Bakıda hava
USD AZN
EUR AZN
12:42Sima heftesonu geldi oleyyy
41201

Gümüş aura nədir?

 

Bunlar həqiqətən ekstrasensor qabiliyyətlərə sahib olan istedadlı insanlardır. Hərçənd ki, bəzən özləri bu barədə xəbərsizdir.

 

Gümüşü aurası olan insanlar həqiqətən istedadlı şəxsiyyətlərdir. Özlərində inkişaf etmiş intuisiya və praktikliyi birləşdirirlər. Onların ekstrasens qabiliyyətləri kifayət qədər yüksək səviyyədədir. Qeyri-ixtiyarı olaraq müəllim, məsləhətçi və ustad rollarını seçirlər. Bu insanlar çox yönlüdür və müxtəlif şərtlərə asanlıqla uyğunlaşır. Həyatda aldıqları hər fürsətdən istifadə etməyə çalışırlar.

Gümüş aura nədir?

İntuisiya onlara lazımi anda düzgün qərarlar qəbul etməyə imkan verir. Onların bu qabiliyyəti yalnız özünə deyil, həm də əlaqəli olduğu bütün insanlara fayda verir. Gümüşü aurada olduqca nadir bir rəngidir və iki çalarda görünə bilər: tünd və açıq.

 

Tünd boz ümumiyyətlə, olduqca neqativ işarədir, bu, həyatınızda qorxu olduğunu ifadə edə və ya sağlamlıq problemlərinin əlaməti ola bilər. Bədənin müəyyən bir nahiyəsində tünd boz və ya tünd gümüş rəngin konsentrasiyası, o yerin problemli olması deməkdir.

 

Açıq gümüşü inkişaf etmiş intuisiyanın əlamətidir. Bundan əlavə, belə bir aura yeni konsepsiya və ideyaları simvolizə edir. Belə insanların zehni aydın və kəskindir. İntizamlıdırlar, problemləri asanlıqla bir həll yolu tapmaq bacarığına malikdirlər. Onlar həddindən artıq bağlanmır və rasional həyat sürürlər. Onların həyatının bütün mahiyyəti olduqca sadədir.

Gümüş aura nədir?

Zamanla auranın rəngləri dəyişir. Auranızda gümüşü rəng varsa, bu, onu göstərir ki, ilahi qüvvələrdən güc alırsınız. Hər hansı bir maneənin irəliləməyinizə mane olduğunu hiss edirsinizsə, narahat olmayın - tezliklə yox olacaq. Sonra həyatınız yüksələn istiqamətdə qalxacaq və siz hədəflərinizə doğru səyahətinizi davam etdirəcəksiniz.

 

Gümüşün olması qaranlığın tədricən dağılacağını göstərir. Durğunluq dövrləri geridə qalıb. Əlavə olaraq, bu rəng bir növ mənfi enerjidən və ekstrasens qabiliyyətlərinizi qoruyan qalxan rolunu oynaya bilər.

 

Əslində, həyatınızdakı gümüşün görünüşündən çox şey əldə edə bilərsiniz. Məsələn, gümüş aşağıdakılara qadirdir:

 

Sizi gücləndirir.

 

Həyatınıza yeni bir təkan verin.

 

Apatiyanın öhdəsindən gəlməyə kömək edir.

 

Sizinlə “toksinli” insanlar arasındakı əlaqəni pozmağa kömək edir.

 

Münasibətləri möhkəmləndirir.

 

Aytən Məftun (publika.az)

 

Səslərin sayı: 0
0
297
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )