Yəmən ölkəsinin şimalında geniş bir düzənlik var idi. Burada çox qədim qəbilələrdən biri olan Ad qəbiləsi məskən salmışdı. Ulu Tanrı öz nemətlərini bu qəbilədən əsirgəməmişdi. Sularını bol, torpaqlarını bağlı-bağçalı etmişdi. Qəbilə adamları sağlam və güclü idilər, şən və qayğısız gəzib dolanırdılar.
Ad qəbiləsi bütpərəst idi. Adamlar daşlardan bütlər düzəldir, onları Allah sayırdılar. Bəxtləri gətirən kimi bütlərin yanına qaçar, onlara minnətdarlıq edərdilər. İşləri dara düşəndə də bu daşlardan yardım diləyərdilər.
Bu adamlar haqqın yolunu tanımırdılar. Ona görə də zalım və daşürəkli idilər. Qoluzorlular zəifləri əzir, varlılar yoxsulların üstünə hücum çəkirdilər. Oğurluq və yolkəsənlik, adam aldatmaq və yalan danışmaq ar hesab olunmurdu.
Ulu Tanrı qəbiləni bu yoldan çəkindirmək, insanları bu yaramaz həyatdan xilas etmək istədi. Qəbilənin içindən Hudu peyğəmbərliyə seçdi ki, onlara rəhbərlik etsin. Ağıl və kamalda, səbr və dözümdə Hud qəbiləsində hamıdan üstün idi. O, öhdəsinə qoyulmuş bu ağır vəzifəsinə başladı. Hud qəbiləsinin yığışdığı meydana gəlib camaata dedi:
- Ay camaat, bu daşlara ibadətdən əl çəkin. Axı onları özünüz yonub hazırlayırsınız. Başa düşün ki, yalnız Uca Allah ibadətə layiqdir. Sizi yaradan da, ruzinizi verən də Odur. Mən də Onun peyğəmbəriyəm. Sizi Uca Allaha iman gətirməyə çağırıram. Tərslik və inadkarlıq etməyin, yoxsa Nuhun tayfasının gününə düşərsiniz.
Hud güman edirdi ki, ürəkdən dediyi bu sözləri qəlblərə yol tapacaq və qəbiləsi ağıllanıb imana gələcək. Ancaq gözlədiyinin tam əksi oldu. Adamların qəzəbli baxışları bir anda Huda tuşlandı. Onlar dedilər:
- Sən nə cürətlə belə sözləri dilinə gətirirsən? Bilmirsən ki, bütlərə nəyə görə itaət edirik?! Onlar olmasa kim dualarımızı Tanrıya çatdırar, kim bağışlanmağımızı diləyər?
Hud qəbiləsini diqqətlə dinləyib dedi:
- Ay camaat, Allah birdir. Özü də sizdən uzaqda deyil. Özünüzə vasitəçi seçdiyiniz bu bütlərin sizə heç bir faydası yoxdur! Onlar sizin avamlığınızı, başıboşluğunuzu göstərir.
Onlar bu dəfə Huda daha sərt cavab verdilər.:
- Biz heç bilməzdik ki, sən bu qədər düşüncəsizsən?! Axı bu adət bizə ata-babalarımızdan irs qalmışdır! Sən nə ixtiyarla bizə ağıl öyrədirsən?! Nəyin bizdən artıqdır? Nəyə görə Allah məhz səni peyğəmbər seçmişdir? Qorxuruq ki, sən yalançı olasan.
Hud qəbiləsini yola gətirmək üçün yumşaldı. Camaatla bir az mehriban danışmaq qərarına gəldi. Həm də istədi ki, Uca Allaha inanmağın faydalarını başa salsın. O, üzünü qəbilənin ağsaqqallarına tutub dedi:
- Ey mənim qəbiləm! Siz ki, məni yaxşı tanıyırsınız! İndiyə kimi məndən heç pis hərəkət görmüsünüzmü? - Hud camaatın susduğunu görüb sözünə davam etdi:
- Bəs onda mənim peyğəmbər seçilməyimə niyə təəccüb edirsiniz? Mən sizdən incimirəm. İstəyirəm ki, gözünüzü açıb, huşunuzu başınıza toplayasınız. Hər şeydə - göydə də, yerdə də Allahın birliyini dərk edəsiniz. Ona iman gətirib bağışlanma diləyəsiniz. Əgər belə etsəniz, Uca Allah sizə bərəkətli yağış yağdırar, var-dövlətinizi artırar. Güc və qüdrətinizi ikiqat edər. Bir də ki, gələcəyinizi fikirləşin, qiyamət gününün əzabından qorxun.
