Ammar (ra) 570-ci ildə doğulmuşdur. İslamdan əvvəl də Həzrəti Məhəmməd (sav) in yoldaşı idi. Uşaqlıq və gənclik illərini Məkkə küçələrində birlikdə keçirmişdilər, Xədicə əl-Kübra ilə evlənməsinə səbəb olanlardandır.
Atası Yasir (ra)dır, əslən Yəmənlidir: itən bir qardaşını axtarmaq üçün digər üç qardaşı ilə birlikdə Məkkəyə gəlmişdir. İtmiş olan qardaşlarını tapa bilmədikdə gəldiyi qardaşları ilə Yəmənə dönmüş, Yasir isə Əbu Huzeyfə əl-Mahzumînin himayəsinə girərək Məkkədə qalmış. Əbu Huzeyfə onu Sümeyyə adlı nökəri ilə evləndirmiş. Ammar bu evlilikdən dünyaya gəlmiş və sahibi tərəfindən azad edilmişdir.
Ammar b. Yasir, İslamla şərəflənən ilk qırx adamdan, müsəlmanlığını elan edən ilk yeddi adamdan biridir.
Atası Yasir və anası Sümeyyə (ra), övladlarının İslamı qəbulundan dərhal sonra müsəlman olmuşlar.
Ammar bin Yasiri anası və atası, Həzrəti Məhəmməd (sav)in qohumları və yaxın dostları xaricində İslamı qəbul edən ilk kəslərdən idi.
Tək imanlarından ötrü ağla gəlməyən zülmlərə məruz qalırlar. Əfəndimiz (s.ə.s.) onların yanından keçərkən, "Ey Yasir ailəsi! Səbr edin, yeriniz cənnətdir. " Buyurardı.
Məkkə müşrikləri onlara işgəncə edib öldürmüşlər. Beləcə Ammar (ra)ın anası və atası, İslamın ilk şəhidləridir.
Anasını və atasını gözlərinin qarşısında və işgəncələr altında itirən Ammar (ra) müşriklərin işgəncələri altında inləyirdi. Edilən əziyyətlərə artıq dözə bilməyəcəyini anladığı bir anda, müşriklərin təklifini qəbul edərək, "Məhəmməddən xoşlanmadığı; müşriklərin ilah olaraq qəbul etdikləri Lat ilə Uzzanın yaxşılığı" mövzusunda bəzi sözlər söyləmək məcburiyyətində qalar Ammar (RA) bütün bu olanları Peyğəmbərimiz (sav)ə danışıb "Pərişan oldum, ya Rəsulallah!" dəyincə Əfəndimiz soruşar:
"Ürəyini necə tapdın?" Ammar cavab verir:
"İman ilə dopdolu." Bunun üzərinə Əfəndimiz belə buyurur:
"Əgər bir daha səni tutarlarsa eyni şəkildə davran!"
Budur, bu hadisə üzərinə Allau Təala bu ayəni endirmişdir:
Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. (Nəhl surəsi / 106)
Ammar b. Yasir (ra) uzun boylu, qara yanız, ala gözlü və geniş çiyinli bir adam idi.
Ammar b. Yasir (ra), Bədrdə, Xəndək günü, Rıdvan biatında və Rəsulullah (s.ə.v.)ın olduğu bütün döyüşlərdə Onun ilə birlikdə idi.
