Şeyx Səduq mötəbər sənədlə İmam Rza (ə)dan, O həzrət də atalarından (hər İmam öz atasından), onlar da Əli (ə)dan belə rəvayət edir: Bir gün Həzrəti Rəsul (s.ə.v.) bizə xütbə ozuyub, buyurdu: Əyyühənnas! Həqiqətən Allahın, ayı bərəkət, rəhmət və məğfirətlə sizə gəlmişdir. O, elə bir aydır ki, Allahın yanında ayların ən yaxşısı, günlərin ən yaxşı günləri, gecələri ən yaxşı gecələr, saatları ən yaxşı saatlardır. O ayda sizi İlahi ziyafətə dəvət etmişlər. Onda, Allahın kəramətli bəndələri olmusunuz. Ramazan ayında nəfslərinizin təsbih və yuxunuzun isə iadət savabı var. Əməlləriniz qəbul ( Allah rizası üçün olunduğu təqdirdə), dualarınız icabət olunar. Belə isə, Allah təaladan istəyin ki, düz niyyət müvəffəq etsin. Şəqi və xoş aqibəti olmayan şəxs, o kəsdir ki, bu böyük ayda bağışlanmaqdan məhrum ola. Bu, aclıq və susuzluq ayında qiyamət gününü yad edin. Miskinlərə sədəqə verib, qocaların hörmətini saxlayıb, uşaqlara rəhm edin. Yaxınlarınızı nəvaziş edib, dilinizi pis şeylərdən saxlayın. Gözlərinizi baxmağınız, qulaqlarınızı isə eşitməyiniz haram olan şeylərdən örtün. Başqasının yetimləri ilə mehriban olun ki, sizdən sonra sizin yetimlərinizlə də mehriban olsunlar. Öz günahlarınızdan Allaha doğru qayıdın. Namaz vaxtı əllərinizi Allah dərgahına, duaya qaldırın ki, (dua üçün) namaz vaxtı ən yaxşı vaxtdır. Bu vaxt Allah təala özünün rəhmət nəzəri ilə bəndələrinə baxır. Onlara müraciət etdikləri vaxt cavab verir. Onu çağırdıqları vaxt "Ləbbeyk" deyir və onlardan hacət dilədikləri vaxt icabət edir. Ey camaat, doğurdan da sizin canlarınız əməllərinizin girovundadır. Belə isə, canınızı Allahın məğfirətini tələb etməklə girovdan azad edin. Sizin günahlarınız, kürəyinizdəki yükü daha da ağırlaşdırıb. O yükü uzun səcdələrlə yüngülləşdirin. Ey camaat! Aranızda, bu ayda oruc tutan mömin bir şəxsə iftar verən olarsa, onun savabı Allah təala yanında bəndə (qul) azad etmək kimidir. Həzrət bunu deyəndə, səhabələrdən bəziləri dedilər ki, Ya Rəsuləllah, bizim hamımızın ona, (iftar verməyə) gücümüz çatmır. Həzrət buyurdu: Oruc tutanda, hərçənd xurmanın yarısı və ya su şərbəti ilə iftar verməklə ( Allah rizası üçün), cəhənnəm odundan qorunmaq imkanı əldə edin. Həqiqətən gücü çatmadığı üçün belə edən şəxsə Allah savabını verəcək.
Ey camaat, bu ay əxlaqınızı düzəldin! Allah təala qiyamət günü, bu ayda xidmətçilərin işini asanlaşdıran şəxsin hesabını asanlaşdırar. Bu ayda öz qohum əqrabasına sileyhe rəhm edib, onlara ehsan edən şəxsi, Allah təala qiyamət günü öz rəhmətində qərq edər və qohum əqrabasından sileyehe rəhm və ehsanı kəsən şəxsdən rəhmətini kəsər. Bu ayda vacib namazını əda edən şəxsə, Allah təala onun başqa aylarda qıldığı yetmiş vacib namazın savabını yazar. Bu ayda Quran oxumaq savabı, başqa aylarda Quran xətminə bərabərdir. Ey camaat, bu ayda behiştin qapıları açıqdır, Allahdan istəyin ki, onları üzünüzə bağlamasın. Cəhənnəm qapıları bağlıdır, Allah təaladan istəyin ki, onu sizin üzünüzə açmasın...
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk
- ŞƏRHLƏR