Hər dəfə müxtəlif testlər edirik, amma bu dəfəki testimiz tamam fərqlidir. Adından göründüyü kimi, göz şəklinə əsasən sizin xasiyyətinizi açıqlayacağıq. Seçim üçün 9 göz şəkli və 9 cavab təqdim edilir. Hər zaman olduğu kimi cavabları şərhlərdə qeyd edəcəyik. Şəxsiyyətinizi açıqlayan variantı təyin etmək üçün ilk dəfə diqqətinizi çəkən göz şəklini seçin. Çox insan seçimində çətinlik çəkir. Bəzən 2 və ya 3 şəkil arasında seçim etməli olur. Onun üçün sizə kömək edək. Diqqətlə göz şəkillərini izləməyə gərək yoxdur. İlk baxış ən doğru seçimdir. İlk dəfəyə gördüyünüz şəklin rəqəmini deyin. Yenə də cəmi birini seçim etməyə çətinlik çəksəniz, əvvəlcə yuxarıdan aşağıya, daha sonra aşağıdan yuxarıya doğru baxın. Əmin olun ki, yuxardan aşağıya və ya aşağıdan yuxarıya baxsanız belə eyni şəkil diqqətinizi çəkəcəkdir.
Seçiminizi şərhdə qeyd edin.
Cavablar
1. Güvənilən - Bu rəqəm altındakı göz şəklini seçən insan istənilən insana inanır və asanlıqla həyatına (ürəyinə) qəbul edə bilər. Siz daha çox risk edərək zədələnməyi üstün tutursunuz, nəinki insanlara qarşı qapanmaq. Siz kimsəyə qorxunuzu və qeyri-müəyyənliyinizi göstərmirsiniz. Hesab edirsiniz ki, öz problemlərinizi elə özünüz də həll etməlisiniz. Siz qəlbinizdə var olan hər şeyi qarşı tərəfə bəxş etməyə hazırsınız. Hətta boşluq içində olsanız belə. Başqasına kömək edərək öz yaralarınızı sağaldırsınız.
2. Xırdacıl - Bu rəqəm altındakı göz şəklini seçən insan hər kəsə xoş təssürat bağışlamağa can atır. Eyni zamanda bütün gördüyü işlərdə, atdığı atdımda səhv etməməyə çalışır. Siz elə hesab edirsiniz ki, atdığınız istənilən səhv və ya doğru atdım başqasının həyatına müəyyən qədər təsir etmiş olur. Öz həyacanınızı və əhvalınızın korlandığını biruzə vermirsiniz. Siz hər kəsdən yaxşı olmağa can atırsınız. Çünki əlinizdə olan vaxta məhz bunu sığdıra bilirsiniz.
3. Qurban - Bu rəqəm altındakı göz şəklini seçən insan dünyada özünə məxsus yer axtarışındadır. Öz qaranlıq ideyalarınızı kimsəyə demirsiniz. Çox çətinliklər görmüsünüz. Bütün bu çətinliklərə baxmayaraq özünüzü ələ almağı və ümidlə addımlamağı bacarırsınız.
4. Düşünən- Bu rəqəm altındakı göz şəklini seçən insan hər bir addımını düşünməyi sevir. Siz hər şeyi ölçüb-biçirsiniz. Hadisənin əvvəlini və sonunu düşünürsünüz. Hətta o qədər dərin düşünürsünüz ki, reallıqdan belə uzaqlaşa bilirsiniz. Qeyri-müəyyənliyinizi hər kəsdən gizlədirsiniz. Qərar verdikdən sonra qərarınızın doğru olub-olmadığına şübhə edirsiniz.
5. Sirli- Bu rəqəm altındakı göz şəklini seçən insan elə özü üçün də sirli biridir. Sizi anlamağa çalışan insanlara uğur diləyirik. Siz bir hörümçək toru kimisiniz. Əhvalınızı tez-tez dəyişirsiniz. İstəyinizin nə olduğunu uzun-uzadı təhlil etdikdən sonra tapırsınız. Lakin tapdığınız andaca dəyişilirsiniz və yenidən nə istədiyinizi təhlil etməyə davam edirsiniz. Siz yığcam deyilsiniz və ətrafınızdakıları da çaş-baş salırsınız. Bəzən də özünüz özünüzü çaşdırırsınız. Ünsiyyət qurmazdan əvvəl həmin şəxsi kənardan izləməyi üstün tutursunuz. Siz yalnız əmin olduğunuz sözləri deyirsiniz.
