Nədir sərhəd? Sərhəd deyəndə ağlımıza ilk gələnlərdən Vətən sərhəddidir. Ölkənin hüdudlarını təyin edir. Eynən bunun kimi kiçicik də olsa bir torpaq sahəsinə, evə sahib olanlar da sərhədlər təyin edir. Hətta heyvanlar aləmində də öz sərhədlərini təyin edərək burada hökmranlıq etmək kimi instinkt vardır. Heç kimin icazəsiz bu sərhədi keçmək hüququ olmur. Biz də hər kəs kimi icazəsiz başqalarının sərhəddini keçməməyə, sərhəd sahibinə olan hörmətdənmi, qorxudanmı və ya sevgidənmi onun qoyduğu qaydalara, yəni yenə də "sərhədlərə", amma bu dəfə davranışlarımıza qoyulan sərhədlərə əməl edirik. Məsələn, hər hansı bir yerdə işlədiyimiz zaman sahibin qoyduğu sərhədləri, bəzən haqsız hesab etdiyimizə baxmayaraq poza bilməməyimiz azmı olur? Və ya sevdiyimizin, əzizimizin bizim üçün təyin etdiyi sərhəddi sırf sevgidən dolayı aşmamağımız da az görülən vəziyyət deyil...
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da."
Şeyx Nizami, Allahın sevimli qulu - ilk baxışda zərərsiz görünən, həyat mənbəyi olan suyun istifadəsində belə həddimizi aşmamağı vurğulayaraq, əslində həyat dərsi verir. Həddini aşmamaq, sahiblərin çəkdiyi sərhəddlərə uymaq.
Bəs nə qədər də "yuxarılarda" dayanan sahib olsa da, axı o sahibin də sahibi vardır. Hətta ətrafda olan hər bir şeyin sahibidir O. Bilirəm ki, söhbətin Yaradandan getdiyini anladınız artıq. Tək olan, özündən başqa hər bir şeyi yaradan Allah! O doğmayıb, doğulmayıb, yaradılmayıb - O, sadəcə hər zaman var olub, çünki o, zamandan münəzzəhdir. O, hər bir şeyin əsil Sahibidir. Elədirsə, Onun sərhədləri, olar-olmazları, halal-haramları da vardır.
"İşdən qovularam" deyə müdirin qoyduğu həddi pozmağa cürət etməyən bəndə, necə olur ki, səni Yaradanın Cənnətindən qovularsan deyə qorxmayıb həddini aşmağa cürət edirsən?
Çünki hər şeyin Sahibinin Rəhmi vardır və sən bundan xəbərdarsan. Yaxşı bəs vicdan? Heçmi utanmazsan Rəbbinin hüzuruna çıxmağa?
Bəhlul Danəndə bir gün ibadətinə soyuq yanaşan, halal-haramı qarışdıran birisinin evinin qarşısından keçirmiş. Bu kişinin diz çöküb Allaha dua etməsinə şahid olur: "Allahım, mənim ruzimi artır, mənim al-verimi bol et, gəlirim bitməz-tükənməz olsun. Mənə sağlamlıq ver, düşmənlərimdən qoru, məni Cəhənnəm və qəbir əzabından qoru..." Bunları eşidən Allah dostu başlayır evin önündəki küpün içinə diqqətlə baxmağa. Ev yiyəsi olan bu kişi Bəhlul Danəndənin burada nə axtardığını soruşur. Cavabında: "İtirdiyim dəvəmi." eşidəndə,qəzəblənərək: "Sən dəlisən? - deyir,- Heç küpün içində dəvə axtararlar?". Bəhlul Danəndə belə cavab verir: "Mənim küpdə dəvə axtarmağım, sənin Allahın əmrlərinə doğru-dürüst əməl etmədiyin təqdirdə, ondan bu qədər arzu istəməyindən daha ağlabatandır. İndi, kimdir dəli?"
Bu rəvayətdən hansı nəticəyə gəlmək olar, hansı ibrəti götürə bilərik? Rəbbimiz olan Allahın Rəhmət və Məğfirət gücünü biz bəndələr tam dərk edə bilmərik. Amma unutmayaq ki, hətta ömür boyu ibadət etsək belə, Cənnətə düşmək səbəbimiz ibadətimiz olmayacaq. Heç kim Allahın Rəhməti olmadan Cənnətə girə bilməz. İnsan hər saniyə ya qazanır, ya itirir - üçüncü yol yoxdur. Allahı səmimi qəlbdən zikr etdiyimiz hər saniyəmiz qazancımız, Onu unutduğumuz hər saniyəmiz itkimizdir. İndi özünüz düşünün - orta hesabla 60 il ömür sürən bir insan bu illərin nə qədərində itirib, nə qədərində qazanıb? Ömrünün hər saniyəsində Onu zikr edə bilən neçə insan tanıyırıq? Hər nəfəsində etməli olduğumuz şükür borcumuzu hansımız edə bilirik? Çox çətindir, düzdürmü? Peyğəmbərimiz (s.ə.v) qızı hz. Fatiməyə burur ki: "Qızım, Fatimə, mən - sənin atan, Peyğəmbər - axirətdə sənə dayaq ola bilmərəm, namazlarına diqqətli ol!.." Peyğəmbər qızının Allahdan başqa qurtuluşu yoxdursa, biz kimə güvənirik? Kimdən şəfaət umuruq? Peyğəmbərdənmi? Axı şəfaət etsələr belə, yenə də Yaradanın Rəhməti ilə olacaq. Bəs Yaradanın sahib olduqları üçün qoyduğu sərhədlərə əməl etmədən Ondan nələr isə istəməyimiz nə dərəcədə ağlabatandır və ya vicdana yaraşandır? Bəlkə istəklərimizin içində öncə nəfsimizə hakim olmaq arzusunu qataq? Daha faydalı olmazmı?
Gəlin, özümüzə bir vaxt ayıraq, nə qədər də zamanımız yoxdur desək də, başımızı yastığa qoyduğumuz zaman 5-10 dəqiqə düşünək heç olmasa. Görək ki, keçirdiyimiz 24 saat ərzində "Sahibimizin sərhədlərini" nə qədər pozmuşuq? Nə qədərinə əməl etmək gücümüz oldu? Bizə əslində axirəti, daimi həyatı qazanmaq üçün verilən hər 24 saatın nə qədərini bu məqsədə sərf etdik? Bir saatmı? Yoxsa daha azmı? On saatmı? 24 saat varkən yetərlidirmi bu? Gözümüzü açandan dünyaya uyub gedirik, "bekar olanda Allahın sərhədlərinə zaman ayıraram" deyə düşünərək günlər ötür, aylara, illərə keçir... biz isə o bekarçılığı tapa bilmirik. 24 saat ərzində güldüyün, əyləndiyin, boşa sərf etdiyin saatlar gəldimi gözünün önünə? Peşman oldunmu? Tüklərin ürpərdimi? Ürəyin az da olsa titrədimi? - bunları düşünərkən bu halları keçirdinsə, deməli hələ ümidin, qurtuluiş şansın var...
Eləysə durma, zaman itirmə, qəlbinin dərinliklərindən gələn səslə dua et: "Allahım, mən də Sənə təslim olanlardanam demək istəyirəm! Allahım, məni də özünə vəli qullarından qərar ver! Allahım, məni Sənə çatdıracaq vəsiləni göndər!" Çünki bu, Yaradanın bir əmridir:
Maidə/35: "Ey iman gətirənlər, Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasnız."
Həddimizi aşmamaq arzusu ilə...
Bəqərə/190: "...Həqiqətən Allah həddi aşanları sevmir."
XƏBƏR LENTİ
Moldova millisi Putinin cavabını verdi
Dərimiz niyə quruyur?
Gürcüstanın baş naziri Azərbaycana gəlib
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Zebra çəkməyi öyrənək
Ermənilər daha bir məscidimizi tövləyə çevirdi - VİDEO
Qohumluq əlaqələri cəmiyyəti ailəyə çevirir
Balqabaq cemi (foto resept)
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
Düşmən orduda çaxnaşma
Ata 10 yaşlı oğlunu çarmıxa çəkdi
Toy günü elə bir şey istədi ki...-FOTO
Ordu döyüş vəziyyətində
Uzunömürlü ailələrin sirri
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər tətbiq edilir: YENİ XİDMƏT
Qurbanlıq heyvanları onlayn necə alacağıq? - VİDEOREPORTAJ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Badımçanlı rulet (foto resept)
Çinin Apple-i sürətlə inkişaf edir
Şaftalının faydaları
Məşhur aktrisa 98 kq arıqladı-FOTO
Qadın və kişi arasındakı fərq
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
ABŞ-dan şok etiraf
Çobanyastığı maskası
Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır
Arda Turan evləndi – FOTO
Atəş altında olan Qapanlıdan xəbər var
Meditasiyanın insana qazandırdığı keyfiyyətlər
Romantik şamlar
Sel Astaraya ziyan vurub
Özünüzü motivasiya etməyin 10 yolu
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
İpoteka götürmək üçün maaşınız bu qədər olmalıdır
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək
Fransız rejissor islamı qəbul etdi
Gilas souslu ördək (foto resept)
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Kəsmikli, qaymaqlı tort (foto resept)
Əllərə necə qulluq etməli?
Almadan Qu quşunun hazırlanması
Ağıllı soyuducu təqdim edildi
Diqqət! Gmail.com poçtunda virus
Ermənilər terrorçuları Qarabağa gətirirlər
- ŞƏRHLƏR