Ehtiyatlı olun! Sizin qeyri-adi romantik münasibətiniz başlamamış bitə bilər. Necə? Sadəcə mənasız, kiçik səhvlərə görə! Biz bu səhvləri sevgi və qayğıkeşliyin əlaməti kimi dərk edirik. Halbuki, kişilər bundan oddan qorxan kimi qaçırlar:
Kişilərlə rəqabətə girmək. İstənilən kişi düşünür ki, ən yaxşı qızla görüşməyə layiqdi. Ən ağıllı, ən gözəl, cavan, evdar, cazibədar… Bu siyahını sonsuza qədər uzatmaq olar. Əslində həqiqət də elə budur. Amma bir şərtlə ki, o xanım öz gözəlliyinə, ağlına, biliyinə görə kişi ilə rəqabətdə olmasın. Qız öz ünvanına tərif gözlədiyi qədər oğlan da bunu gözləyir. Münasibətlərinin ilk günlərində təriflərin bir ünvana getməsi digər tərəfi qane etsə də, zamanla bezdirəcək. Ona görə də, hər görüşdə ancaq öz uğurlarından, ağıllı davranışlarından danışmaq doğru deyil. Düzdür, bunu o, pis niyyətlə etmir, o, öz uğurlarını sevdiyi insanla paylaşmaq istəyir. Amma artıq digər tərəf bundan xəbərdardır. Və həmin məqamlarda onun öz uğursuz davranışları mövcud ola bilər. Əgər onunla şahmat, domino, bouling və s. oyunlar oynayırsızsa, hər zaman udmağınız doğru deyil. Arada uduzmaq da lazımdır. Sizin özünüzə əminliyiniz kifayətdir. Bunu göstərmək lazım deyil. Sizin üçün nə vacibdir? Oyunda udmaq, yoxsa sevdiyiniz insanı yanında saxlamaq?
Əksinə, siz görüş zamanı onunla necə fəxr etdiyinizi, onun varlığının sizin həyatınızda önəmini və s. göstərməlisiz. Amma ifrata varmamaq şərtilə. Yəni tərifiniz real şərtlərə uyğun gəlməlidir. Sadəcə, bir fikrə əmin olun ki, ailəniz olandan sonra öz bacarıqlarınızı daha rahat şəkildə istifadə edə biləcəksiz.
Əmin olmaq ki, hər şey əladır. Ola bilər ki, siz artıq toy haqda, hansı üzüyü almaq haqda, toyu harda keçirəcəyiniz haqda planlar qurursuz. O sizə eşqini etiraf edib və sizdə əminlik hissi yaranıb. Vacibdir ki, bütün bu xəyallarınızı ürəyinizdə yaşayasınız, açıq şəkildə qarşı tərəfə deməyəsiniz. Çünki, siz əmin olsanız da ola bilər ki, qarşı tərəf öz hisslərinə əmin deyil və cavabdehlikdən qorxur. Əsasən kişilər hər zaman müstəqilliyə daha meyilli olurlar və kiminsə onların şəxsi ərazisinə daxil olmalarına nifrət edirlər. Ümumiyyətlə, kişilər özləri qərar verməyi xoşlayırlar. Hətta fikir qadın tərəfdən verilsə belə. Əsas da öz ailə və qohum problemlərinizi evlənənə qədər ondan gizlin tutmağa çalışın.
Onu keçmiş sevgililərinizlə müqayisə etmək. Kişilər sevmir ki, onları keçmiş sevgili və ya həyat yoldaşlarınızla müqayisə edəsiz. Əsasən ağrıdıcı o olur ki, siz onu əvvəlki sevgilinizdən daha çox səriştəsiz və bacarıqsız hesab edirsiz. Çalışın hətta görüşdüyünüz insanın çatışmayan cəhətlərini bu şəkildə bildirməyəsiz. Çalışın dilinizi dişləyin. Keçmiş keçmişdə qalıb. İndi yanınızda olan vacibdir. Çünki, nəticədə bir gün o sizə deyə bilər ki, yaxşı idisə niyə ayrıldın? Düzdür, siz bu yolla onu özünüzə uyğunlaşdırmağa çalışırsız. Amma anlamalısız ki, o körpə deyil, siz də anası deyilsiz. Zamanla, səbirlə istəyinizə çatma ehtimalı daha çoxdur.
Tez-tez soruşmaq ki, ”Sən məni sevirsən?”. Kişilər sevərkən bunu bütün emosional və idraki tərəflərinə əsasən dərk edir və ona görə də sevgini etiraf etmək onlar üçün çox çətindir. Sevdikləri xanım onlar üçün vacib olan parametrlərə görə 100 də 100 olmalıdır. Əsas parametrlər uyğundursa, digər tərəflər onlar üçün vacib deyil. Ona görə də, sevgi etiraflarını onlar bütün iradə və səylərini toplayaraq bir dəfə etiraf edirlər. Bu zaman böyük həyəcan və stress yaşayırlar. Əks tərəfin tez-tez bunu tələb etməsi həyəcan və stressi tez-tez yaşadır. Eyni zamanda kişiləri əsəbləşdirir. Qadınlar isə qulaqları ilə sevdikləri üçün tez-tez kompliment eşitməyə ehtiyac duyurlar. Ona görə də çalışın ki, sevdiyiniz şəxsin sizə olan davranışlarına diqqət yetirib qiymətləndirin. Əsas davranışdı.
