Ən müxtəlif vəzifələrdə çalışan müxtəlif xasiyyətləri insanlar müxtəlif səbəblərə görə çalışdıqları işdən azad olunurlar. Kimisi səhvlərə yol verir, kimisi işçilərlə pis davranır, kimisinin də xasiyyəti pis olur. Uzun müddət əziyyətlə çalışdıqları şirkətlərdən ayrılmaq məcburiyyətində qalan insanlar psixoloji problemlər yaşayır və depressiyaya düşürlər. İlk növbədə şok yaşayan işçilər nə baş verdiyini başa düşməyə çalışırlar, daha sonra rəhbərliyə qarşı əsəbiləşirlər. Qısa müddət ərzində isə depressiya qaçılmaz olur. Heç kim belə aqibət arzulamasa da, müasir biznes dünyası kifayət qədər qəddardır. Buna baxmayaraq, karyerada müəyyən uğursuzluqlar yaşamış insanlar uğursuzluğun təbii nəticəsi olan eskapizmə (məqsədlərdən imtina edərək fantaziya və illüziyalar dünyasında yaşamaq, təkliyə üstünlük vermək) düçar olmamalı, emosional vəziyyətlərini sabit saxlayıb yeni imkanlar axtarışında olmalıdırlar. Necə ki, duman səbəbiylə yolun geri qalanı pis görsənər, eskapizm də işdən çıxarılanların görməsini bulandırar. İşdən ayrılma vaxtı ilə yeni işə qəbul arasında olan boş vaxt kəsiyinə (bundan sonra qısaca "fasilə") isə yeni imkan kimi baxmaq lazımdır. Bu zaman aralığında siz özünükəşf (self-discover) ilə məşğul ola və prioritetlərinizi bir daha gözdən keçirə bilərsiniz. Bütün bu proseslər kifayət qədər güclü iradə tələb edirsə də, çətin bir şey yoxdur. Bu qaranlıq zonadan çıxmaq üçün siz yaxın dostlarınıza, ya da professional psixoloqlara müraciət edə bilərsiniz. Ən əsası isə unutmamaq lazımdır ki, yolu uğurla davam etmək üçün fasilədən maksimum dərəcədə faydalı istifadə etməlisiniz. Yəni, sizin təcrübəniz hər zaman sizinlədir. Təcrübənizi savadınız, biliyiniz və istedadlarınızla birləşdirib yeni sferada, yaxud da yeni ixtisasda istifadə edə bilərsiniz. Yeniliklər o halda sizin üçün düşərsiz olar ki, siz fasilə zamanı oriyentirlərinizi düzgün tənzimləməyəsiniz. Təcrübə göstərir ki, düzgün vektorları müəyyənləşdirən insanlar yaşadıqları karyera böhranlarının öhdəsindən gəlməyə müvəffəq olurlar. Bunanla əlaqədar kifayət qədər uğurlu həyat hekayələri vardır.
Şərtlər gərəyi bizlərdən hər birimiz uğursuzluqlar yaşaya bilərik, lakin təbiətin hamımıza bəxş etdiyi "adaptasiya" bacarığı da var. Yaranmış "fasilə" zamanı özümüzü yenidən nəzərdən keçirməyimiz heç də asan proses olmasa da, qarşımızda təslim olmaq kimi seçim olmamalıdır. Yaxşı strategiya hazırlayaraq, gücümüzə qarşı olan və ani olaraq yaranmış şübhələri və zəiflikləri aradan qaldırmaq lazımdır. Keçmiş iş yerində etdiyiniz səhvləri müəyyənləşdirmək olduqca vacibdir. Karyera yoluna daha təmiz davam etmək üçün mütəmmadi olaraq beyninizi yeniliklər istiqamətində proqramlaşdırın.
Karyera sadəcə bir şirkət, bir müəssisə, yaxud da təşkilatla məhdudlaşan anlayış deyil. Bu yolda hamıya uğurlar.
Yazı Harvard Business Review jurnalının 2015 yanvar-fevral nömrəsinin Mitçel Marks, Filip Mirviz, Ron Aşkenazın müəllifləri olduqları "Karyerada uğursuzluq? Hər şeyi yenidən başlayın!" (org: Митчелл Маркс, Филип РњРёСЂРІРёСЃ, Р РѕРЅ Ашкеназ - Карьера пошла РїРѕРґ откос? Начните РІСЃРµ заново!) məqaləsinin qısa məzmununu əks etdirir.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Aspirin xərçəngə qarşı vasitədir.
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Günün qoroskopu: gün uğursuz alına bilər
Bakının bu hissəsində 2 gün işıq olmayacaq
Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ
Kişilərin qaçdığı 5 qadın tipi
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Görünməz olmağı bacaran heyvanlar
Hərbiçi qız modelliyə başladı,məşhur oldu-FOTO
2100-cü ildə Çin əhalisi azalacaq
Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Dünyanın dağılma tarixi haqda daha bir nəzəriyyə
Ən yeni saç trendi: hörüklü gül
Boyun düzləşməsi əlaməti
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Varlanmaq üçün iki şey lazımdır
Neftin qiyməti qalxıb
Göz altı kölgələr
Günün ulduz falı
Sami Yusufdan Şuşanın işğaldan azad edilməsi ilə bağlı təbrik - FOTO
Şahzadə Harri soyadından imtina etdi
Ölkədə yeni iş yerləri yaradılacaq
İdman ayaqqabıları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Qovunlu dondurma (foto-resept)
Sabahın HAVAsı
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Hava haqqında - 23.09.2013
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Günün ulduz falı
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Facebook-da təhlükə
Meyvə-tərəvəzlər və insan orqanları
Qeyri-adi makiyajlar
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
"Qızıl top"un sahibi bəlli oldu
Emindən əkizlərinə təbrik - FOTO
Pomidorlu-pendirli toplar (foto-resept)
Bulvar uzana-uzana gedir
Həftənin ilk iş gününə olan hava proqnozu
Abituriyentlərin nəzərinə!
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Azərbaycan Böyük Britaniyaya nota verdi
Kivi maskası ilə gözəlləşin
Qışda böyrəkləri necə qorumalı?
Dəniz Səki 22 kq arıqladı-FOTO
Kəsmikli piroq (foto-resept)
- ŞƏRHLƏR