əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi
(Məkkədə nazil olmuşdur, 60 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
- (Toz-torpağı) sovurub-dağıdan küləklərə;
- Yağış yüklü buludlara;
- Asanlıqla üzüb gedən gəmilərə;
- Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
- Sizə vəd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
- Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür
- (Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
- (Ey müşriklər!) Sizin (Quran və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bəziniz Qurana şer, Peyğəmbərə şair, bəziniz də Qurana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
- Ondan (Qurandan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qurandan və Peyğəmbərdən də elə o dönər!)
- Məhv olsun yalançılar! (Allah onlara lənət eləsin!)
- O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
- Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
- O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
- (Mələklər onlara deyəcəklər: ) Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!
- Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
- Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
- Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar
- Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.
- Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.
- Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
- Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
- Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
- Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
- (Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
- Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): Bunlar tanımadığım kimsələrdir! dedi.
- O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
- Onu qabaqlarına (qonaqların qabağına) qoyub:Bəlkə, yeyəsiniz! dedi
- (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: Qorxma! dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
- (Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)
- Onlar: Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir! dedilər.
- (Sonra İbrahim) dedi: Ey elçilər! Sizin işiniz nədir?
- Onlar dedilər: Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.
- Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).
- (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!
- Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan möminləri çıxartdıq.
- Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq.
- Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).
- Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fironun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.
- O, bütün əyanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): Bu sehrbazdır, yaxud da dəlidir! demişdi.
- Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).
- Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.
- O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.
- Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın! deyilmişdi.
- Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.
- Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).
- Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.
- Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
- Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)
- Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!
- (Ya Rəsulum! Bu insanlara de: ) Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
- Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
- (Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
- Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!
- (Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).
- Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
- Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!
- Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!
- Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!
- Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
- Vəd olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!
XƏBƏR LENTİ
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Sənatkarın ailəsi mətbuata əsəbləşdi
Hava küləkli olacaq
Ronaldodan yeni rekord
Uşağı neçə yaşında idmana yazdırmalı?
Dahi azərbaycanlının əziz xatirəsinə
Türkiyə kuboku: "Qalatasaray" matçında 15 top vuruldu
Könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlərin nəzərinə - RƏSMİ
"Darvanuel" fransız salatı
Qeyri-adi çantalar
Donlar (2)
Günün ulduz falı - 25.02.2014
Yerə böyük asteroid yaxınlaşır
Narlı-çuğundurlu salat (foto resept)
Saymon Kouel əməliyyat olunacaq
Gözəl ayaqlara sahib olmaq üçün 3 tövsiyə
Fidan bu gün çıxış edəcək!
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Qadın.netlilərin pis vərdişləri
Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək
Gəlinlər üçün saç modelləri
Birinci xanımlarla bağlı maraqlı faktlar
Teymur Rəcəbov xanımı ilə
Bir az da əylənək
Və qəflətən Azərbaycana qış gəldi...
Gecə yatarkən qıvırcıq saçları qorumağın 3 yolu
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-56
Murad Dalkılıç Acun Ilıcalını dostluqdan çıxartdı
Ağ dişlər üçün ən sadə üsul
İnsan orqanizmində plastik kütlə aşkarlanıb
İsti qurbanlarının sayı 2000-i ötdü
Hollandiyanın adı dəyişdirildi
Pensiya, müavinət və maaşlar artırılacaq
Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı
Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Özcanın keçmiş arvadı hamilədir?
Putin Qarabağda atəşkəsin pozulmasından danışdı
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Azərbaycan elmində adlar dəyişir
Qubadlı-Laçın istiqamətində düşmən mövqelərindən qaçdı
Hamiləlik dövründə badam yeməyin faydası
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Evdə hazırlaya biləcəyiniz saç boyaları
Telefonunuzu gecə rejiminə qoymayın – XƏBƏRDARLIQ
Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin (2)
“Taxt oyunları” -nın aktrisası serialdakı taxtı evinə apardı - FOTO
Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO
- ŞƏRHLƏR