Qarşınızda 2 şəkil olacaq, hər ikisi də sizin həyatdan gözləntiləriniz, əhvalınız və sağlamlığınızı əks etdirir. Onlar sizə hal-hazırki vəziyyətinizi düzgün dərk etməyə və nəticə çıxarmağa yardımçı olacaq.
1. Əks olunma texnikası: İn və Yan
2. Əks olunma texnikası: Həyatdakı surprizlərə hazırsınızmı?
Təlimat: Bu mürəkkəb fiqura diqqətlə baxın, çalışın bütün başqa fikirləri kənara qoyasınız və bütünlükdə fikirinizi bu şəklə cəmləyəsiniz. Tapşırıq şəkildəki hərəkəti tutmaqdır. Əgər hərəkət varsa, şəklin hansı istiqamətindəndir? Oxla qeyd edin. Ola bilər ki, siz heç bir hərəkət hiss etmədiniz. Bu, tamamilə mümkün olan bir vəziyyətdir və bunun da öz səbəbi var.
Testin açarı, təfsiri
- Əgər fiqurda heç bir hərəkət müşahidə etmirsinizsə, bu, sizin həyatınızdakı sükunətdən xəbər verir. Siz bəlkə də özünüz belə hiss etmirsiniz, amma "yerinizdə sayırsınız" və nə edəcəyinizi, hara gedəcəyinizi bilmirsiniz. Nəyəsə qərar vermək vaxtıdır, fikirlərinizi toplayın və hərəkətə başlayın.
- Əgər hesab edirsinizsə ki, fiqur sola doğru hərəkət edir və ya Yan İnə daxil olur, gün gecəyə doğru hərəkət edir, bu o deməkdir ki, siz gələcəyə ümüdlə yanaşırsınız. Sizin həyatınız enerji doludur.
- Əgər sizin fiqur sağa hərəkət edirsə və ya İn Yana daxil olursa, gecə gündüzü itələyirsə, bu o deməkdir ki, siz hal-hazırda çətinlik hiss edirsiniz. Yəqin ki, sizin üçün çətin dövr başlayıb, siz hər şeyi ürəyinizə salırsınız və atdığınız hər addım haqqında çox düşünürsünüz. Səhv etməkdən qorxursunuz, amma narahat olmayın, hövsələli olun. Hər qaranlıq gecənin bir işıqlı sabahı var.
- Əgər sizin fiqurun yuxarı hərəkət etdiyini görürsünüzsə, bu sizin həyatda çatmaq istədiyiniz arzularınıza işarədir. Yəqin ki, siz düşünürsünüz ki, nəyi isə səhv etmisiniz və bundan ötrü çox narahatsınız. Fikirləşməyə dəyər, hər şeyi yenidən başlamağın vaxtıdır.
- Əgər fiqur aşağı hərəkət edirsə, siz təcili istirahət etməli, enerji balansınızı doldurmalısınız.
- Əgər fiqur o yan, bu yana, yəni gah sağa, gah sola doğru hərəkət edirsə, bu hormonal dəyişkənliyinin və sizdəki təbii inkişafın əlamətidir. Həssaslığınız həyatınızı nəşə və nikbinliklə doldurur. Sizin ruh düşkünlüyünüz uzun müddət sürmür. Həmişə ən yaxşısını düşünərək hərəkət edirsiniz. Sizin cazibəniz ətrafınıza insanları daim cəlb edir. Ona görə də tənhalıq sizin üçün qorxulu deyil.
Əks olunma texnikası: Həyatdakı gözlənilməz hadisələrə hazırsınızmı?
Təlimat: Hesab edin ki, şəhərinizdəki zooparka yeni heyvanlar gətirilir və bu qutuda onlardan biri var. Qutu çox möhkəmdir, səs keçirmir. Onun ön tərəfində düzbucaqlı deşik var. Buradan heyvanın müəyyən hissəsinə baxmaq olur. Çalışın, bir əsas detalla qutudakı heyvanı müəyyən edəsiniz.
Testin açarı, təfsiri
Çəkdiyiniz heyvanın konturlarının xarakterinə fikir verin.
- Xətlər nazikdirsə, bu, sizin ehtiyatlı olduğunuza işarədir. Siz vacib olmasa, risk etmirsiniz.
