66. O (Musa) dedi: Xeyr, (əvvəlcə) siz tullayın! (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür.
67. Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
68. Biz ona belə buyurduq: Qorxma, üstün gələcək mütləq sənsən!
69. Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!
70. (Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik! deyib səcdəyə qapandılar.
71. O (Firon) dedi: Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!
72. (Sehrbazlar) dedilər: Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!
73. Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın. Allah (sən Firondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!
74. Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
75. Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyi
76. Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır.
77. (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!
78. Firon öz ordusu ilə onları təqib etdi, dəniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
79. Firon (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı.
80. Ey israil oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!
81. Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.
82. Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam
83. (Allah buyurdu: ) Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş kişidən) ayırıb (bu məqama) tələsdirən nə idi?
84. (Musa) belə cavab verdi: Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!
85. (Allah: ) Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər), - deyə buyurdu.
86. Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?
87. Onlar dedilər: Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Firon) tayfasının (bir bayram günü əmanət olaraq aldığımız) zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları (əmanətə xəyanət haramdır -deyərək günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı
88. (Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: (Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).
89. (Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! (Nə böyük cəhalət!)
90. Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!
91. Onlar: Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik! deyə cavab vermişdilər.
92. (Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: Ya Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
93.(Möminləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)
94. (Harun) belə cavab verdi: Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın! deyəcəyindən qorxdum.
95. (Musa: ) Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi? deyə soruşdu.
96. (Samiri) belə cavab verdi: Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun).
97. (Musa) dedi: Çıx get burdan. Həyatın boyu (cəza olaraq): Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
98. Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir
99. (Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Quran da vermişik!
100. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir.
101. Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!
102. Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün
103. Onlar öz aralarında pıçıldaşıb bir-birinə: (Dünyada) cəmi on gün qaldınız! deyəcəklər.
104. Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: (Dünyada) cəmisi bir gün qaldınız! deyəcək
105. (Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: Rəbbim onları ovxalayıb havaya sovuracaq;
106. Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq);
107. Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələ-kötürlük) görməyəcəksən!
108. O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!
109. O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz
110. (Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını Öz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!
111. (O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
112. Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar
113. (Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!)
114. Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: Ey Rəbbim! Mənim elmimi artır! de.
115. Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.
116. Bir zaman mələklərə: Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin! deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
117. Biz də belə dedik: Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!)
118. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
119. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!
120. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?
121. (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
122. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.
123. (Allah Adəmə və Həvvaya) belə buyurdu: Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
124. Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!
125. O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm
126. (Allah) buyurar: Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!
127. Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
128. Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!
129. Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi.
130. (Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
131. (Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!
132. Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
133. (Kafirlər) dedilər: Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir möcüzə gətirmir? Məgər (Quranda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!
134. Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Quran gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?!
135. (Ya Rəsulum!) De: Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!
XƏBƏR LENTİ
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hazal Kaya hamilədir-FOTO
Mərci salatı (foto resept)
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
FHN rəsmi məlumat yaydı
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədən quruluşuna görə geyinməyin sirri
Azam Ali – Ov
Tanınmış heykəltəraş vəfat etdi
Günel Behbudovadan gəlinlik kolleksiyası
Yadplanetlilər varmı? – Alimlərdən AÇIQLAMA
Balıq qoxusunu aradan qaldıran üsullar
Sarımsağın bilmədiyimiz faydaları
Milena Trampın 50 dollarlıq ayaqqabısı bəyənilmədi-FOTO
Günün ulduz falı
Həyatımızın ən yadda qalan geyimi
Köynək düymələri
Azərbaycanda 5 gün iş olmayacaq
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Dəbli geyim dəstləri
HAVA necə olacaq?- 20 APREL
Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
Azərbaycan tələbələri üçün yeni şans
Smartfonların beyinə təsiri açıqlandı
Üzgüçülərimiz qızıl medal aldılar
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
İşsizlərin müavinəti 30-40% artırılacaq
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Kiçik evlər üçün faydalı mebellər
2012 çanta modası
Adınıza saxta profil yaradılıbsa...
İtə görə təyyarə yerə endi
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Maliyyə direktorları nəyə etibar edir?
Yay üçün köynək nümunələri
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
700 bal toplayan qəzalı məktəbin şagirdi
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Cəbhədə erməni təxribatı
Günün ulduz falı - 19.02.2014
- ŞƏRHLƏR