İrtidad döyüşləri əsnasında, Ammar (ra), yalançı peyğəmbərlik iddiasında olan Müseylime'nin lideri olduğu yamama Qəbiləsi güclərinə qarşı döyüşmüş bu döyüşdə bir qulağını itirmişdir. Hicrət əsnasında inşa edilən ilk məscidin inşaatında tapıldı. Ömrünü, Allaha və Rəsuluna qarşı sədaqət və həssaslıqla naxış naxış tökdü. Əfəndimiz (s.ə.s.) onun bu xüsusiyyətinə bu ifadələrlə işarə buyurur: "Aranızda nə qədər daha qalacağam bilmirəm. (Əbu Bəkr ilə Öməri işarə edərək) məndən sonra onlara tabe olun. Əmmarın hidayəti kimi hidayət tapın, İbn-i Məsudun söylədiklərini təsdiq edin! "
Bir başqa zaman da "Ammar, hər nə zaman iki iş arasında sərbəst buraxılmış isə, həmişə ən doğru olanını seçmişdir." - buyurdu. Bir mübahisə sonrasında Allah Rəsulu, Ammarı belə müdafiə etdi: "Kim Ammara düşmənlik edərsə, Allah da ona düşmənlik edər. Kim Ammardan buğz etsə Allah da ona buğz edər. "
Hz. Ömər (RA), Ammarı Kufəyə vali təyin etdi və Kufəlilərə belə bir məktub yazdı: "Ammarın sizə əmr, Abdullah b. Məsudu vəzir və müəllim olaraq göndərdim. Onlar Məhəmməd S.A.S səhabələrinin seçkinlərindəndir; onlara tabe olun! ".
Siffin döyüşündə 657-ci ildə Müaviyə gücləri tərəfindən şəhid edilmişdir.
Ammar vəfat edəndə 93 yaşında idi. Hz.Peyğəmbər (sav) həyatda ikən: "Sənə müjdələr olsun ya Ammar! Səni azğın bir tayfa öldürəcək. "Buyurduğu üçün, Ammar b.Yasiri şəhid düşməsi bir çox adamın oyanmasına səbəb olmuşdur. Huzeyme ibnu Sabit (ra) Cəməl döyüşündə Hz Ammar (ra) 'la birlikdə Həzrəti Əli (ra)nin tərəfinə qatılmış lakin hansı tərəf haqlı olduğu barəsində mütərəddid olduğu üçün qılınc çəkməmişdir Sıffın'ada qatılmış yenə qılınc çəkməmişdir, ancaq Ammar (ra) şəhid edilincə qılıncını çəkib döyüşmüş, bu davranışının səbəbini soruşduqda mən qulaqlarımla (s.ə.s.)-dən Ammar (ra)a "səni üsyankar bir qrup öldürəcək" dediyini eşitdim deyərək açıqlamışdır. Ammar (ra) öldürülüncə artıq həqiqət mənə bəlli oldu deyər irəliləyər və ölənə qədər döyüşər.
Ammar b. Yasir (ra), Hz. Əli (ra) Əfəndimizin qıldırdığı cənazə namazından sonra şəhid olduğu yerdə paltarıyla yumadan dəfn edildi.
Allah bizləri Həzrəti Məhəmməd (sav) əfəndimizin "iliklərinə qədər iman ilə dolu olan adam!" - buyurduğu Ammar bin Yasir (ra)in şəfaətinə nail etsin. Amin ..
XƏBƏR LENTİ
Azərbaycanda qar yağır
AFFA "Binə" klubunu qismən bağışladı
Putin NATO-nu şoka saldı
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Təbii qidalanmağın gözəlliyə təsiri
Günəşdə qəfil qasırğa
Ringelman effekti
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Günün qoroskopu: Tələsin!
Çiyələkli dondurma (foto-resept)
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Türkiyəyə qar yağdı
ABŞ "İŞİD"ə müharibə elan etdi
Yeni ildə bir həftə iş olmayacaq
Yumurta qabığı - evdə köməkçiniz
İştahı kəsən qidalar
Möhtəşəm səhər yeməyi (foto resept)
Qızıl bahalaşdı
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Günün ulduz falı
Hamiləliyin əlamətləri
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Mənim əl işlərim
Hellouində yadda qalan kostyumlar
Qorxulu buludlar
Tağı Əhmədova yeni vəzifə verildi
Qəlbim qırıldı...
İslam dünyası ayağa qalxacaq
Apple bazarı "işğal" edib
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Ronaldo Evləndi-FOTO
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Nyu-York rəngləndi
Lavaş arası toyuq (foto resept)
Qat-qat xəmirdən pirojki (foto resept)
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Hindli xanımların gözəl geyimləri
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Həyatımızda rənglər hansı mənanı verir?
Koronavirusla bağlı zarafat etdi və xəstəliyə yoluxdu - VİDEO
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Oriqami ilə gül düzəldilməsi
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
- ŞƏRHLƏR