Karvan Suriyaya macərasız gəlib çatdı. Məhəmməd (s.a.v) əmisi ilə gələndə olduğu kimi, Dəməşqə çatmamış Bizans sərhəddində dayandı. Rumluların imperiyası ərazisində Qureyşilərin gömrüksüz ticarət etmək hüququ yox idi. O, burada inandığı adamlardan Dəməşq, Bədr, Palmira, Aralıq dənizi sahillərindəki Qəzzə və dünyanın ən varlı paytaxt şəhəri İsgəndəriyyədə ticarətin vəziyyətini və qiymətləri öyrəndi. Məsləhətçilərə minnətdarlıq edib bəxşiş verdi və tələsmədən ticarətə başladı. Məhəmməd (s.a.v) gətirdiyi malın hamısını yaxşı qiymətə sata bildi. Həmin pula götür-qoy eləyib Məkkə bazarlarında, xüsusilə ərəb arvadları arasında yaxşı satılan Rum malları aldı: qızıl suyuna çəkilmiş tuncdan, əlvan şüşədən ərəb qadınlarının zövqünə uyğun hazırlanmış əla keyfiyyətli bıçaq və qılınclar, gözəl parçalar, mis qab-qacaq, muncuq, sırğa, üzük, qolbağ, sinəbəndlər və başqa xırdavat. Bu şeylər burada ucuz olsa da və qəpik-quruşa alınsa da öz yerlərində yüksək qiymətləndirilirdi. İndi əsas məsələ Məkkəyə tələsmək, malları salamat yerinə-yurduna çatdırıb hesabat vermək idi.Suriyada keçirdiyi bir ay ərzində Məhəmməd (s.a.v) çox şey gördü, rumluların vətəni və etiqadı haqqında xeyli təzə şey öyrəndi. Doğrudur, o, yunan dilini bilmirdi, bildiyi beş-on yunan və Suriya sözləri ilə bazarda birtəhər ötüşür, əsasən əl-qol hərəkətindən və nidalardan istifadə edirdi. Ticarət üçün elə bu da kifayət edirdi, ancaq başqa mövzularda danışıb mətləb anlamaq mümkün deyildi. Bu məsələdə onun köməyinə burada qədimdən yaşayan nəsranilər, ərəblər və büdpərəstlər gəlirdilər. Onlar rumlular haqqında hər şeyi olduqca dəqiq bilirdilər.
Suriya səfəri Məhəmmədin sanki çoxdan bəri axtardığını ona verdi, ona çox şeyi aydınlaşdırdı. Çoxallahlılığın hökm sürdüyü Məkkədən fərqli olaraq Rumda, müxtəlifdilli xalqların yaşadığı bu geniş ölkədə bir qanun vardı. Belə ki, hamının etiqadı bir idi. Rumlular da Həniflər kimi vahid, əbədi və laməkan olan, dünyanı, ulduzları, Günəşi, Ayı və insanları yaradan, hamının bütün əməllərini və fikirlərini görən, hər addımını izləyən Allaha iman gətirirdilər. Bu Allah insan öləndən sonra, axirət dünyasında hər kəsə əməllərinə görə əvəzini verəcək: möminləri əbədi xoşbəxt edib cənnətə, bədxah və günahkarları əbədi əzab çəkmək üçün cəhənnəmə göndərəcək. Bu etiqad sadəcə olaraq qədimdən miras qalmamışdı, adamlara peyğəmbərlər vasitəsilə Allahın özü tərəfindən bildirilmişdi ki, heç kəs onun doğruluğuna şəkk gətirməsin. Allahın kəlamları, əmr və hökmləri səliqə ilə toplanmış və yazılmışdı ki, onları nə pis niyət, nə zəif yaddaş, nə də laqeydlik təhrif edə bilməsin. Amma təhrif edənlər tapılırdı. Ələlxüsus nəsranilər bu etiqadı xeyli təhrif edirdilər, dəyişdirirdilər. Onlar hətta axırıncı peyğəmbər İsa (s.a.v) haqqında qəribə rəvayətlər söyləyirdilər. Ancaq bütün bununla bərabər hamı bu fikirdə idi ki, İsanı (s.a.v) Allahın əmriylə bakirə qız Məryəm doğmuşdur. İsanın (s.a.v) peyğəmbər olması ilə hamı razılaşırdı. Bir məsələdə qarışıqlıq başlanırdı. İsanın (s.a.v) kimliyi məsələsində razılığa gələ bilmirdilər – o, insan simasında Allahdır, Allahın oğludur, Allah-insandır, yoxsa insan-Allah, O, çarmıxa çəkilib, yoxsa sağkən diri-diri tutulub göylərə aparılıb? Etiqad rəmzini “Bir olan Allaha iman gətirirəm” sözləri ilə başlayan bu nəsranilər bilmirdi ki, neçə Allah tanıyırlar! Məlum olur ki həm Allah-ataya, həm Allah-oğula, həm müqəddəs ruha, həm də müqəddəs Məryəmə etiqad edirlər.
XƏBƏR LENTİ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
Bank islahatı bizə nə vəd edir?
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Bel ağrısını azaldan yoqa hərəkətləri
Ən çox rast gəlinən cinsi problemlər
Sabah ilk Qədr gecəsidir
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Qasırğa Beyləqanı viran qoydu
2013-cü ilin gündəlik və mərasim geyimləri
Uzun kirpiklər üçün nə etməli?
Dağlar qoynunda unikal tryuk
Geyimdə nanəcövhər fərahlığı
Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyil
Planetin ən gözəli Yusif oldu
Sevginin son istifadə tarixi
Bu ölkədə əhalinin 82 faizi saqqız çeynəyir
Cəbhədə son vəziyyət
Azərbaycanda hava şəraiti dəyişir
Varikoz damar genışlənməsi nədir?
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Texnologiyasız yay
"Mourinyo futbol üçün böyük təhlükədir"
Gülməli heyvanlar (3)
Azərbaycanda 12 illik təhsilə keçid üçün yeni sənədlər imzalanacaq
Südlü toyuq qızartması (foto resept)
Yazı, xəbərlər üçün yeni QN sistemi
Ağciyərlərdəki heyranedici sistem
Hava haqqında
Məşhur aktyor ata olmaq arzusundadır
Üzdəki məsamələri daraldan maskalar
Manat sabah bu qiymətə olacaq
Cəbhədə uşaq yaralandı
Alış-veriş xəstəlikdirmi?
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
HAVA necə olacaq?-23 İyul
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
Bakıda tələbələr yayda necə pul qazansınlar?
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Hadise bacısı ilə barışdı-FOTO
Leysan, dolu yağacaq - XƏBƏRDARLIQ
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
Gavurdağı salatı (foto-resept)
Quru meyvəli maffinlər (foto resept)
- ŞƏRHLƏR