- Əgər xətləriniz inamlı, kəskin və parlaqdırsa, bu, sizin həyatda inamla addımladığınıza işarədir. Sizi qarşılaşacağınız uğursuzluqlar və çətinliklər qorxutmur. Siz sabah nə olacağını düşünmürsünüz. Əvvəli düşünmək sizə görə ağılsızlıq və mənasızdır. Siz həyati məsələləri yalnız o baş verən vaxtı həll edirsiniz.
İndi isə sizin çəkdiyiniz heyvan şəkillərinə nəzər salıb detalları açıqlayaq:
- Əgər ipucundan istifadə edərək heyvanın qulaqlarını çəkmisinizsə, bu o deməkdir ki, siz ehtiyatlı və diqqətli insansınız. Siz hər şeydən əvvəl özünüzü xoşagəlməz sürprizlərdən qoruma yollarını fikirləşirsiniz. Bütün olanlardan xəbərdar olmağı sevirsiniz. Sizi təəcübləndirmək çətindir.
- Əgər göz şəkli çəkdinizsə, bu sizin sevdiyiniz işlə məşğul olmağınıza işarədir. Hər məsələyə ağılla yanaşırsınız və hər işi təcrübə zamanı öyrənməyin tərəfdarısınız. Sizin həyatınız sürprizlərlə doludur. Onlar sizi sanki yağış atəşinə tutublar, amma siz bundan narazı deyilsiniz. Belə ki, həyatda təkcə pisliklərlə rastlaşmadığınızı və bu gözlənilməzliklər arasında xoş təsadüflərin və xoşbəxt anların da olduğunu düşünənlərdənsizin.
- Əgər ipuclarını heyvanın burun dəliyi kimi görüb onu çəkdinizsə, bu o deməkdir ki, siz həyatdan aldığınız zərbələrə qarşı çox davamlısınız. Dəqiq bilirsiniz ki, həyat qara və ağ zolaqlardan ibarətdir,ona görə də çətinliklərdən bədbinliyə qapılmadan sabahın daha gözəl olacağına inanırsız. Gözlənilməzliklər sizin həyatınızda çox azdır. Siz onları gözləyirsiniz və olan zaman da təəccüblənmirsiniz.
- Əgər bütöv bir heyvan çəkmisinizsə, bu o deməkdir ki, sizin qəlbinizdə inam və mərhəmət var. Uşaq olmasanız belə, möcüzələrə inanırsınız. Heyvanın böyük olması sizin həyata sakit düşüncə ilə yanaşdığınızı bildirir.
XƏBƏR LENTİ
Demək Akalın qəzəbləndi-FOTO
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
HAVA necə olacaq?-3 Yanvar
Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun şəkli ucaldıldı
Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Yay fəslini sevməmək olar?
Bitkilər və təbabət (14)
"Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Məşhur türk müğənniləri Bakıda
Ayaqaltı modelləri
İlham Əliyev: Şuşa işğaldan azad edildi!
Bu il balıq məhsulları boldur
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Tacikistanda prezident seçkilərində yenilik
Hikmət Hacıyev: “Humanitar atəşkəsi pozan Ermənistana necə etibar edə bilərik?”
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Bələdiyyə yük maşını ilə dağdan şəhərə qar gətizdirdi-FOTO
Azərbaycanda internet üçün böyük təhlükə
Qripdən necə qorunmalı?
Vitaminli xörəklər - 2
Yeni dizaynlı Range Rover Evoque
HAVA necə olacaq? 15-yanvar
Kosmetikanın canlılarla nə əlaqəsi var?
Dollar ucuzlaşmaqda davam edir
Bakıda Novruz yarmarkaları keçiriləcək
Kıvanç Tatlıtuğ izəyicisini məhkəməyə verdi
Boşluq tapıldı
Aylin Coşkunun boynuna 5 milyonluq qızıl taxıldı-FOTO
Darçınlı çörək (foto resept)
Ledi Gaga yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı - 05.09.2013
İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
İnternet gənclərə hərbi-vətənpərvərlik ruhunda tərbiyə verəcək
Hamilələr necə yatmalıdır?
Hamiləlik zamanı tonus və onun səbəbləri
Qaynananıza bürcünə görə davranın
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
"Ayı" peçenyesi (foto resept)
Dişlərinizi onunla qoruyun !
Xanımlarımız üçün makiyaj qaydası
Ronaldo iki nəfərlik şəraba 31 min avro xərclədi
İranda səhər zəlzələ ilə açıldı
Vladimir Kushin əsərləri
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Azərbaycanlı məktəblilərin son sevinci
Sağlamlığımızı alan səslər
- ŞƏRHLƏR