Səhnəyə çıxmaq və nümayişkarlıq. Kişilərin xoşlamadığı bir xüsusiyyət də qızın rəfiqələrinin nümayiş obyektinə çevrilməsidir. Yəni qız öz nişanlısını rəfiqələrinə göstərərək lovğalıq əks elətdirir. Kişilər bu zaman özlərini muzey eksponatı kimi hiss edirlər. Nəzərə alın ki, kişilər özləri ovçudurlar. Antikvar əşya deyillər. Unutmayın ki, sizin yerinizdə rəfiqələrinizdən biri ola bilər. Yaxşı olar ki, sevgi həyatınız özünüzə aid olsun.
Nəzarət və komanda vermək hissi. “Bu gün biz ora gedəcəyik. Sabah isə filan yerə… yoxsa səndən inciyərəm”. Sizə elə gəlir ki, bu sözlərlə onu özünüzə bağlaya, onun həyatının bir hissəsi ola bilərsiz. Amma ola bilər ki, sizin bu davranışınız onu qıcıqlandırsın. Onun da öz şəxsi həyatı və arzuları var. Bəzən oğlanın hər davranışına nəzarət etmək, onu hər hərəkətinə görə tənqid etmək “belə yeri”, “o tərəfə baxma”, ”filan saatda, filan yerə gəl”, “maşını belə sür”, “yanıma gələndə belə geyinmə” kimi kəlimələrlə onu əsla yanınızda saxlaya bilməzsiniz. Eləcə də tez-tez zəng eləmək. “Salam əzizim, hardasan?”, ”Bayaq sənə zəng elədim niyə götürmədin?”, ”Mənim üçün darıxmırsan?” kimi kəlimələri mümkünsə zamanında və məqamında söyləyəsiz.
Qəsdən gəzinti yolunuzu bahalı dükanlardan salmaq. “Bax nə gözəl çantadır” (350 man), “oy nə gözəl ayıcıqdır” (90 man), “ay “İdeal”da bu gün endirim var, gedək də ora, heç nə almayacam, sadəcə baxacam”. Ola bilər ki, siz bir-biriniz üçün yaranmısız. Amma bu münasibətləri pul, ticarət, fayda çərçivəsinə salmısınız. Özünüzə sual verin, nə vaxt ona demisiz ki, “əzizim bax bu köynək sənə çox yaraşır”.
Sonda deyə bilərik ki, yaşadığınız sevgi münasibətləri zamanı öz zəif və güclü tərəflərinizi qəbul edib uyğunlaşmağınız vacibdir. Bir-birinizi məcburən dəyişməyə çalışmayın. Zamanla xasiyyətləriniz uyğunlaşacaq. Səbirsizlik göstərib münasibətlərinizin çatışmayan tərəflərini düzəltməyə çalışmayın.
Elnarə Baxışlı
XƏBƏR LENTİ
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
Vakant tibb işçisi yerlərinə işə qəbul olmaq istəyənlərə
İmmuniteti gücləndirən meyvələr
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
Bill Qeytsdən qorxulu proqnoz: "Daha da pis ola bilər..."
BMW-dən ən sürətli 2-Series
Yumşaq robotlar məsafədən idarə olunacaq
Çin dünya ticarətinin liderinə çevrildi
Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”
Azərbaycanda daha 18 nəfər koronavirusdan öldü: 1395 yeni yoluxma
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
ABŞ yığmasının hücumçusu Azərbaycanda oynayacaq
Xəzərdə kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb
Puluna qənaət etmək istəyənlərin nəzərinə
“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Bakıda bayram yarmarkaları açıldı
Hava XƏBƏRDARLIĞI
Düşmən 26 hərbiçsini itirib
Yerin forması və ölçüləri
İzmirdə binanın çökmə anı – VİDEO
Yanan bina sakinlərinə yeni şəxsiyyət vəsiqələri verildi
Günümüzü əks etdirən rəsmlər
"Sevgidə şikəstlik" halı nədir?
Elmdə inqilab: sirli hissəciklər tutuldu
Ölü şəhər: lüks villalar var, yaşayan yoxdur - FOTO
Onların sayı 70,4 milyona çatacaq
Yağ yandıran 2 detoks
Prezidentdən humanist addım - Bəzi dustaqlar azadlığa buraxıldı - Yenilənib
İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı
Bu 12 məsləhəti hər gün yerinə yetirin
İstirahət gününün HAVASI
Sağlam qidalanmağın 20 şərti
Badam yağının 6 faydası
Bu avtobuslarda gediş haqqı endirildi
Bizeli piroq (foto resept)
Duzun keyfiyyətini necə yoxlayaq?
İspan dili 7-ci dərs
Yaxın gələcəkdə çörəyi banan əvəz edə bilər
Zəlzələ nəticəsində ölənlər var
Qadın.Netlilərin ləhcəsi (4)
ABŞ-la İran arasında buzlar əriyir
Qəza keçirdi, hamilə qaldı
Ağ Evin İKİ GÖZƏLİ - FOTO
Məşhur aktrisa ilk dəfə polis sevgilisi ilə -FOTO
Büdcəmizin qorxulu sabahı
Səhər qaçışına ac, yoxsa tox çıxmalı?
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Xocalı üçün kreativ aksiya
Meydana atılan modelə höküm oxundu
- ŞƏRHLƏR