olan əmrlər, Allahdan qeyrisinə dua etməyə dair qadağalar və dua edənlərin əldə etdikər savablar barəsindəki ayələr həm istək dualarına, həm də ibadət dualarına şamil edilir.
2, 3, 4. Sevgi, qorxu və ümid bəsləmə də ibadətin növlərindəndir. Yuxarıda qeyd etmişdik ki, bunlar ibadətin sütunlarıdır.
5. Təvəkkül də ibadətin bir növüdür. Bu, kiməsə və ya nəyə isə arxayın olmaq deməkdir. Allaha təvəkkül etmək: xeyir qazanmaq və
zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutaraq hər bir işi ürəkdən Uca Allaha həvalə etmək, Ona arxayın
olmaq və Ona inanmaq deməkdir. Uca Allah buyurur: “Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (əl-Maidə, 23). O həmçinin buyurur:
“Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” (ət-Talaq, 3).
6, 7, 8. Rəğbət bəsləmək, qorxmaq və müti olmaq da ibadətin növləridir. Rəğbət bəsləmək istədiyin bir şeyə nail olmaq üçün
çalışmaqdır. Qorxmaq qorxduğun bir şeydən çəkinməkdir. Müti olmaq isə Allahın əzəməti qarşısında zəlil olmaq və boyun əyməkdir ki,
bununla insan Allahın həm kainata, həm də şəriət qayda-qanunlarına aid qəzavü-qədərinə boyun əymiş olur. Uca Allah bu üç növ ibadət
barəsində belə buyurur: “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 90).
9. Qorxu: Qorxduğu şeyin hökm sahibi olduğunu və əzəmətini dərk edərək ondan qorxmaq. Uca Allah buyurur: “Onlardan qorxmayın, Məndən qorxun...” (əl-Bəqərə, 150); “Onlardan qorxmayın, Məndən qorxun” (əl-Maidə, 3).
10. Yönəlmək: Allahın buyruqlarını yerinə yetirmək və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha üz tutmaq deməkdir. Uca Allah buyurur: “Rəbbinizə üz tutun və Ona itaət edin” (əz-Zumər, 54).
11. Yardım diləmək: Bu, həm dini, həm də dünyəvi işlərin həyata keçirilməsi üçün Allahdan kömək diləməkdir. Uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (əl-Fatihə, 5). Peyğəmbər (s.a.s) İbn Abbasa belə tövsiyə etmişdir: “Kömək diləmək istəsən, onu yalnız Allahdan dilə...” ( "Sünən Tirmizi", 2516; "Müsnəd Əhməd", 1/307. Bu hədisi Tirmizi “hə- sən”, Hakim isə “səhih” hesab etmişdir.)
12. Sığınmaq: Bu, xoşa gəlməyən bir şeydən qorunmaq üçün Allahdan himayə və sığınacaq istəməyə deyilir. Uca Allah buyurur:
“De:–Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən” (əl-Fələq, 1-2). O həmçinin buyurur: “De:–Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən” (ən-Nas, 1-2).
13. Kömək diləmək: Bu, əzabdan və həlak olmaqdan qurtulmaq üçün yardım istəməkdir. Uca Allah buyurur: “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi” (əl-Ənfal, 9).
14. Qurban kəsmək: Bu, Allaha yaxınlaşmaq məqsədilə xüsusi bir qaydada heyvanı kəsib qanını axıtmağa deyilir. Uca Allah buyurur: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam, 162). O həmçinin buyurur: “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kovsər, 2).
15. Nəzir: Bu, insanın hər hansı bir işi görməyi və ya vacib olmayan xeyirxah bir əməli yerinə yetirməyi özünə vacib etməsidir. Uca Allah buyurur: “Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar” (əl-İnsan, 7).
Burada ibadətin bəzi növlərini qeyd etdik. Bütün bu ibadətlər yalnız Allaha yönəlməli və Ondan qeyrisinə aid edilməməlidir. İbadət, hansı əzalarla yerinə yetirilməsi baxımından üç qismə bölünür:
Birinci qism qəlblə olunan ibadətlərdir ki, buna sevgi, qorxu, ümid bəsləmək, yönəlmək, qorxmaq, təvəkkül etmək və s. aiddir.
İkinci qism dillə olunan ibadətlərdir ki, buna həmd etmək, lə ilahə illəllah demək, subhanallah demək, bağışlanma diləmək, Quran oxumaq, dua etmək və s. aiddir.
Üçüncü qism bədən üzvləri ilə olunan ibadətlərdir ki, buna da namaz, oruc, zəkat, həcc, sədəqə, cihad və s. aiddir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tək nəfərlik pizza (foto resept)
HAVA necə olacaq?
Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb
Günün ulduz falı
Gözəl kirpiklər üçün 3 tövsiyə
Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?
Ərik cemi ilə piroq (foto resept)
Bütün kalorilər yansın!
Gülməli heyvan şəkilləri
Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinin əleyhinə qətnamə qəbul edib
Aslı Murata “yox” dedi - SƏBƏB
Yaşı 30-dan çox olan və kosmetikasız qadınlar maşın sürə biləcəklər
Sevgi belə görsənir
Kəvərli tart (foto resept)
Gizli insan üzlərini tapın
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Qeyri-adi etiraz aksiyası
Çəkmə modelləri
P vitaminin faydaları
Fernando Alonso: Dünyada ən sürətli küçə treki Bakıdadır
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
ABŞ erməniləri dəstəkləyir
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
Koronavirus Nyu-Yorka Asiyadan deyil, Avropadan gedib
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Bürclərinə görə gəlinlər
Bu cütlüyün boy fərqi 1 metrə yaxındı
Siz hansı tip anasınız?
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Məşhur model siyasətçi olmağa hazırlaşır
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Saç tökülməsinin səbəbləri
Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun
Hadisə övladlığa uşaq götürəcək
"Hercai"nin sevilən aktyorundan əskərlik FOTOsu
Nika Huk
BlackBerry yeni smartfonu satışa çıxarır
Marketlərdə ciddi ucuzlaşma başlayıb
Ermənistan Kürə zəhər axıdır
NASA açıqladı: Marsa ilk dəfə qadın gedəcək
Bakıda təkrar mənzillər ucuzlaşdı
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
İlk LTE TDD şəbəkəsi istifadəyə verildi
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Koronavirus daha bir cütlüyün ayrılıq səbəbi oldu
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Bakı metrosunun kart sistemində yenilik
Zakir Həsənov Ukrayna səfiri ilə görüşdü
- ŞƏRHLƏR