Qiyamətdə gənclik neməti soruşulacaq
Bütün insanlığı həyat verən sözləriylə xəbərdar edən Allahın Elçisi (s.a.s.) "verilən nemətlərin haqqıyla qiymətləndirilməsi" mövzusu üzərində çox dayanmışdır. Belə ki, mövzuyla əlaqədar bir hədisində belə buyurur:
"İnsan oğluna bu beş şeydən hesab soruşulmadıqca onun ayaqları qiyamət günündə Rəbbinin hüzurundan ayrılmayacaq: ömrünü harada keçirdiyindən, gəncliyini harada keçirdiyindən, malını harada qazanıb, hara xərclədiyindən və öyrəndiyi elmə necə əməl etdiyindən" (Tirmizi, Sifəti-l Qiyamə:1).
Göründüyü kimi, burada hər yaşdakı insanı yaxından maraqlandıran beş nemətin hesabının sorulacağı ifadə edilməkdədir.
Ömrünü harada keçirməsinin soruşulması "həyat neməti"nin və insana ehsan edilən "zaman"ın harada sərf olunduğuyla əlaqədardır. İnsana həyatı və zamanı ehsan edən Allah olduğuna görə, bu nemət Onun razılığı və əmrləri istiqamətində istifadə edilməlidir.
Uca Peyğəmbərimiz (s.ə.s.) , İbni Abbasdan rəvayət edilən bir hədisdə, "İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır: Səhhət və boş vaxt" (Tirmizi, Zühd: 2405 ) buyuraraq mühüm bir zəifliyimizə diqqət çəkmişdir. Təəssüf ki, xüsusilə səhhət və zaman baxımından bol imkanları olan gənclər bu barədə yanılırlar.
"Gəncliyi harada keçirdiyi"nin soruşulması isə birbaşa gəncləri maraqlandırmaqdadır. Bu sorğu-sual "gəncliyin gözəl yaşamaq, vaxtını xoş keçirmək, gülüb əylənmək" üçün verilmədiyini göstərir. Madam ki, gənclik Allahın nemətləri baxımından bir çox müsbət tərəfləri olan bir dövrdür, o zaman bu neməti Allahın izni dairəsində istifadə etməliyik. Gənclərə ehsan edilən "güc, qüvvət, sağlamlıq" kimi nemətlər daha çox savab qazanmanın bir vasitəsi olmazsa, dünyada da, axirətdə də başımıza bəla ola bilər.
"Malın harada qazanılıb hara xərcləndiyinin" soruşulması da bütün insanları xəbərdar edən bir həyəcan zəngi hökmündədir. Çünki bu cümləylə hər kəsin halal qazanıb halal yollara xərcləməsi istənilir. Pulu Allahın razı olduğu yollarla qazanmaq və Onun razılığına uyğun yerlərə sərf etmək, dünyəvi xərcləmələrimizdə israf etməmək lazımdır.
"Öyrənilmiş elmə necə əməl etdiyi"nin soruşulması vacib olanın öyrənmək deyil, onu həyata keçirmək olduğunu göstərməkdədir. Quranda Rəbbimiz öyrəndiyi elmi tətbiq etməyən insanları "kitab daşıyan uzunqulaqlara" bənzətməkdədir. Çünki hər ikisinin də daşıdığı elmdən bir qazancı yoxdur. Yenə Peyğəmbərimizin (s.a.s.) "İnsanlar həlak oldular alimlər istisna, alimlər də həlak oldular elmiylə əməl edənlər istisna, əməl edənlər də həlak oldular ixlaslı olanlar istisna, ixlaslılar da böyük bir təhlükənin üzərindədir" hədisi hamımızı titrətməli və daha diqqətli olmağa sövq etməlidir.
Yuxarıdakı izahlarla birlikdə bu hədisdə əhəmiyyətli bir suala da cavab var.
Bu hədis "Qocalanda ibadət edərik" deyən gənclərin böyük səhv etdiyini göstərir. Beləcə, insanın yalnız yaşlılıq dövründə deyil, gəncliyində etdiklərindən də məsul olduğu xəbərdarlıq edilir.
Necə ki, Quranın Zilzal surəsində "Kim zərrə qədər yaxşılıq etsə onu görər, kim də zərrə qədər bir pislik etsə, onu görər" buyurularaq insanın bütün ömründə etdiklərindən məsul olduğu ifadə edilmişdir.
Yuxarıdakı hədisi tamamlayan bu hədisdəki xəbərdarlıqları da dinləmək lazımdır:
"Beş şey gəlmədən əvvəl beş şeyi fürsət bil
1. Ölüm gəlmədən əvvəl həyatının;
2. Xəstəlik gəlməmişdən əvvəl sağlamlığının;
3. Məşğuliyyət gəlib çatmadan əvvəl boş vaxtının;
4. Qocalıq gəlmədən əvvəl gəncliyinin;
5. Kasıblıq gəlmədən əvvəl zənginliyinin".
(Hakim: Müstədrək )
Rəbbim cümləmizi həyatını, sağlamlığını, zamanını, gəncliyini və zənginliyini Allahın rizası yolunda sərf edənlərdən etsin.
Müəllif: Cəmil Tokpınar
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
"Simens"də böyük ixtisar başladı
Zibildən pul qazana biləcəyik
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Rəssam yazıçılar
İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər
Məşhurları təqlid edən italiyalı Emanuele
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Daşların "qızıl yaddaşı" - xrizokol
Siyənək salatı (foto resept)
Soyuqdəymə zamanı yol verilən səhvlər
Məşhur aktyor Cey Lonu lağa qoydu-FOTO
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu
Elmin hələ də aça bilmədiyi 15 sirr
Eşq şəhəri Paris eşqə savaş elan etdi
Məhkəmə təxirə salındı
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
FİFA prezidenti istefa verdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Putinə ağır zərbə vuruldu
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Dodaq ətrafı qırışları necə yox etməli?
Mayli Sayrus ana olacaq
Sağlam dəri üçün maskalar
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Toy üçün "həzin rəqs" musiqiləri
"Facebook"dan YENİLİK
Toyuqlu bulqur plovu (foto resept)
Hava haqqında
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
Göbələk dolması (foto resept)
İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
Pomidor şorbası
20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?
Günəş tutuldu: bu hadisəni Bakıda da gördülər
Gülməli pişiklər
Prezident xanımı ilə ziyafətdə - FOTO
Ömer Muzun özünəməxsus rəsmləri
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Yoqurtlu küftə (foto resept)
Bayram günü HAVA necə olacaq?
Silvestr Stallone məhkəməlik oldu
Bakıda sürücülərə xoş sürpriz
Sofi Loren illər sonra sirrini açıqladı
Rahatlığın yollarını tapan insanlar
- ŞƏRHLƏR