Boşboğaz qəbilə adamları isə tutduqlarını buraxmaq istəmirdilər. Onlar inadkarlıqla dedilər:
- Sözsüz ki, bizim allahlarımızın sənə qəzəbi tutub. Ona görə də ağlın korlanıb. Belə olmasaydı, bu cür boş sözlər danışmazdın. Biz nəyə görə üzr diləməliyik? Sən ki, lap sayıqlayırsan! Qiyamət günü nədir? Hanı dediyin o əzab? Göstər onu bizə görək necə olur?
Hud qəbiləsinin bu qədər tərs olduğunu bilmirdi. O sakitcə dedi:
- Allah şahiddir ki, mən vəzifəmi yerinə yetirdim. Sizə düzgün yol göstərməkdə var qüvvəmi əsirgəmədim. Bu yolda yenə də çalışacağam.
Bu söhbətdən bir müddət keçdi. Hud yenə də camaatı yola gətirməyə çalışdı. Onlar isə inadkarlıqlarını daha da artırdılar. Yalnız bir neçə adam Ulu Tanrıya iman gətirib Huda qoşuldu.
Bir gün göyün üzündə qara bulud göründü. Camaat elə bildi ki, yağış yağacaq. Odur ki, əkinlərini suvarmaq üçün tədbir gördülər. Hud onlara dedi:
- Bu bulud özü ilə yağış gətirməyib. Bu həmin o sizi xəbərdar etdiyim əzabın əlamətidir. Tezliklə görəcəksiniz ki, üstünüzə necə bəla küləyi əsir. Adamlar yenə də Huda inanmayıb sözlərinə güldülər. Ancaq Hudun dedikləri doğru çıxdı. Bir azdan külək əsməyə başladı. O get-gedə gücləndi. Qarşısında nə vardısa, özü ilə götürüb uzaqlara apardı. Camaat qorxudan evlərinə girib qapılarını bərk-bərk bağladılar. Onlar elə bilirdilər ki, bu yolla canlarını qurtara biləcəklər. Külək isə dayanmaq bilmirdi. O səkkiz gün, səkkiz gecə durmadan şiddətlə əsdi. Allahın göndərdiyi bu əzab bütün Ad qəbiləsinin bütpərəstlərini məhv etdi. Bu fırtınadan yalnız Hud və ona qoşulanlar salamat çıxdılar və onlar başqa bir diyara köçdülər.
Quranda da Hud əleyhissalamla bağlı ayələr vardır:
“Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Siz ancaq iftira yaxırsınız. Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız? Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". Onlar dedilər: "Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib". O dedi: "Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Həqiqətən, Rəbbim ədalətlidir.Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir". Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq. Bu Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!” (Hud, 50-60)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Hicablı xanımlar üçün geyim kombinasiyaları
Rusiyalı qadın həbsxanaya piroqun içərisində 11 telefon keçirmək istədi
Müəllimlərin dəyişməyən statusu
Özcan Denizin Boşanma ərizəsində Diqqət Çəkən Məqam-FOTO
Uğur əldə etməyin asan yolları
600-dən çox şagird “Azərbaycan dili” imtahanından kəsildi
"Evdə tək" filminin ulduzu Maykl Cekson haqqında danışdı-FOTO
Düşündürücü və maraqlı
"Topçular"ın atıcısı sıradan çıxdı
Sloveniyaya miqrant axını davam edir
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Yabanı turp salatı
Ac qalmaq saçların uzanmasına səbəb olur
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Xankəndi tam zülmətə qərq oldu - VİDEO
İsti havalarda maye istifadəsi
Amerikalı iqtisadçılar dolların çökəcəyi proqnozunu verdilər: son 40 gün
Məşhur aktyor xanımların qəlbini ovsunladı-FOTO
Gəlinlər üçün manikür
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
"Canlı Ken" 200-cü dəfə əməliyyat olundu-FOTO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Pozitiv olmağın mənfi tərəfləri
Tito Vilanova "Barselona"ya qayıdacaq
Bakıda hərbi keçid olacaq
Maska taxmaq üstündə sürücü ilə sərnişin arasında dava - VİDEO
Həzmi çətinləşdirən 4 qida
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı
Kağızdan əl işləri
Ofisdə edə biləcəyiniz 3 yoqa hərəkəti
Bibərli kələm salatı (foto resept)
Günün ulduz falı
Göz iltihabı
Dünya mətbəxi - Özbəkistan
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Tovuz atəşə tutuldu
İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək?
Aksessuar seçimində nələrə diqqət edilməlidir
Özləri çox, gəlirləri azdır
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Yeni hacılara Ebola virusu xəbərdarlığı
Bu ilin ən yaxşı 100 futbolçusu seçildi
Cessika Simpson növbəti dəfə ana olacaq-FOTO
Sinoptiklərdən müjdə
Bakının 26%-i təhlükədədir
Hava necə olacaq?
- ŞƏRHLƏR