Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Uca Allaha qarşı ən əhəmiyyətli ibadət vəzifəmiz gündə beş dəfə qıldığımız namazlarımızdır. Yetkinlik çağına gələn, ağıllı hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir.
Namaz bizi Yaradan, Yaşadan, saysız-hesabsız nemətləri verən uca Allaha qarşı bir qulluq vəzifəmizdir.
Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, qulluq borclarını ödəmiş və Allahın məmnuniyyətini qazanmış, dünya və axirət xoşbəxtliyinə qovuşmuş olurlar.
Görəsən, bu zamanda sübh namazına qalxa bilmədiyi üçün ağlayan, peşman olan, tövbə və istiğfar edən, "Necə qalxa bilərəm" deyə çırpınan nə qədər mömin var?
Beş vaxt namaz qılan möminlər içində həftədə, ayda və ya bir neçə ayda bir sübh namazı qaçıranların sayı olduqca çoxdur. İstəsəniz, başda öz nəfsinizdə, sonra ətrafınızda kiçik bir araşdırma aparın. Bu acı həqiqəti bütün çılpaqlığıyla görəcəksiniz.
Halbuki, sübh namazı və bütün fərz namazlar başda Peyğəmbərimizin (s.ə.s.) və onun seçkin səhabələrinin üzərində titrədiyi möhtəşəm bir ibadətdir. Bir mömin sübh namazını qaçırdığına "ağlını qaçırmış kimi" dəli, divanə olmalı, dünyası qaralmalı, onda iştah olmamalı, axşama qədər özünü cəzalandırmalıdır.
Sübh namazını qıla bilmədiyi gün yer yerindən oynamalıdır, ağlı başından getməli, tövbə və istiğfar üçün Allaha əl açmalı, yalvarmalı, üzr istəməlidir.
Hamısından önəmlisi isə səhər namazını qaçırma işini qətiliklə "sıravi" görməməli, "ola bilər" deyə qəbul etməməli, nəfsinə, qəflətinə, yuxusuna üsyan etməlidir. "Harada səhv etdim? Hansı tədbiri almalıyam ki, bir daha bu kədərli əzaba düşməyim?" deyə həll yolları axtarmalı, tapmalı və dərhal tətbiq etməlidir. Çünki söz mövzusu olan uşaq oyuncağı deyil, adi bir hadisə deyil, üç günlük dünya həyatını maraqlandıran bir məsələ deyil. Sözünü etdiyimiz bizim, kainatın və hər şeyin Sahibi, Sultanı, Yaradıcısı olan Allahın hüzuruna girmək, Onun dərgahında səcdəyə bağlanmaq, canımız, cananımız, varlığımız, sevənimiz, sevgilimiz olan Zat-ı Zülcəlala ibadət etmə məsələsidir. Dünyada heç bir şey bundan daha mühüm, daha lazımlı, daha sevimli ola bilməz. Əgər burada bir əskiyimiz varsa, xəta bizdədir. Bir mömin həftədə bir, ayda bir səhər namazına dura bilmədiyini normal görə bilməz, qəbul etməz!
Namazlarımızı vaxtında qıla bilmiriksə, bu gedişə dayan demək, diqqətsizliyimizə, laqeydliyimizə üsyan etmək, "Artıq yetər" demək məcburiyyətindəyik.
Qulu olmaqla fəxr etdiyimiz Rəbbimiz bizdən belə bir laqeydlik istəmir.
Ümməti olmaqla şərəfləndiyimiz Sevgili Peyğəmbərimiz (s.ə.s.) bizə məsuliyyətsizliyi öyrətməyib. O, bütün ömründə yalnız bir dəfə sübh namazını qılmayıb. O da döyüşdən döndükdən sonra həddindən artıq yorğun və yuxusuz olduğu üçün və növbətçinin yatması üzündən, bəlkə də ümmətinə belə vəziyyətlərdə necə davranması lazım olduğunu dərs vermək hikmətiylə olmuşdur.
Həqiqət bu ikən sübh namazına laqeyd qala bilmərik.
Sübh namazı üçün necə bir vəziyyətdə olursaq-olaq, istər onu həftədə bir, istər ildə bir, hətta bir neçə ildə bir qaçırmış olsaq, özümüzü toplamalı və namazlarımıza qarşı diqqətli və məsuliyyətli olmalıyıq.
XƏBƏR LENTİ
Ərdoğandan ermənilərə sillə
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Azərbaycan neftinin qiyməti dəyişdi
Azərbaycan və İraq İKT sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!
Cennifer Eniston İtaliyada dincəlir-FOTO
HAVA necə olacaq?- 11 MART
"Qırmızı Şeytanlar" tarixində ilk dəfə "üçlüy"ə düşə bilmədilər
LG yeni smartfonunu göstərəcək
Bananlı bulka(foto resept)
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Eliksirlə 10 yaş cavanlaş!
HAVA necə olacaq?-5 dekabr
Çatlaq izlərinin çarəsi kartof
Sabahın HAVASI
Palazzo şalvar modelləri
Bədənin siqnal verdiyini göstərən hallar
Kələm salatı (foto resept)
Lotereyada 156 milyon dollar uddu
Təzə il geyimləri
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Onlar çoxalmaq üçün insan qanını içirlər
Visente Del Boske qələbələrini xəstə oğluna həsr edir
Naomi koronavirusdan qorunmaq üçün bu yola əl atdı - FOTO
Şaftalı pirojnası (foto-resept)
NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi
DYP rayona getmək istəyənlərə MÜRACİƏT ETDİ
Tibb işçiləri hansı xəstəxanalarda koronavirusa yoluxublar? - AÇIQLAMA
Fahriye Evcen Şərtlərini Açıqladı
Aslılıq yaradan qidalar
Saakaşvilinin pasportu əlindən alındı
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Con Kerri: "Bu mənim son dayanacağımdır"
HAVA necə olacaq?
Stounhenc
Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ
Super ərzaq
HAVA necə olacaq? 18 İyun
"Qalatasaray"da nə baş verir?
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Pomidor şorbası (foto resept)
Türkiyə parlamenti Minsk qrupunu tənqid etdi
Kartoflu, balıqlı toplar (foto resept)
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
İremin makiyajsız halı hər kəsi təəccübləndirdi-VİDEO
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Obamadan bəd xəbər
Jurnalistlərə şad xəbər
Yemək seçən uşağınızı yola gətirin
- ŞƏRHLƏR