Ağacların yaranmasında Allahın cürbəcür tədbirlərinə baxaq. Ağac ildə bir dəfə ölür və qərəzi "yaşayışı" dövründə gizlədilir. Bu halda meyvələrin maddələri onda yaranıb hazırlanır. Yaz gəldikdə ağac təzədən dirilib və hərəkətə başlayır. Və istədiyin meyvələri sənin üçün bəsləyir. Hər meyvə öz vaxtı, fəsli üzrə və qonaqlıqlarda hərdən bir sənin qabağına düzülür. Şirni və başqa yeməklər kimi.
Diqqət etdikdə görəcəksən ki, barlı ağaclar öz meyvələrini sənə ithaf etməkdədirlər. Bağ və bağçalarda isə gül dəstələri reyhan və yasəmən dəstələri yenə də sənə ithaf olunur. Hansını istəyirsən, sevirsən, seç götür. Düşünən insana öz qulluqçusunu tanımaq lazımdır. Tanıyırsanmı?(Yəni bütün bu Allahın yaratdığları insana qulluq edir). Anlayan insan lətiflərin rəngbərəng və cürbəcür olduğunu düşünməli, öz nemət bağışlayan mövlasına qədərdanlıq (şükür) etməlidir. Edirsənmi? Bir belə yemək, meyvə, göy-göyərti, al-əlvan güllər, bağda, bostanda, dağda və orda-burda sənin üçün hazırlanıbdır və sən belə gözə çarpan ehsanları görməyib ,Allahın əmrinə asi olaraq şükr-dua əvəzinə nemətlər qarşısında küfr deyirsən?!
İndi sənə hər neçə müddətdən bir baş verən bəla və afətlərdən danışacağam. Düşünməz insanlar bu bəla və afətləri araya sürərkən qüdrətli Allahın yaratmaq qüvvəsini həm də tədbirlə təqdirini danmağa çalışırlar və bu afətlərin vücudunu hikmət üzündən bilməyirlər. O cümlədən vəba, taun və bu kimi başqa naxoşluqlar və dolu, fırtına, sel və zəmilərə çəyirtkə axını və meyvələr afətinə işarə etmək olar. Bunların cavabında demək lazımdır ki, dünyanı yaradan və müdəbbir bir başçısı olmasa idi, dünyada bundan artıq afət və bəla baş verərdi. Məsələn, yer-göyün nəzmi, nizamı pozulub, ulduzlar yerə düşərdilər və ya yer kürəsinin torpaqları su içinə cumub, günəş bir daha dan yerini söküb, qürub etməzdi. Çaylar, çeşmələr, kəhrizlər quruyub su tapılmazdı. Hava hərəkətdən durub, daha yellər əsməyib və hər bir şey fəsada uğrayıb və dənizlərin suyu torpaq hissələrə hücum edib, bütün heyvanları aradan götürərdi! Bu düşünməzlərin verdikləri sual və dedikləri taun, vəba və göl bəlaları keçicidir və hərdən bir üz verir. Daimi olsaydı, hamını yazıq edib aradan aparardı. Görürsən ki, dünya bütün insanları aradan aparan bəlalardan qorunubdur və Allah-Təala yeri gəldikcə insanları kiçik afət və bəlalara mübtəla edib. Onları qorxudub, tərbiyə edir və tezliklə, o afət və bəlaların izlərini aradan qaldırır, beləliklə afət və bəla insanlara öyüd verir və aradan getməsi isə Allahın nemətlərindəndir. Dinsizlər deyirlər: Allah rəhmətli və rauf olsaydı, neçə insanların qəm-kədər və müsibətə uğramasına necə dözür və belə-belə çətinliklərin törənməsi əsla nədəndir? Belə bir sözləri bəyan edən düşünə bilməyən insan elə zənn edir ki, insanın yaşayışı bütünlüklə, qəm-kədərdən qıraq olmalıdır. Belə olsaydı, şər və fəsad işləri tüğyan edər, dindən çıxmaq insanlarda çoxalardı və nə bu dünya, nə də o dünyanın xeyrinədir. Görürsünüz ki, bir sıra nazlı və nemətli yaşayışa çatıb, rahatlıq, var-dövlət və qorxmazlıqla tərbiyə olunan insanlar bəşər və yaranmış olduqlarını yaddan çıxardaraq, nemətləri küfran edib, dindən çıxıb, tüğyan edirlər.
