Bir dostum var, Nadir. 20 il əvvəl atasını, daha sonra bacısını və qardaşını itirdi. Hamısını da son dərəcə faciəvi bir şəkildə...
Əlqərəz, dərd dərd üstə gəlirdi. Üstəlik ana da ağır xəstə və...çox kritik, insanı dalana dirəyən kasıbçılıq.
Evləndi. Başqa yol yox idi. Hansısa xoş bir səbəbə sığınıb yaşamaq lazımıydı.
Ailə həyatı qurduğu xanım isə 2 ali məktəb bitirmişdi. Ayrıca, dünya gözəli, inanılmaz kübar, səviyyəli və namuslu da biriydi.
....Qızın bəxtinə elə ilk gündəncə əzablar yazıldı. Qaynana vəfat edən günə qədər onun qulluğunda durdu. Daha sonra isə həkim müdaxiləsi zamanı almış olduğu çox ciddi zədələr səbəbilə övladı qüsurlu doğuldu. Və...adamın başı indi də uşaqla "uğraşmağa" qarışdı.
Nadirin öz dili ilə danışaq: "Qızım anadangəlmə "sudurqa"lı olduğu üçün yoldaşım gecələri yatmırdı. "Dil getmə" prosesi artıq bizim üçün adiləşmişdi və xanım ayıq - sayıq olmasa balamız hər an ölə bilərdi...
Bir gün gecə saat 3 idi. Baxdım, Nailə yenə uşaq qucağında, yarım - mürgülü vəziyyətdə oturub. Dözmədim. Kövrəldim. Qucaqladım onu. Hıçqıraraq dedim, bağışla məni. Bağışla ki, bütün bunları sənə yaşadıram. Oysa, məndən də gözəl, məndən də imkanlı, məndən də rahat insanla ailə qurmaq sənin əsl haqqın idi"
Deyir, yoldaşım başını çiynimə dayayıb çox sakit bir tərzdə bu sözləri pıçıldadı: "Yaşadığım həyatda mənim ərimdən böyük, mənim ərimdən güclü, mənim ərimdən dəyanətli kimsə yoxdur. Dünyaya yüz dəfə gəlsəm hər şeyi gözə alıb yenə səni seçərəm"
Nadir davam edir: "Bu sözlər məni həyata qaytardı. Özümə qaytardı. Bu sözlər mənim gözümdəki sevinci, istəyi, ümidi yenidən alovlandırdı. Başladım yaşamaq uğrunda mübarizəyə. Pomidor satdım, badımcan satdım, günəbaxan satdım, lotoreya bileti satdım, yolda durub qəzet satdım...24 saat çalışdım. Sərasər, durmadan çalışdım ki, o qadının, o sözlərin haqqını verim".
P.S Nadir hazırda Türkiyənin Trabzon şəhərində 2 böyük fabrikin şəriksiz patronudur. Övladı sağalıb və 3 - cü sinifə gedir. Ailəcək inanılmaz xoşbəxtdirlər.
P.P.S Ləyaqətli qadının yüksəldə bilməyəcəyi kişi yoxdur! Sadəcə bunu bilirəm. Və onların sayı hər nə qədərsə, hamısının qarşısında baş əyirəm.
Elşən Musayev
XƏBƏR LENTİ
Ətir hazırlayaq
Azad Universitetin kitabxanası
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Azərbaycanın bu ərazisində su olmayacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Messi ilə bağlı sensasion İDDİA
Azərbaycan millisində 3 yeni sima
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Justin Timberlake
Məşhur cütlük Ayrıldı-FOTO
200 manatla başladı indi milyonerdir-FOTO
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Riqada Serjə niyə zurna verdilər?
Öz ulduzu ətrafında dövr edən “Pi Dünyası” kəşf edilib
Sergey Lavrov: “Ermənistan hakimiyyəti əhaliyə izah etməyə borclu idi ki...”
İmkansız tələbələrə xoş xəbər
Dünyanın ən ağıllı şəhərləri məlum oldu
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Südlü şirniyyat (foto-resept)
Ürək keksi (foto-resept)
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Münasibətlərdə 100 həqiqət (2)
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Yay üçün köynək nümunələri
Lənkəranda qanvermə aksiyası keçirilib
Cəlilabadda şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Bakıda avtobuslarda necə ucuz getmək olar?
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Hava haqqında - 04.09.2013
Pəhrizə necə başlamalı?
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Koranavirusdan ilk körpə ölümü qeydə alındı
Tiflisdən Bakıya dəstək bəyanatı
Günün qoroskopu: bu gün çox mətləblər aşkarlanacaq
Evdə tək qalan uşaqlar
Hamilə qadınlara dondurma yemək olar?
DSMF pensiyaçılara nə vəd edir?
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
300 illik mumiya 1 saata çürüdü
Qəhvə souslu keks (foto-resept)
Paltar Yumanın İncəlikləri
Beyons və Di Kapriodan sonra Cey Lo
Uşaqlar üçün ad günü tortları
Ərzağın qiyməti qalxacaq
Dünyanın virtual muzey və qalareyaları
- ŞƏRHLƏR