6. Həssas- Bu rəqəm altındakı göz şəklini seçən insan hər şeyə diqqət edir və heç nəyi unutmur. Siz çox həssas insansınız. Hətta ən xırda bir şey sizin diqqətinizi çəkə bilir. Sizi ürəkdən güldürmək və durduq yerə ağlatmaq mümkündür. Bütün bu həssaslığınıza baxmayaraq öz zəyif cəhətlərinizi gizlədirsiniz. Bunun əvəzində necə diqqətli olduğunuzu nümayiş etdirirsiniz.
7. Enerjili- Bu rəqəm altındakı göz şəklini seçən insan ya daim aktiv hərəkətdədir, ya da hər zaman aşiqdir. Siz kəskin qərarlısınız. Ya sevərsiniz, ya da nifrət edərsiniz. Ətrafınızdakı insanlardan fərqli olaraq qarşıdakı problemin çıxış yolunu tez tapırsınız. Sizdə enerji aşıb-daşır. Hər şey sizin üçün enerji mənbəyinə çevrilir. Bu səbəbdən əsəb problemi ilə üzləşirsiniz. Heç nədən xırda bir şeyi əsl drama çevirə bilirsiniz.
8. Düzənsiz- Bu rəqəm altındakı göz şəklini seçən insan qeyri-adi düşüncə tərzinə və marağa sahibdir. Sizi qəribə şəxs kimi görənlər az deyil. Qayda-qanunları sevmirsiniz. Öz məqsədləriniz üzrə hərəkət edirsiniz. Daha çox öz bildiyinizi edirsiniz. “Nə istəyirəm onu da edirəm. Nəticəsi nə olur olsun” fikri sizə aiddir. Ünsiyyətə açıqsınız. Xasiyyətinizdə düzəliş etməyə can atan dostlarınıza və yaxınlarınıza lağ edirsiniz. Maraqsız insanlarla ünsiyyətdən uzaqsınız.
9. İntutiv- Bu rəqəm altındakı göz şəklini seçən insan dünyanı çox gözəl dərk edir və insanları yaxşı tanıyır. Qarşınızdakı insanın üz mimikasına və səs tonuna əsasən nə hiss etdiyini bilirsiniz. Hətta bir baxışla qarşınızdakı insanın yalan danışdığını anlayırsınız. Siz ətrafınızda hər kəsə göstərmək istədiklərinizi göstərirsiniz. Sizdən kimsə yararlananda və ya istifadə edəndə qəzəblənirsiniz. Lakin özünüz də başqalarından necə yararlanmağı bilirsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2015-ci il dəbdə olacaq saç modelləri
Yay Geyimləri
25 müasir mətbəx dizaynı (2)
Vitaminlər
Lavanda bitkisinin faydaları
Koronavirusla bağlı ŞAD XƏBƏR
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Hər qadının qarderobunda mütləq olmalıdır
Bakıda qeyri-adi canlı tapılıb
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Koronavirus əleyhinə zərdab ixtira edildi
ABŞ Qarabağla erməniləri məyus etdi
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Bu da Sony Xperia Z Ultra
Göbələkli mantı (foto resept)
Gözəl nitq üçün 5 tövsiyə
Məktəblərdə telefon qadağan olunsunmu?
Tariximiz Qazaxıstanda
Azərbaycana yeni qədim əlyazma gətirildi
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ
Karantin rejimindən çıxış necə olacaq? -RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Ardanın meydançada halı pisləşdi
"Dönərsən deyə" Nagehan Karaman
Türkan Şoray tanınmaz halda...- FOTO
Çalışan analar
Bakteriyalar
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
İmmuniteti gücləndirən 5 ərzaq
Təhsil Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Zirəddindən Bakı proqnozu
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Qeyri-adi gücləri olan 4 insan
Gözəllik müsabiqəsinin qalibinə şok
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Beyni 4 günə pozan qidalar
Qoz yarpağının faydaları
Xoşbəxt olmağın 5 asan qaydası
Ebola virusu qarşıdurma yaratdı
Moskvaya yeni erməni ittihamı
İranın “səfir”i kosmosa uçdu
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Sergey Lazarev 12 kq arıqladı
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Günün ulduz falı
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO
- ŞƏRHLƏR