İyirmi beş yaşındayam. Daha heç bir şey yaşaya bilmədim ki, ortasında olum həyatın, amma kənarındayam orası dəqiq, həm də ən kənarında, payıza həsrət qalmış yarpaq misali... Həyatda ən çox əsgərliyi sevdim. Mən əsgərkən çox sevgi məktubu yazdım, başqalarına. Çox da sevgi məktubu oxudum başqalarının. Qərib kənd uşaqlarına ağıl verdim. Dərzi öz söküyünü tikə bilməz məsəli. Çıx deyirlər quyundan. Mənim zindanım daha aydınlıq, görməzlər ki. Ürküdür həyat deyilən keşməkeş məni,bilməzlər ki. Zindan nə qədər işıqlı olsa da, zindandır. Amma bu zindanda mehman olduğunu özünə təlqin edib xoşbəxt ola bilməyi bacarmaq gərəkdir. Mehman dediysəm hamımız bu fani dunyada məgər qonaq deyilmiyik?! Dustaq desək daha doğru. Beyin başımızda, dil ağızda, söz dildə, qəm isə qəlbdə dustaqdır. Demək cism adlı məhbəsdə candır mötəbər dustaq. Uşaq dünyaya gəldikdə nədən ağlar ? Səbəb vardır. Mələk aləmə car eylər. Gelibdir bir nəfər dustaq... Həyatda hər bir şey istər maddi, istər mücərrəd olan hər şey öz tezadının təzahürüdür. Belə olmasa heç bir şeyin deyer qiymətini və hikmətini anlaya bilmərik. Axı insan çiy süd əmib. Ağlamasan gülməyin, nifrət etməsən sevginin, gecə olmasa gündüzün dəyərini bilmərik.Səbəbi xilqəti-aləm.Yaradılışın bu zidd ahengi tek ve bir olan ulu yaradana söykənir.
Kədərimi belə gülüşümdə gizlətdim. Heç kimə mənim dərdlərim lazım deyil. Hətta özümə belə. Bütün hüceyrələrimlə bərabər yuxuya dalsam. Sonsuzadək deyil ha!! Ölümə belə layiq olmadım daha. Oysa ki, ölümsüzlük bəxş edər çırpınan qanadına toxunuş. Vurur nəbzim, amma son vuruş. Ver əlini ey yalnızlar şəhəri. Yalnızların göz yaşının hopduğu küçələrinə sözüm var. Yaşamın hər anında çıxmaza girdiyimi düşünürəm. Keçmişə , xatirələrə köklənmək boğur məni. Vücud ruhun maddi göstərgəsi, təzahürüdür. O zaman ruhum çökmüş,dincliyini itirmiş deməkdir. Analarımız yay olanda müxtəlif meyvələrdən mürəbbələr, tərəvəzlərdən turşular və s.
hazırlayırlar. Məqsəd isə qışa hazırlıqdır. İnsanın onu nəyin gözlədiyini bilməsi və ona hazırlanması nə gözəl. Kaş mən də hazırlana biləydim. Qəlbimin qışlarına... Könlümə sevda mehinin əsdiyi baharlarıma düyünlər düşmüş, açılmamaq üzrə olan.
Eyni oxdan yaralıydıq biz,eyni qabdan su içmiş kimi.Çox şey vəd edə bilməzdim,amma hüzünlər qaranti. Bir şeylərin yerinə qoyduq bir birimizi. Bir birimiz qədər dəyərli şeylərin yerinə. Artıq heç kim sığa bilməz ora. Nə tez yıxılırdı xəyallarım?! Nə tez xoşbəxtlik məndən üz döndərirdi?! Oysa ki,səni tanıyanda qurumuş səhramın, quruyub qalmış budaqlarıma abu-həyat toxunuşunu hiss etdim. Sevgiylə, sevginlə tərpəndim,ayıldım mən.İflicdən bütün bədəni uzun zaman tutulu qalmış birinin ilk tərpənişləri kimi.
Söz istəməyən hallarım var mənim. Gözlərinə tutsaq qalmış baxışlarım kimi. Sahilə vurur ayrılıq dalğası, ruhum siyaha məhbus.
Göyqurşağım rəngsiz. Çalınır əcəl zəngim. Ölmüş sədəf kimiyəm sevgili, eləcə səssiz-səssiz. Ürəyindəki yerimi söylə. Edama məhkum birisi asqırarkən çox yaşa,sağlam ol demək kimi bir şeydir bu da. Qəlbimdəki bütün üzlər sənə çevrilir. Bir gecə qapını döysəm kimdir deyə soruşma. Mən "Sən" olmadan gəlməm. Bu gun huzurluyam. Amma qəribəsi odur ki, hüznlü huzur. İki təzadı cəmləmişəm özümdə.Sanki yazın gözəl ətrini duyduğun zaman səmadakı qara buludları da görürsən.Nə buluddan doyursan, nədəki ətirdən. Bir qəribəlik halının içində qalırsan. Amma səbəb də tapa bilmirsən. Bəlkə də beynimiz özü bizdən xəbərsiz bizim bilmək istəmədiyimiz bir dərdimizə yas tutur...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...
- ŞƏRHLƏR