Əziz Qadin.Net istifadəçiləri, sizinlə bir dua paylaşmaq istədim. Bu duanı namaza başlayandan bəri hər axşam namazından sonra oxuyuram və faydasını da görürəm.
Duanı Ayətül-Kürsi kitabından götümüşəm.
Bütün bəlalardan amanda qalmaq üçün oxunan dua.
Həzrəti Peyğəmbər (s) buyurmuşdur: Gecə bu iki ayəni oxuyan şəxsi Allah Təala sabahkı gecəyə qədər qoruyar:
Oxunuşu: Bismillahir-rəhmanir rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi,y ələmu ma bəynə əydihim və ma xəlfəhum və la yuhitunə bişəyin min ilmihi illa bima şa-ə,vəsiə kursiyyuhus-səmavati vəl-ərz və la yəuduhu hifzuhuma və huvəl-Əliyyul-Əzim. La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəlğəyy, fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədistəmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmiun Əlim. Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.
Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə. Allahdan başqa heç bir Tanrı yoxdur (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan). Əbədi, əzəli varlıq Odur. O, nə mürgü ,nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (Qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən, özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi,qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur. Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfr) ayırd edildi. Hər kəs tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstək) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir. Allah (Ona)iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb, işığa tərəf yönəldər. Kafirlərin dostu isə tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb, zülmətə salar. Onlar Cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Sonra Gafir surəsinin 1-3-cü ayələrini oxuyun.
Oxunuşu: Bismillahir-rəhmanir rəhim. Ha Mim (1). Tənzilul-kitabi minəllahil-əzizil-əlim (2). Ğafiriz-zənbi və qabilit-təubi şədidil-iqabi zit-təul, la ilahə illa huvə və iləyhil-məsir (3).
Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə. Ha, Mim. (1) Kitabın (Quran) nazil edilməsi yenilməz qüvvət sahibi olan (hər şeyi), bilən Allahdandır. (2)
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır). Ondan başqa heç bir Tanrı yoxdur. Axır dönüş də Onadır. (3)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq
Gözəllik üzrə ekspertiniz - mobil telefon
Xrombuklar ucuzlaşır
Günün qoroskopu: Xoş xəbər eşidəcəksiniz!
Əncirli piroq (foto resept)
Riki Martini diri-diri yandırmaq istədilər-SƏBƏB
Parlaq üz üçün 3 maska
"Günəbaxan" piroqu (foto resept)
Ən sevdiyim paltarlar və ya paltar növləri
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Ən maraqlı 6 psixoloji effekt
400 telefonu var, mesaj yaza bilmir
Şükür etməyin ən yaxşı yolu hansıdır?
“Victorias Secret” 1,1 milyarda satıldı
Hazal Kayanın dünən doğulan oğlu - FOTO
Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
Qarın yağlarını əridən buzlu yaşıl çay
Böyük çillə başladı
Həyat yoldaşı üçün xəstəxananın qarşısında serenada ifa edən kişi son arzusuna çatdı - VİDEO
Paşinyana sui-qəsd hazırlanıb
Ən yaraşıqlı və ən gözəl ulduzlar SİYAHISINDA Türklər
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Tavada "Lahmacun" (video-resept)
“Miss Rusiya-2015"koronavirusa yoluxdu?
Hava haqqında
Fahriye hələ də xəstəxanadadır-FOTO
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Rihanna yeni brendini təqdim edib - FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Macarıstanda beynəlxalq mahnı və rəqs festivalı "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Acı ləzzət: şirin şokolad yağı
Bu günün hava proqnozu
Ozanın paylaşımı güldürdü - FOTO
Labirint-7
Ermənistan vətəndaşları hərbidən yayınır - VİDEO
Türk qəhvəsi necə hazırlanır?
20 ani çəkilmiş foto
Rusiyanın RBK telekanalı: “Kilsə bu illər ərzində ermənilər tərəfindən təmir edilməyib” - VİDEO
Gənc analara tövsiyələr
Məşhur aktrisa Həbs Olundu-SƏBƏB
Yağları əridən çay
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
Bakıda dünya kuboku yarışları başlandı
Monica Beluccidən gözəllik sirrləri
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Neytral vanna və isti əlcəklə sürtünmə
Almaniyanın ən gözəl qızı seçildi
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
- ŞƏRHLƏR