Musa Əleyhssəlamın belə bir duası olur: " Ya Rəbbim, mənə Cənnətdəki qonşumu göstər, gedib onunla görüşüm"
Musa Əleyhssəlama vəhy gəlir: "Filan bölgəyə get! Orada bazarın başında bir qəssab dükanı var. O dükanın sahibi olan qəssabı tap. O, yaxşı qulumdur. Yalnız bunu bil ki, onun çox vacib bir işi var. Çağırsan gəlməz. Bax o, sənin cənnətdəki qonşundur".
Musa Əleyhssəlam həmin an bildirilən yerə getdi. Qəssabı tapdı və ona: " Mən sənə qonaq gəldim"-dedi.
Qəssab Musa Əleyhssəlamı tanımırdı. Ona " Xoş gəldin"-deyib əyləşməsi üçün yer göstərdi. Dükanda işləri bittdikdən sonrada, evinə qonaq apardı. Evində süfrəsinin başında oturub yaxşı qulluq etməyə başladı. Musa Əleyhssəlam, qəssabı diqqətlə izləyirdi. Qəssabın odun üstündə ət bişirdiyini gördü. Ət bişdikdən sonra bir hissəsini xırda-xırda doğrayıb bir boşqaba yığıb kənara qoydu. Sonra qazandakı ət yeməyindən başqa bir boşqaba çəkərək Musa Əleyhssəlamın qarşısına qoydu və dedi:
- Mənim vacib bir işim var. Sən məni gözləmə yeməyini ye.-deyib getdi.
"Vacib işim var"- deyincə, Musa Əleyhssəlama çox maraqlı gəldi və gizlicə qəssabı izləməyə başladı. Qəssab isə Musa Əleyhssəlamın yanından getdikdən sonra yan otağa daxil oldu. Orada divardan asılmış bir zəmbili yerə endirdi. Zəmbildə çox qoca, yumrulanıb yumağa dönmüş bir qarı vardı. Qəssab qadına gətirmiş olduğu kiçik tikələri əlləri ilə yedirdi, sonra əl-üzünü yuyub altını tər təmiz dəyişdirdi. Kirlilərini yuyub asdıqdan sonra əllərini yuyub Musa Əleyhssəlamın yanına gəldi.
Onun hələ də yeməyini yemədiyini görüb soruşdu:
- Nə üçün yeməyə başlamamısınız?
Musa Əleyhssəlam:
Sən mənə zəmbildəki sirri söyləmədikcə bir loxma da yemərəm-dedi.
-Madam ki, maraqlanırsan söyləyim. Ey qonaq, bu zəmbildəki mənim yaşlı anamdır. Çox yaşlı olduğu üçün taqətdən düşüb. Başqa baxacaq kimsəmiz də yoxdur.Evlənmək istəyirəm, ancaq yoldaşım anamı incidər deyə qorxuram.İşə gedərkən it, pişik zərər verməsin deyə onu zəmbilə qoyub divardan asıram. Gündə iki dəfə gəlib yeməyini verib, altını üstünü rahatlayıram. Sonra da arxayın işimə gedirəm.
Musa Əleyhssəlam dedi:
- Ancaq mənim anlamadığım daha bur şey var. Sən ananı yedirib içirdib, altını təmizlədikdən sonra o, dodaqlarınl tərpədib nələrsə dedi, səndə Amin! dedin. Anan ne dedi ki, sən Amin dedin?
Anam hər qulluğunda duranda " Allah səni Musa Əleyhssəlama Cənnətdə qonşu eləsin"- deyə dua edir. Mən inanmasam da bilaixtiyar bu duaya " Amin" dedim. Mən kiməm ki, o böyük Peyğəmbərə qonşu olum? Onunla qonşu ola biləcək qədər hansı əməlin sahibiyəm ki?
O vaxtadək kim olduğunu gizləyən Musa Əleyhssəlam buyurdu!
- Ey Allahın sevimli qulu, mən Musayam. Məni sənin yanına Allahu Təala göndərdi. Ananın hallalığını qazandığın üçün Cənnəti və orada mənə qonşu olmağı qazandın.
Qəssab həmin an qalxıb, Musa Əleyhssəlamın əlini öpdü və sevinclə yeməyini yedi.
Allahu Təala bizləri ana şəfqətindən məhrum etməsin və analarımızın bədduasından uzaq eləsin, Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
Saç aksessuarları
Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?-Açıqlama
Dünyanın ən yaşlı qadını öldü
Üz üçün maskalar
“Səfirin qızı” izləyiciləri əsəbiləşdirdi - VİDEO
Hava şəraiti qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ
Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."
"Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir" - HESABAT
Bakının 26%-i təhlükədədir
Özlərini burulğana salan üçlük
Şəffaf smartfon göstərildi
Astma qadın sonsuzluğuna səbəb olur
Mənzil bazarında qiymətlər artıb
Yerkökülü keks (foto resept)
Şakiradan gözlənilməz addım
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Dolça və Balıq bürcü uyğunluğu
Tarixin ağ ləkələri-Qədim coğrafi xəritələrin sirri
Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq
Beynimizin düşməni
Qızımın məktəbdə öyrəndikləri
Toy üçün möhtəşəm tortlar
BDU Zaqreb Universiteti ilə memorandum imzalayıb
Bu gecədən analoq yayımı dayandırılır - Nazirlikdən xəbərdarlıq
Will Smithin 7 filmi
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Arıqladan yaşıl detoks
Günün qoroskopu: dürüst olun
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Uşaqların bunlara ehtiyacı var!
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
“Facebook”da yemək sifarişi funksiyası işə salındı
İrəvan sülhdən niyə imtina edir?
Dadlı piroq (foto resept)
Azərbaycanda yeni telekanal açılır
Yaşınızdan tez yaşlandığınızı göstərən 4 işarə
Köhnədən yeniyə
Şirvanşah Şahənşah
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB
Sabah çox isti olacaq
Uşaqlıq travmaları – oğurlanmış həyatlar…
Nazir müəllim ixtisarından danışdı
Münaqişə zamanı yoldaşı necə sakitləşdirməli?
Artur Rasizadə qanunu dəyişdi
Günün qoroskopu:Fiziki işdə fayda var
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
- ŞƏRHLƏR