Ayrılıq “salam”dan başlar…
Salam Allahın adıdır əslində…
Tanışlıq Allahla başlayıb, Allahla bitər…
Çünki tanışlıq “salam”dan başlar…
Allah istəyib yəqin tanışlığımızı, sonra da ayrılmağımızı…
“Salam”dan başlayıb ya davam edər, ya da “salam”dan başlayıb yerində bitər, “sağ ol, əlvida” olmadan…
Maraqlı olar insan sənə… Onun haqqında hər şeyi bilmək istəyərsən, ortaq maraqlar, mövzular axtarıb taparsan… Kitab kimi maraqlı olar, oxuduqca, oxuyarsan, kitab da bitir, maraqlı olduqca, tez oxuyub tez də bitirirsən…
İnsanlar da elədir məncə, maraqlı olur sənə, nə qədər tez tanıyırsan, bir o qədər bitir sənin üçün, maraqsız olur sənə… Düşünmürsən ki, bəlkə o insan romandır, bir kitaba sığmır, davamı var əslində…
Səbrimiz çatmır davamına… Bir kitabla açıb bağlayırıq insanları…
“Salam”dan sonra hal-əhval tutular… Sonra tanışlıq üçün verilər digər suallar… Sonra dostluq, sonra sevgi, sonra ayrılıq… Hər şey bu qədər bəsit, bu qədər sadə, çox dərinə getmək lazım deyildir əslində…
Ayrılanda insan maraqlı olmaz sənə, soruşmazsan hal-əhvalını, yola verərsən gedər, görəndə görməzlikdən gələrsən, üzünü çevirərsən, salamını götürməzsən…
Bəlkə o səni sevməkdə və oxumaq istəməkdə davam edər… Sənsə… Sənə isə bu maraqlı gəlməz daha…
Başqasını axtararsan… Axtarışda olacaqsan, yenisini tapanadək…
Salam verərsən gündə 10 nəfərə, 100 nəfərə, hansı gedər irəli, hansı bitər yerində, qismətin işi…
Onu da buraxarsan Allahın üzərinə, bağlayarsan qismətə, alınmazsa, deyərsən, “Allah belə buyurub, qoruyub məni”, alınarsa, sevinərsən ki, tənha deyilsən, başını qatmağa yeni insan, yeni mövzu var, qəlbin də daha bir müddətliyə məşğul olacaq, vicdan üçün də əzab çəkməyə səbəb olacaq, ağıl üçün də məsləhət verməyə, düşünməyə əsas veriləcək…
Ağlın da, vicdanın da, qəlbin də, ruhunun da yaşaması üçün də, bitməsi üçün də, bir “salam” yetər…
Ayrılanda uzaqdan onun gəldiyini görüb yolunu dəyişərsən, dəyişərsən nömrəni, itirərsən bütün izləri…
Ayrılanda bloka atarsan onu, silərsən ismarıclarını, silərsən zəng tarixçəsini, əlaqə vasitələrini, emaillərini…
Ayrılanda nə ortaq maraqlar, nə ortaq mövzular düşər yada…
Ayrılanda tək istəyin onu unutmaq olacaq…
Əslində, hər bir insanı 10 nəfər sevər, 100 nəfər paxıllıq edər, yaltaqlanar, tərifləyər üzdə, dalınca deyinər, 1000 nəfər yatağa salmaq istəyər, 10000 nəfər “yox” deyildiyindən nifrət edər, qisas hissi ilə yaşayıb, düşməninə çevrilər, yalnız 1 nəfər- əsl insan olduğundan sevər və sevgisinə cavab görər, insanı, sevgisini, qəlbini, ruhunu, ağlını, vicdanını əldə edər…
Salam verdiyiniz zaman unutmayın bunları…
Salamdan sonra davam yoxsa tamam?! Hər şey sizdən asılıdır, ey insanlar…
Günel Fərhadqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!
- ŞƏRHLƏR