- (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz
- Sizə nə olub ki, danışmırsınız?
- Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
- (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
- (İbrahim onlara) dedi: Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
- Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!
- Onlar dedilər: Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!
- Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
- (İbrahim oddan xilas olduqdan sonra) dedi: Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!
- (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!
- Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
- O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!
- Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
- Biz ona belə xitab etdik: Ya İbrahim!
- Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
- Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
- Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
- (Onu belə yad edirlər: ) İbrahimə salam olsun!
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
- Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
- Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
- Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
- Biz Musa və Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.
- Onların hər ikisini böyük fəlakətdən (Fironun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.
- Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
- Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.
- Onların hər ikisini doğru yola müvəffəq etdik.
- Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
- (Onları belə yad edirlər: ) Musaya və Haruna salam olsun!
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
- Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi.
- Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
- Bir zaman o öz tayfasına belə demişdi: Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?
- Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?
- Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?
- Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
- Yalnız Allahın müxlis bəndələrindən başqa!
- Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
- (Onu belə yad edirlər: ) İlyasinə (İlyasa) salam olsun!
- Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
- Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
- Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
- (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
- Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
- Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
- Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
- Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?
- Həqiqətən, Yunis də (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
- (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
- (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
- (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.
- Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
- Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.
- Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
- Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.
- Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
- Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.
- (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?
- Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
- Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
- Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır). Onlar, həqiqətən, yalançıdırlar!
- Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!
- Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
- Heç düşünürsünüz?!
- Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
- Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!
- (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
- Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
- Allahın müslis (mömin) bəndələri isə istisnadır.
- (Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
- Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;
- Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
- (Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
- Həqiqətən, biz səf-səf dururuq.
- Və (Allahı) təqdis edib şəninə təriflər deyirik.
- (Məkkə müşrikləri) təkidlə belə deyirdilər:
- Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
- Biz də mütləq Allahın müxlis bəndələri olardıq!
- Amma onu (Quranı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
XƏBƏR LENTİ
Köpüklü cupcake (foto resept)
Qızıl-gümüş bazarında vəziyyət necədir? - VİDEO
Sadə gəlin buketləri
Bir-birindən gözəl manikür modelləri
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Pensiya ilə bağlı yenilik
"Matrisa" yenidən çəkilir
"1 həftəyə 5 kq arıqla"
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?
Üz formasına görə qaş formaları
Azərbaycanda bu il nə qədər yol çəkilib?
Aylıq telefon xərcindən necə azad olmaq olar?
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Darçınlı, qozlu piroq (foto resept)
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
"Quş qripi" qayıdır
Spenserin düşüncələri
Gecə üçün uzun ziyafət geyimləri
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
"Tənbəl" dolması (foto resept)
Evlənmədən öncə belə deyildin. Niyə dəyişdin?
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Ac qarına yol verilən 4 xəta
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Hamilələrdə doğuş qorxusu
Hadise yenə "hadisə" yaratdı-FOTO
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Bu insanlara heç vaxt yalan danışmayın!
Leyla Əliyeva "Jara-2017" musiqi festivalına fəxri qonaq qismində qatılıb
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
Yas mərasimlərinin keçirilməsi qadağan edildi
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Dadlı toyuq budları(foto resept)
Güzgüylə dizayn edilmiş otaqlar
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Günün ulduz falı
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Krediti olanlara qoyulan məhdudiyyət aradan götürülür
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Bu qadının sirri nədir?" - FOTO
Zidan evlənir
Santa Klausun qatarı
- ŞƏRHLƏR