Sosyopat anti-sosial pozuntusu olan şəxs kimi müəyyənləşdirilir. Bu pozuntu digərlərinin hisslərinə qarşı diqqətsizlik, saxta vicdan əzabı yaxud saxta utancaqlıqla, manipulyativ davranışlarla, idarə olunmayan ego mərkəzlə və yalan bacarığı ilə məqsədinə nail ola bilmə kimi xarekterizə olunur. Əgər siz sosyopatla rastlaşsanız, yaxud hər hansı sahədə yoldaş olsanız, bilməlisiniz ki, sosyopatla hər hansı münasibət təhlükəli ola bilər. Əgər siz sosyopatı necə tanımağı və ona qarşı necə ehtiyatlı olmağı, həmin şəxsin nələr dediyini, yaxud nələr etdiyini bilmək istəyirsinizsə, 1-ci bənddən başlaya bilərsiniz.
1. Olmayan utancı axtar. Bir çox sosyopat çirkin hərəkətlər edə bilərlər, buna görə də bir qram vicdan əzabı keçirməzlər. Belə ki bu hərəkətlər fiziki sui-istifadən yaxud digərlərini alçaltmadan ibarət ola bilər. Əgər şəxs həqiqi sosyopatdısa, digər insanları incitməkdən, yalan danışmaqdan manipulasiya etməkdən, qəbul olmayan davranışlar sərgiləməkdən heç bir vicdan əzabı keçirməyəcək.
- Əgər sosyopat səhv edibsə güman ki, edilən tənqidi qəbul etmək yerinə digərlərini günahlandıracaq.
- Məqsədinə nail olmuş sosyopat nə vaxtsa, kimisə istəkli şəkildə incitmişdir. Bu bir çox sosyopatların nəyə görə uğurlara imza atmış olduğunu görtərir.
- Sosyopatlar heyvanlara qarşı çox qəddar ola bilərlər, buna görə də vicdan əzabı çəkməzlər.
2. Həmin şəxsin daimi yalanlar söylədiyini gör. Sosyopatlar mükəmməl şəkildə yalanlar söyləyərək yaşayırlar. Bu faktdır ki, həqiqi sosyopat doğruları danışarkən narahatdır. Əgər onların yalanın üstü açılsa, onlar bunun üstünü örtmək üçün yeni yalanlar söyləmə başlayacaqlar. Əgər siz onların yalanın üstünə sonuna qədər getsəniz, onlar sənin sədaqətini qoruyub saxlamaq üçün vəhşicəsinə etiraf etməyə başlayacaqlar.
- Sosyopatlar keçmişləri haqqında yalan söyləməyi sevirlər. Onların hekayələrində ziddiyyəti axtarın.
- Bəzi sosyopatlar sizi yalanlarına inandırmaq üçün əlindən gələn hər şeyi edəcəklər. Məsələn; sosyopat işsiz olduğu halda, hər gün işə getdiyini iddia edə bilər.
- Bir çox sosyopat öz yalanlarının həqiqət olduğu yanılmasını yaşayır. Məsələn, Charles Manson deyirdi: Mən heç kimi öldürməmişəm. Mənim heç kimi öldürməyə ehtiyacım yoxdu (onun dediyinə görə o özü heç kimi öldürməyib, onun tərəfdarları öldürüblər)!
3.Əgər onlar nifrət oyadacaq vəziyyətlərdə əsrarəngiz şəkildə sakit qala bilirsə. Sosyopatlar yüksək emosionallıq oyadan hadisələrə qarşı səthi reaksiya verirlər(səssiz nifrət). Onlar tez-tez “yaxşı yeniliklərə” soyuq baxışla qarşılayırlar. Təhlükəli və qorxulu situasiyalara adi insanlarla eyni reaksiyanı vermirlər.
- Panik anlarında siz həyəcanlanmış görünürsüz. Amma onların sizin gəringinliklə qarşıladığınız hadisələrə qarşı gərgin olmur. Bunu edən iki tip insan var. Cəsur qadın və ya kişi həmin anda gərginliyi aradan qaldırırlar. Digər tipə isə heç bir şəkildə bu hadisə toxunmur. Bu tip əlaməti daşıyanların empatiyası yoxdur. Bura saxta empatiyaya malik sosyopatlar daxildir.
- Gözdən keçir, əgər bu şəxs təbii səbəblərdən heç narahat və əsəbi görünmürsə. Baxmayaraq ki bəzi insanlar digərlərinə baxanda daha sabitdirlər, amma çox insan ən nəhayət bəzən narahat olurlar.
- Tədqiqatlar göstərir ki, sosyopatlar digərlərinin narahatlıq və qorxu hiss etdikləri situasiyalarda – narahatedici şəkillər göstərildikdə yaxud elektroşok verildikdə narahatlıq nümayiş etdirmirlər.
4.Əgər onlar ilk baxışdan son dərəcə cazibədardılarsa. Sosyopatlar güclü şəkildə insanları cəzb edirlər, çünki onlar istədiklərini necə əldə etməyi bilirlər. Onlar insanlara necə xüsusi hiss etdirməyi, insanlardan özləri haqqında düzgün suallar soruşmağı bilirlər və ümumiyyətlə, əyləncəli, maraqlı qəbul edilirlər. Doğrudur ki, uşaqdan böyüyə kimi insanları cəzb etmək qabiliyyətinə hər kəs sahib ola bilər. Əgər bir şəxs sizə ilk baxışdan cazibəli gəlirsə, sonra onun davranışları sizi çaşdırır yaxud narahat edirsə, ola bilər ki siz sosyopatla qarşı-qarşıyasınız.
- Siz düşünə bilərsiniz ki, sosyopatlar sirli qalmağı bacaran sənətkarlardır. Onların istədiklərini əldə etmək üçün insanları necə cəzb etməyi bilməyə ehtiyacları var. Hədəflərinə doğru irəliləmək üçün onlar ilk növbədə kütləyə qarışmalıdılar. Bunun mənası onların necə insanlarla tanış olmaq və onlara necə rahat hiss etdirməyi bilməyə ehtiyacları var.
- Halbuki bir çox sosyopat inanılmaz cazibəsinin arxasında güclü anti-sosial meyllərini gizlədir. Onlar tez-tez və uzun müddət vanna otağında olurlar. Onlar inanılmaz cazibəli, soyuq və məsafəli ola bilərlər. Onlar həmçinin qarşılıqlı münasibətlərdə yetəri qədər səmimi olmurlar. Davranışlarındakı ziddiyyət psixi dağılmanın götəricisidir. Həmçinin imtanını və ağrını ortaya çıxarmağa cəhd edərək, digərlərini idarə edə bilirlər. Onlar həmişə digərlərinin həyatına saxta hörmət və riqqət duyurlar. Onların içində səmimiyyət hissi olmur, bu sosyopatik tendensiyadır.
- Bir çox sosyopat təhrif olunmuş parıltıya malikdilər. Adətən onlar seksual cazibəyə malik olurlar.
Ardı var...
Tərcümə edən: Ustaclı
Mənbə linkdə : http://www.wikihow.com/Spot-a-Sociopath
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR