Allah Özünə səmimi qəlblə iman edənlərə qatından bir gözəllik, sevimlilik və nur bəxş edir. Bu insanlar daxil olduqları hər mühitə özləri ilə gözəllik və əmin-amanlıq gətirirlər. Üzlərinə baxmaq, səslərini eşitmək, Allaha olan dərin imanlarını hiss etdirən səmimi söhbətlərinə və davranışlarına şahid olmaq ətraflarındakı insanlar üçün bir nemətdir. Quranda səmimi möminlərin bu xüsusiyyətlərinə və bunu ifadə edən üzlərindəki “səcdə izi”nə diqqət çəkilir:
"Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir..." (Fəth surəsi, 29).
Yenə başqa bir ayədə səmimi müsəlmanların simasına diqqət çəkilmişdir:
"Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən" (Mutaffifin surəsi, 24).
Səmimiyyətsiz davranan insanlar isə möminlərdən fərqli olaraq üzərlərində mənfi enerji daşıyırlar. Bu insanların mənəvi dünyalarında yaşadıqları təvəkkülsüz, kədərli, sıxıntılı və gərgin ruh halları olduqları hər mühitdə mənfi aura yaranmasına səbəb olur. Heç bir söz söyləməsələr, heç bir şey etməsələr də olduqları yerdən ətraflarına neqativ enerji yayırlar. Gərgin ruh halları, əzab dolu simaları və səslərindəki narahatçılıq insanlara təsir edir. Səmimi olmadıqca, Allaha qarşı qəti şəkildə dürüst davranmadıqca onlara qarşı olan antipatiyadan qurtula bilməzlər. Ətrafındakılara sevimli görünmək üçün nə edirlərsə etsinlər, müsbət təsir meydana gətirə bilmirlər.
Bu, Allahın insanlar üzərində yaratdığı möcüzəvi bir haldır. Bəzən belə mənfi halın səbəbi tam olaraq təsvir edilə bilməsə də, çoxları belə insanları tanıyır və onlarla bir məkanda olmaq istəmirlər. Bu da mənfi enerjili insanın dünyada daxilən yaşadığı sıxıntılardan biridir.
Lakin həmin insan qəlbini təmiz saxlayıb Allaha qarşı səmimi olmağı niyyətləndiyi andan etibarən üzərindəki bu xoşagəlməz hal Allahın diləməsi ilə dərhal nurlu bir sima ilə əvəz olunar. Bura qədər sadaladığımız xüsusiyyətlər Allahın gerçək imana üz tutmayanlara verdiyi qarşılıqlardan sadəcə bir neçəsidir. Unutmamalıyıq ki, Allahın gücü sonsuzdur. Əgər yaranan bütün bu aşkar əlamətlərə baxmayaraq, insan necə böyük zərərə uğradığını görməməzlikdən gəlir və Allaha sığınmırsa, Allah daha da şiddətli qarşılıqlar verə bilər. Heç kim “Onsuz da iman edirəm, ibadətlərimi yerinə yetirirəm” deyərək özünü aldatmamalıdır. Heç bir halda səmimiyyətsizlik etmədən Allah üçün qəlbini təmizləməlidir. Allahın “Xeyr! İnsan özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə doğrudan da həddini aşır” (Ələq surəsi, 6-7 ) ayəsində bildirdiyi vəziyyətin yaranmasından Allaha sığınmalıdır.
XƏBƏR LENTİ
Ən bahalı yataq dəsti
Qadın.Net-li qızların sevgi yolu (2)
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Erkən menstruasiyanın səbəbləri
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Bunlar kişilər üçün zərərlidir
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Cəfəri suyunun faydaları
Ruhumuzun qidası
HAVA necə olacaq?-13 Sentyabr
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Göz oxşayan gəlinliklər
Bank islahatı bizə nə vəd edir?
Dəbli qalstuklar
Gəlinlər qədər gözəl olan tortlar
Yenə boşluq, yenə problem
Məşhur aktyora 17 illik həbs cəzası
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qədim İspan şəhərində gəzinti
Uşağın cinsiyyəti kimdən asılıdır?
Harri Meqan Markılın ad gününə nə hədiyyə etdi?
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
İkinci nəsil Citroen
Obama Ərdoğana başsağlığı verdi
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Noutbuk alanlar artır
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
4 400 il yaşı olan qadın skeleti tapılıb
İtalyan keksi (foto resept)
Ən isti ili yola salırıq
Saç tökülməsinin qarşısını alan qidalar
Qiyməli qarabaşaq (foto resept)
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Louise Ebel
Uşaqların zövqləri
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
Vanna otaqları
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ərik dolması (foto resept)
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bakıya yağış, rayonlara qar yağacaq
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Bu da yeni Subaru
- ŞƏRHLƏR