Əslində qadınlar münasibətləri boyunca qarşı tətəfdən çox sadə şeylər gözləyirlər: əsas olaraq, hörmət, əyləncə, sevgi. Amma bunlar da qədərində olmalıdır. Bu dəfəki məqalədə sizə qadınların kişilərdə görmək istədikləri əsas cəhətlər haqqında məlumat verəcəyik.
Hörmət
Bir qadının kişidən gözlədiyi ən əsas davranış forması qarşı tərəfin ona olan hörmətidir. Qarşınızdakı qadına onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirmək istəyirsinizsə, ən xırda nüanslarda onun fikrinə əhəmiyyət verdiyinizi hiss etdirin. Ən əsası isə heç bir zaman dostlarınızın və qohumlarınızın yanında onun qüruruna toxunacaq hərəkətlər etməyin, ifadələr işlətməyin.
Sürprizlər
Qadının kişidə görmək istədiyi digər bir xüsusiyyət də onun sürprizsevər olmasıdır. Qadınlar onları heç düşünmədikləri vaxtda sevindirməyi bacaran kişiləri sevir, amma qadını sevindirmək üçün süprizlər üzərində uzun müddət düşünməyinizə ehtiyac yoxdur. Bu ən xırda bir hərəkət: heç gözlənilməyən bir vaxtda alınan bir dəstə çiçək də ola bilər.
Ona vaxt ayırın
Qadınlar münasibət boyunca öz xoşbəxtliklərindən daha çox qarşı tərəfin xoşbəxtliyi üçün çalışırlar. Sizin onunla xoşbəxt olduğunuzu hiss etdirməyiniz qadının özünü xoşbəxt hiss etməsi üçün kifayətdir. Əvəzində isə siz də qarşınızdakı xanıma vaxt ayırmağı bacarmalısınız.
Tək günahkar o deyil
Bəzən əsəbiləşdiyimiz zaman yolunda getməyən işlərə görə günahı qarşı tərəfdə axtarırıq. Bu zaman isə bəzən əsəblərimizə hakim olmağı bacarmayıb sonradan peşman olacağımız ifadələr işlədirik. Yadda saxlayın ki, qadınlar sizin kobud davranışlarınızı heç vaxt unutmurlar. Hətta sonradan hər şey qaydasına düşsə belə. Buna görə də yaxşı olar ki, bütün günahları qarşı tərəfdə axtarmazdan öncə öz səhvləriniz haqqında düşünəsiniz.
Romantika
Şübhəsiz ki, romantika münasibətdə qadının gözlədiyi ən önəmli şeydir. Gözəl dənizkənarı gəzinti, bir dəstə qızılgül, onun üçün mahnı oxumaq, hər dəfə onun üçün yeni ideyalar fikirləşmək. Bu sahədə nə qədər yaradıcı olsanız, onun gözündə də bir o qədər yüksəkdə olarsınız.
Mənim gələcəyim, yoxsa bizim gələcəyimiz?
Hər bir qadın sevdiyi kişi ilə uzun həyat yaşamağı planlaşdırır. Sizi bir qadına sevdirəcək digər bir cəhət də gələcək haqqında danışarkən ikinizi birlikdə xəyal etməyinizdir. “Bizim evimiz, bizim ailəmiz, bizim gələcəyimiz” bir qadını ən çox xoşbəxt edən ifadələrdir.
Əyləncə
Qarşınızdakı qadın sizə nə qədər ciddi, işgüzar görünsə də, unutmayın ki bütün qadınlar əyləncəli kişiləri sevir. Bütün gün ancaq iş haqqında fikirləşən, gününü ev-iş sxemi ətrafında quran kişi heç bir qadına maraqlı deyil.
XƏBƏR LENTİ
Yalandan and içən insan günah edirmi?
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
Obama: “Rusiya nə isə qazanmayıb, əksinə itirib"
Milli Şura bu dəfə də uğursuzluğa düçar olacaq...
Mark Zukerberq istifadə etdiyi smartfonun adını açıqladı
Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? - RƏSMİ AÇIQLAMA
Virtual alış-veriş artır
Meqan Markl haqqındakı yalana 70 min dollar verdilər
Sarımsaqlı yağ (foto resept)
Ağ-qara şəklini paylaşdı, Sezen Aksuya bənzədildi
Uşağınızla evdə vaxt keçirmək üçün...
Hava haqqında - 07.09.2013
Günün ulduz falı
Azərbaycan kəndində ilk
Gəlin-qayınana problemlərinin səbəbləri
Saçda kölgələr
Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ
Arzular, arzular, gözəl arzular...
Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
ABŞ-dan Rusiyaya xəbərdarlıq
Düşmənin komanda müşahidə məntəqəsi sıradan çıxarıldı: Çoxlu sayda ölən və yaralanan var - RƏSMİ
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
O bunu necə bacarır?
Gənc qızlar, zamana dəyər verin
Qaşlarını yan dara, qız...
Məşhur futbolçu qonşuları tərəfindən ağır təhqir edildi – VİDEO
Uşaqlarda ağız və diş sağlamlığı(1)
Seren Serengil işdən qovuldu-SƏBƏB
Bərbərxana və gözəllik salonları bu gündən açılır
Analoqu olmayan təyyarə hazırlanır
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu
1/8 finalın ilk cütlükləri məlumdur
Hellouində yadda qalan kostyumlar (2)
Uşaqlarımızı dəyişən mavi ekranlar
Tarif Şurası: "Benzinin qiymətindəki dəyişikliyin yük və sərnişin daşınmasına hər hansı aidiyyəti yoxdur"
İspan qadınlarının makiyaj sirləri
Dünya qadınları necə geyinir?
İnternet dükanlarında kim nə alır?
Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” - VİDEO
Bütün Qafqazın şeyxi Azərbaycan xalqını təbrik edib
Yayda hamilələrinin diqqət etməsi lazım olanlar
Rusiyada raketlər işə düşdü
Bakıda yol çökdü
Məşhur aktyora 17 illik həbs cəzası
İnsan əli qədər hərəkətli olan protez əl hazırlandı
Daima sirr olaraq saxlamağınız vacib olan 11 şey
"Biz gərgin çalışıb yaddaşlarda qalacaq səviyyədə Oyunları təşkil etdik"
Modelyer 2019-cu ilin trendindən danışdı-KİRLİ SAÇ
Dibçəkləri necə seçməli?
- ŞƏRHLƏR