əş-Şüəra (Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Ta, Sin, Mim!
- Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
- (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
- Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
- Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
- Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
- Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
- Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
- Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: Get o zalım tayfanın yanına
- Firon tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?
- (Musa) dedi: Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
- Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
- (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram.
- (Allah) buyurdu: Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!
- Fironun yanına gedib belə deyin: Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
- İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər! (onlara əzab-əziyyət vermə!)
- (Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
- Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!
- (Musa) dedi: Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
- Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
- Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)
- Firon dedi: Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)
- (Musa: ) Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir! deyə cavab verdi.
- (Firon) ətrafındakılara: Eşitdinizmi? dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
- (Musa) dedi: O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!
- (Firon ətrafındakılara: ) Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir! dedi.
- (Musa) dedi: Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!
- (Firon: ) Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm! dedi.
- (Musa) dedi: Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?
- (Firon) Əgər doğru deyirsənsə, di onu gətir! dedi.
- (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
- Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi)
- (Firon) ətrafındakılara dedi: Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
- O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)
- Onlar dedilər: Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,
- Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!
- Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
- (Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: Siz də yığılırsınızmı?
- Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!
- Sehrbazlar gələn kimi Firona dedilər: Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?
- (Firon) dedi: Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!
- Musa onlara dedi: (Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!
- Onlar iplərini və əsalarını yerə atıb: Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik! dedilər.
- Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
- Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
- Və dedilər: Biz iman gətirdik aləmlərin Rəbbinə!
- Musanın və Harunun Rəbbinə!
- (Firon) dedi: Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!
- (İman gətirmiş sehrbazlar) dedilər: Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
- Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!
- (Sonra) Musaya belə vəhy etdik: Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!
- Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
- (O, belə deyirdi: ) Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
- Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
- Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!
- Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
- Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
- (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
- (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
- İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: (İşimiz bitdi!) Artıq yaxalandıq!
- (Musa) dedi: Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!
- Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur! (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
- O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
- Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
- (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
- O zaman ki, o öz atasına və tayfasına demişdi: Nəyə ibadət edirsiniz?
- Onlar: Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
- Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?
- Onlar: Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
- Sizin və ulu babalarınızın
- Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
- Məni yaradan və məni doğru yola yönəldən Odur!
- Məni yedirdən də, içirdən də Odur!
- Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
(Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi)
XƏBƏR LENTİ
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçiriləcək
Ofisdə ayaq vannası? - Yox-yox...
Forel balıqlı salat-kokteyl (foto resept)
Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ
Azərbaycandan çox sərt etiraz
Toydan əvvəl 500 minlik yaxtada parti etdi-FOTO
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Xalq artistinin 75 illik yubileyi qeyd olundu
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yadplanetlilərlə bağlı təhlükə sürətlə artır - Gizli məqamlar
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Günün qoroskopu:Aktiv olun!
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir
Rami Malekdən FOTOsessiya
Ingilis dili-XIX Dərs
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Bakıda yürüş keçirilib
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi
Həyəcan siqnalı verən bitkilər
Toyuq ətli salat (foto resept)
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Günün ulduz falı - 17.09.2013
Tom Kruz əvvəllər kraliça II Elizabetə məxsus olan binanı icarəyə götürüb
Dünyada bankomat fırıldaqçılığı artıb
Sahib olduğumuz 6 fövqəltəbii istedad
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
32 rayonda analoq TV yayımı dayandırılır
İran ABŞ-a birbaşa aviareysin açılması imkanını öyrənir
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam oldu!
Sergey Markov: “Erməni qoşunları artıq döyüşə bilmədilər”
"Facebook" və "Instagram"da problem yarandı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Tarixdən...(2)
Xoşbəxtlik hissi yaradan qidalar
Ailənin tək uşağı necə böyüdülməlidir?
Alişan eyni anda bir neçə maşın aldı
Arzular gerçəkləşir
Məntiqi rəngləmələr - 1
Kitabların düzaynı
Gün ərzində 20 dəqiqə
Saxta brendlər - Azərbaycanlı alıcı necə aldadılır?
Günəş ləkələrindən xilas olmağın yolu
Düşmənin zərbə PUA-sı ələ keçirilib
- ŞƏRHLƏR