Ona aşiqsiniz ancaq bəzi istiqamətlərini bəyənmirsiniz. Dəyişəcəyini ümid edərək əlaqənizi davam etdirirsiniz. Həqiqətən dəyişəcəkmi? Buyurun ona hiss etdirmədən onu dəyişdirməyinizə kömək edəcək təkliflər.. İşə yaramasa onu olduğu kimi qəbul etməlisiniz.
Sizə aşiqdirsə dəyişə bilər
"Heç bir üsul sevgilimi öyrətməyə köməkçi ola bilməz! Onu çox sevirəm və dəyişməsini istəyirəm" deyirsinizsə əslində ən asan və hər vaxt işə yarayacaq bir üsulla işləri yoluna qoya bilərsiniz. Özünüzə aşiq edərək təbii ki! Bu, bir kişinin birdən dəyişməsi üçün kafi olan ən yaxşı və ən tez üsuldur. Bir kişini öyrətmək üçün ən asan yol bu olsa da, bir qadın üçün bəzən əməl edə biləcəyi ən çətin yol ola bilər. Çünki kişilər ancaq həqiqətən gözləri sizdən başqasını görmədiyi zaman dəyişir, heç olmasa bir müddətliyinə. Lakin "Mənə aşiq oldu" deyib, bütün ipləri əllərinə versəniz, yenidən köhnə hallarına qayıdacaqlar.
Xoşunuza gəlməyən davranışını söyləməyi gecikdirməyin
Sevgiliniz əlaqənin başında düz davranmırsa, zaman irəlilədikcə düzələcəgini ümid etmək zaman itkisi olaraq görülə bilər. Xoşunuza gəlməyən bir davranış qarşısında nə düşündüyünüzü söyləyin. Unutmayın; bir kişi ilk başda necə davranırsa eyni şəkildə davam edər. Lakin başlarda xəbərdar etsəniz, sizi itirməmək üçün kiçik dəyişikliklər edə bilər. Onun üçün etdiyiniz yaxşılıqların qarşılığı gəlmirsə, bir gün etdiklərinizi anlayacağını ümid edərək gözləmək yerinə əlaqənizi nəzərdən keçirin. Gerçəkləri görmək bəzən çətin ola bilər. Çünki əslində sevgilinizin sizi bədbəxt ettiyi davranışları bilir, yalnız gerçəkləri qabul etdiyinizdə ayrılmaq məcburiyyətində qalma qorxunuzla üzləşmək istəmir ola bilərsiniz.
Səhvlərini üzünə vurmayın
Sevgilinizin sizi dinləməsini istəyirsinizsə, onun diqqətini çəkən sözlər istifadə etməyə çalışın.Məsələn "seks" sözü kimi. İlk başlarda darıxdırıcı, hətta mənasız cümlələr qurmaq məcburiyyətində qala bilərsiniz. Lakin görəcəksiniz ki daha əvvəl siz danışarkən "Bəli, bəli" deyərək ötürən yoldaşınız, cümlənizin başında maraq çəkən bir söz eşitdiyində gözlərinin içinə baxacaq. Heç olmasa həqiqətən sizi dinlədiyini görəcəksiniz. Bir digər variant isə sizi dinləməyən sevgiliniz danışdığında eynisini sizin də ona etməniz. Kişilər ümumiyyətlə etdikləri səhv davranışlar haqqında onlara deyəndə,tənqid olaraq adlandırarlar, lakin eynisini onlara etdiyinizdə səhv davrandıqlarını daha asan anlarlar. Buna görə bunu bir oyun olaraq görün və o öyrənərkən siz əylənin.
Ana quzusudursa dəyişdirmək çətin ola bilər
Bir kişi, birlikdə olduğu qadına necə davranmağı ilk olaraq ailəsində gördüyü davranışlarla öyrənir. Lakin bir ana, ərköyün və hər istədiyi yerinə yetirilən bir kişi yetiştirdiyində, ondan sonra gələcək qadına daha çox iş düşər. Qadınların məsuliyyətinin əslində öyrətmək deyil, sevmək və sevilmək olması lazımdır. Buna görə sevgilinizin anası haqqında ola bildiyi qədər çox məlumat əldə edin. Davamlı anasından bəhs edən, etdiyiniz hər şeyi, məsələn; bişirdiyiniz yeməkləri ya da evdəki nizamı anasının vərdişləriylə müqayisə edən bir kişi ilə olmaq çox çətindir. Bir anda sevgilinizlə maraqlanmaq yerinə anasıyla özünüzü yarış halında hiss edərsiniz. Anası ilə əlaqəsinin normal olması ən idealıdır. Yetkin bir kişinin, anasının qanadları altından çıxıb öz ayaqları üstündə dayanması lazımdır. Kənardan ailəsinə göstərdiyi hörmət, onun sizinlə yaşadığı əlaqədə də nə şəkildə davranacağına dair bir ipucudur. Siz nə qədər "Mən onunla birlikdəyəm, ailəsi məni maraqlandırmır" deyə düşünsəniz belə əslində onların təsirləri əlaqənizin bir parçası olacaq. Hətta bir müddət sonra ailəsiylə olan əlaqəsini təşkil etmək yenə sizə düşə bilər. Əgər ailəsiylə arası yaxşı olmayan bir kişi ilə bərabərsinizsə, aralarını düzəltmək sizin əlaqənizi də daha müsbət bir havaya sala bilər. Çünki bu sayədə həm ailəsi həm də yoldaşınız, quruluşçu rəftarınız qarşısında sizi daha çox sevib hörmət göstərməyə başlayacaq.
XƏBƏR LENTİ
"Öpüş" salatı (foto-resept)
iPhone-dan Galaxy S5-ə...
ABŞ müharibə elan edir
“Survivor 2020”nin iştirakçısı eşq dedi-qodularına aydınlıq gətirdi
Quzuqulağının (turşəngin) xeyri və zərəri
Xalçaların təmizlənməsi
Toyuqlu qovurma (foto-resept)
Sadə donlar
Artıq məni sevmirsən
Mayli Sayrus onunla da ayrıldı
Bakı rəsmən imtina etdi
Devid Bekhem aşpazlığa başladı
Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb
Temperatur yüksəlir - Sabahın HAVAsı
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Bu ilin trend saçları
Türkiyə 1915-ci ilin arxivlərini açdı
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Diktator 4 yaxın mənzilli raket buraxdı
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Mədən faciəsində hamını ağladan mənzərə
Hicablı xanımlar üçün qış geyimləri
Zəmzəm suyunun faydaları
Azərbaycanlı aktrisa Hollivud filmində
Gülməli heyvanlar (son)
Yaponiyaya gələn turistlərə pul veriləcək
Badamlı Brauni (foto resept)
Ərzaq məhsulları ucuzlaşıb
iPhone 6 belə olacaq?
"Göydələn"lərdə mənzillərin qiyməti ucuzlaşıb
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
Bağçalar yayda açılacaq? - RƏSMİ AÇIQLAMA
Günün qoroskopu: Bədxərclik etməyin!
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
ADNA qurbanları
Gürcü alimi erməni xülyalarını dəfn etdi - FOTO
Paytaxtda böyük təhlükə kök salıb
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Dəbli köynək modelləri
Eqor Qrid Bakıda gəlir
Folqada dana dili (foto resept)
Quşları yaxından tanıyaq
Xanımlarımıza "8 MART" hədiyyəsi!
Kosmetik preparatlar
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Bu şəhərə 1 ildə 300 milyon turist gəlib
Avtobusların gediş haqlarını süni şəkildə qaldıran kimlərdir?
Obamadan şok etiraf
- ŞƏRHLƏR