Bunlar bir zərrəcə özlərinə ziyan, çətinlik və ağrı yetişməyi qəbul edə bilmirlər. Bir əlsiz-ayaqsıza yardım göstərib, bir dilənçiyə məhəbbət göstərib, bir yazıq bəla görmüş insana atifəli (xeyirxahlıq, ürəyi yanmaq) olmaq bunların vicdanından uzaqdır. Bir kiçik çətinlik, ağrı və müsibət insanlara üz gətirdikdə, qəflət yuxusunda olan Allahı inkar edən düşünməzlər özlərinə gəlirlər və etdikləri günahların çoxluğundan peşmanlayıb, tövbə edirlər.
Bu kiçik ağrı və çətinlikləri bəyənməyənlər acı dərmanları yaman-yoğuz (təhqiramiz) deyən uşaqlara bənzəyirlər. Bu uşaqlar dadlı, ancaq zərərli olan yeməklərdən uzaqlaşdırılan zaman hirslənirlər. Onlar biliklərin çoxaltmağa çalışmırlar və elm öyrənmək onlar üçün çətin bir işdir. Hər bir halda oynayıb, istədikləri hər bir yeməli və içməlidən faydalanmağı gərəkli bilirlər. Onlar bilmirlər ki, oynayıb bətalətlə dolanmaq dünya və dinə nə qədər zərərlidir və yeməli, ancaq zərərli yeməklər onları cürəbəcür naxoşluqlara uğradır. O uşaqlar bilmirlər ki, bilik və ədəb öyrənmək onlara parlaq və faydalı nəticələr gətirir və acı dərmanları yeməklə sağlamlıq onlara ithaf olunur. Bir çox çətinliklərin arxasında rahatlıq vardır. Bir çox acıların ardınca şirinliklər vardır...
Son
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
iPhone 6 belə olacaq?
Bu ilin ikinci Günəş tutulması olacaq
Sulu qara hazır olun
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Arxa ötürməli Kia GT4 Stinger
Dünyada ən ucuz internet hansı ölkədədir?
Dəbli çantalar
Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
HAVA necə olacaq?- 8 APREL
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Bu gün Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, üç nəfər vəfat edib
Şüşə olmasaydı
Günün ulduz falı
Qış şaxtalı keçəcək? - Rəsmi açıqlama
Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?
Qarın yağlarının sürətlə əridilməsi
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Kişi qadın dostluğu
Yay üçün ayaqqabılar
Boyunuza görə ideal kilo necə hesablanır?
Əhməd Ağayevin anım günüdür
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Qabaq kotleti (foto resept)
İrandan Azərbaycana maraqlı təklif
Dünyanın ən soyuq şəhəri
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Yayda sağlam qidalanma üçün tövsiyələr
İlahilər
Stadion istismara verildi
Ağ və qırmızı turpun faydaları
Boyundakı duzları necə əritməli?
Jirinovskinin yeni sevdası
Məmməd Əmin Rəsulzadənin şəklinin üstü açıldı
Türkiyə döyüşə hazırdır
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
Bayramdan sonra necə qidalanmalıyıq?
Bakı sürücülərinə müraciət olundu
BMW-dən ən sürətli 2-Series
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
Dünyanın ən bahalı kirayə evi odur?
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Yeni ildə bir həftə iş olmayacaq
Yaddaşı bərpa etmək olacaq?
- ŞƏRHLƏR