Məhəmməd Peyğəmbərin (s.a.s) gözəl ibrətamız kəlamları və hədisləri vardır. Allah bizləri haqq yolundan ayırmasın və əməllərimizi saleh etsin. Amin.
* Allah hüznlü qəlbi sevər.
* Allah sizin nə xarici görünüşünüzə baxar, nə də mallarınıza baxar. Amma o sizin qəlbinizə və işlərinizə baxar.
* Allaha və axirət gününə iman edən kimsə qonşusuna əziyyət etməsin.
* Bir anlıq təfəkkür min ilin ibadətindən xeyirlidir.
* Bir ata uşağına gözəl tərbiyədən daha yaxşı miras qoymaz.
* Bir gün birisi ilə dost olduğunuzda, sabah onun bir düşmən ola biləcəyini unutmayın.
* Dəstəmaz üzərinə dəstəmaz, nur üzərinə nurdur.
* Bir insanın gərçək zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.
* Bizi aldadan bizdən deyildir.
* Cənnət anaların ayaqları altındadır.
* "Daha vaxt var qabaqda, edərəm" demək şeytanın möminlərin qəlblərinə buraxdığı vəsvəsədir.
* Dua da bir ibadətdir.
* Çörəyə hörmət edin. Çünki Allah onu dəyərli etmişdir. Kim çörəyə dəyər verərsə, Allah da ona dəyər verər.
* Əllər üç hissədir: alan əl, verən əl və tutan əl. Bunların ən yaxşısı isə verən əldir.
* Hər kim məscidə camaatla namaz qılmaq üçün gəlirsə, hər gəlişi üçün Allah ona Cənnətdə gözəl bir mükafat hazırlayar.
* İman iki hissəyə ayrılır: yarısı səbir, yarısı da şükürdür.
* İslam gözəl əxlaqdır.
* Qiyamət günündə Allah qullarından birini çağırır, hüzurunda dayanaraq malının hesabını soruşduğu kimi məqamının da hesabını soruşar.
* Gözəl bir söz söyləmək sədəqədir. Namaza gedərkən atdığın hər addıma bir sədəqə savabı vardır.
* Bizə qarşı silah daşıyan bizdən deyildir.
* Əgər inamınız yoxdursa, siz Allahın dərgahına gedə bilməzsiniz, necə ki bir-birinizi sevmirsiniz, siz öz inamınızı yerinə yetirə bilməzsiniz.
* Allah elə adama böyük mükafat verir ki, o, qəzəbini göstərməyə qabil olduğu halda boğur.
* Həqiqətin əsl icraçısı o adamdır ki, bədbəxtliyə dözümlü və incikliyi unudandır.
* Xeyir iş görməkdə inadkar olun.
* Müqəddəs o adamdır ki, xeyir görəndə Allaha təşəkkür edir, bədbəxtliyə düçar olanda isə səbrlə onu aradan qaldırır. Belələri Allah tərəfindən həmişə mükafatlandırılır.
* Məzar əbədiyyatın birinci pilləsidir.
* Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.
* İbadət möminin ruhunu ucaltmaqla onu Allaha qovuşdurur.
* Ölüm dostları bir-birinə bağlayan körpüdür.
* Allah o adamlara mərhəmətlidir ki, çörəyini minnətlə deyil, öz əməyi ilə qazanır.
* Həqiqətən Allah adamı sevdiyi qədər də bədbəxt edə bilər.
* Qadın kişinin ikinci yarısıdır.
* Öyüd-nəsihət üç cür olur: eləsi var ki, şübhə doğurmayan həqiqətdir - ona əməl et, eləsi də vardır ki, müəmmalıdır - onların izahını Allahdan istə.
* Möminə iki şey yaraşmaz: xəsislik və yalan danışmaq.
* Hər ağacın öz meyvəsi var, qəlbin meyvəsi də övladdır.
* Acı da olsa doğrunu söylə.
* Axır zamanda çox az tapılan şey, güvəniləcək qardaş və halal yolla qazanılan puldur.
* Ata sevgisini qoru. O sevgini kəsib atarsan, Allah da sənin xoşbəxtlik işığını söndürər.
* Bəla insanın dilinə bağlıdır. Bir kimsə bir şeyi "etmərəm" dedi ki, şeytan bütün işini buraxıb onu etdirənə qədər çalışar.
* Savadsızlar içində bir savadlı, ölülər içində bir diridir.
* Ən böyük düşmənın iki qabırğa arasında olan düşməndir.
* Kim bir mömini qəsdən öldürərsə, cəzası içində əbədiyyən qalacağı Cəhənnəmdir.
XƏBƏR LENTİ
Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar
Sinoptiklərdən xəbərdarlıq
Qocanın son arzusu TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
Dünyanın ilk smart eynəyi satılır
Hemofiliya
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
“Google”un qadınlara sürprizi
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Ətəyi geniş donlar
Bakıda 22 dərəcə isti olacaq
Həyatdan öyrəndiyim dərslər
Azərbaycanda yağış yağacaq
Qrossmeysterdən siyasətçilərə maraqlı MƏSLƏHƏT
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
Geyim tərzinizi özünüz seçin
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
Gözəllik maskaları
İxtisas seçimi başladı
Qara brilyant
Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Şokoladlı şirin pizza (foto-resept)
Azərbaycana qar yağacaq
Işəgötürənlərin nəzərinə!
Rəqəmləri birləşdir-2
Bərdə türbəsi təmir olunur
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Hind kinosunda "inqilab" başlanır-FOTO
Adilikdən gözəllik yaratmaq
Azərbaycana yeni radarlar gətirilir
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Bütün dünya ölkələri vizadan imtina edə bilər-ŞƏRTİ
Soğan gözləri yandırmasın deyə...
Möcüzə enerji-2
Lerikdə zəlzələ oldu
Ramazanın 27-ci gününün duası
Dünyanın sonu-2 (son)
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qısaboylu insanların qarşılaşdığı problemlər
Körpəniz sizdən nə istəyir?
Psixoloji gərginlik yaradan filmlər
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qara məkanın qara bəxti: indi nə olacaq?
Qırmızı möcüzə olan narın faydaları
Avropa Parlamentində Azərbaycanda dini azlıqlar məsələsi müzakirə olunub
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
- ŞƏRHLƏR