Məhrəm (Mahrem)
Bu həyatda nə edirsən et, əsla ananı dəyişdirməyə çalışma. Anaların qurduğu yaxud qurmadığı münasibətləri soruşma, nəticəsi üzücü olar. Yetkinləşmənin birinci şərti ananı olduğu kimi qəbul etməkdir.
Ata və bic (Baba ve piç)
Bəşər ikiyə ayrılır. Özlərinə gülə bilənlər və özlərinə gülünməsindən zərrə qədər ləzzət almayanlar.
Məd-Cəzir (Med-Cezir)
Özünə gülə bilərsənmi? Amma elə ləng bir təbəssümlə özünə lütf edər kimi deyil, içində bir yerdə sənə səni əks etdirən bir ayna, sənə səni köçürən təlxək varmışcasına gülə bilərsənmi, həm də hər kəsin içində? Özünə lağ edə bilərsənmi, ciddiyə alınmağı dəli kimi istədiyin halda?
***
"Gördün ki, başqaları sənə lağ etmək istəyir, sən onlardan əvvəl et", dedi Be-Ce. "Hətta ən çox sən lağ et ki, başqalarına fürsət qalmasın. Adını sən qoy daşıdığın mərəzin; hətta baraban, zurna ilə bildir ki, sənə ləqəb taxmağa cəhd edənlərin həvəsləri ürəklərində qalsın. Gördün ki, başqaları səni əldən salmaq üzrədir, özün özünü talan etməlisən qalxan niyyətilə..."
Əraf (Araf)
"Hər insanın aid olduğu bir fotoşəkil kadrı vardır" dedi Be-Ce. "İnsan öyrəşdiyi rəsm kadrında güclü və ya zəif, çirkin və ya gözəl, yeganə və ya adi biridir. Amma aid olmadığı bir rəsmin içinə qoyulsa, bütün sifətlərini itirər. Bir də baxarsan ki, güclü hesab etdiyin o qədər də güclü deyilmiş ya da zəif hesab etdiyin o qədər zəif deyilmiş. Sən də cəhd et. İnsanların ən son aid ola biləcəkləri fotoşəkil kadrlarına yerləşdir zehnində və bir də elə bax onlara. Bax hər şey necə fərqli görünəcək!"
Məhrəm (Mahrem )
Unutma ki, dünyanın bir ucundakı tək bir insanın kədəri bütün insanlığı bədbəxt edə bilər və bir adamın səadəti hər kəsin üzünü güldürə bilər.
Eşq (Aşk)
Əslində hər insan açıq bir kitabdır. Oxunmağı gözlər, hər birimiz yeriyən, nəfəs alan kitabıq əslində, yetər ki, özümüzü bilək.
***
Madam ki, insan əşrəf-i məxluqatdır, yəni var olanların ən şərəflisi, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlayaraq buna layiq hərəkət etməlidir. İnsan yoxsullaşsa, iftiraya düşsə, həbsə girsə belə yenə də başı dik, könlü əmin bir xəlifə kimi davranmaqdan əl çəkməməlidir.
***
Əsas kirlilik zahirdə deyil qəlbdə olur. Onun xaricindəki hər pislik və ləkə nə qədər dəhşətli görünürsə, görünsün, yudunmu gedər, suyla təmizlənər. Yumaqla getməyən təkcə qəlbdəki pis niyyətdir.
***
"Qorxduğun zaman bil ki", pıçıltıyla dedi, "qorxu da, cəsarət də eyni çevrənin parçalarıdır. Bil ki, çevrə sənin içindədir. Demək ki, qorxaq olduğun qədər də cəsur ola bilərsən. Nə qədər dərinə düşürsən düş, bir o qədər yüksəyə çıxa bilərsən. Daim çevrəni xatırla, qorxuyla rastlaşdığın zaman, fəlakətə uğradığında, çuxura düşdüyündə etməli olduğun tək şey çevrədə yeriməkdir. Ta ki, zidd hissəyə çatana qədər, fəlakətin səbəbi hər nədirsə onun ziddinə çatana qədər."
***
"Ah, körpəm," dedi yaşlı, "Cəhalət qədər artıq bilik də yükdür insana. Bilməmək öz kölgəndən qorxmağa səbəb olur, bilmək isə hüzn verir. Biri xaricdən əhatə edər səni, o birisi daxildən."
Şəhərin aynaları (Şehrin aynaları)
Dərviş dedi ki: "Bəzi insanlar belədir. Öz qorxularını, ön mühakimələrini başqalarına əks etdirir və onlarda gördüyünü düşünür. Bax əsl yük budur. Zehinlərini zənnlərlə doldurur, sonra da bu qədər ağırlığın altında əzilirlər."
***
İnsanları izlərkən minlərcə müşahidə edə bilərsən. İnsanları uzaqdan seyr edərkən onlara hər zamankından daha yaxın ola bilərsən. Əgər baxmağı deyil, görməyi bilsən, gözlərin sənə oyun oynamaz doğru görərsən. İçdə gizli olanı, incidəni, qanadanı görərsən. Həmin vaxt anlarsan ki, o dediyin sənsən, seyr etdiyin öz bədənin, öz surətin və ağladığın öz dərdlərindir.
Pünhan (Pinhan)
Həm görülməkdən qorxuruq, həm də görmədiklərimizdən. Görünən olsun deyə əlamət gözləyirik. Möcüzələrə də bu səbəbdən belə əhəmiyyət veririk. Möcüzə görmək istəyirik. Əslində bəzən düşünürəm, sanki bütün varlığımızı və təbii yoxluğumuzu da görmək və görülmək üzərində qurmuşuq.
Məhrəm (Mahrem)
İnsan bir qəbahət işləmişsə, buna şahid olanlarla eyni yerdə artıq dayanmaz. Göz–gözə gəlməz şahidlər ilə qəbahətlilər. Özləri unutmaq istəsə belə, onların bir-birlərinin gözlərində təzələnir hafizələri.
***
Çaylara bənzədirdi insanların fitrətini. Axan sularla birlikdə qaynaşmayan, öz məcarasından bir dəfə belə uzaqlaşmayan, yağan yağışlarla daşmayan, quraqlıqda azalmayan bir çay olsa–olsa kimsəyə xeyri toxunmayan bir su yığını ola bilərdi.
Əraf (Araf)
Sərxoşların avtomobil sürmələri təhlükəlidir. Bunu hər kəs bilir. Lakin sərxoşların telefon istifadə etmələri avtomobil istifadə etmələrindən daha çox ölümcül nəticələrə yol açdığı halda bu mövzuda heç bir qaydalar mövcud deyildir. Sərxoşkən avtomobil sürənlər təsadüfən hədəflərə çırpılar, anidən qarşılarına çıxan bəxtsiz bir ağac, öz yerində dayanmış nəqiliyyat vasitəsi... nə bir qəsd var bu qəzalarda, nə də bir məqsəd. Sərxoşkən telefon istifadə edənlər isə mütləq gedib sevdiklərinə çırpılarlar.
Əraf (Araf)
Bu günlərdə üzərinə qəribə bir laqeyidlik çökmüşdür. Düşünmürdü, heç bir şeyi düşünmürdü. Artıq hər şey edə biləcəyini hiss edirdi. Madam ki, hər şeyi edə bilərdi, ən yaxşısı heç bir şey etməməkdir.
Eşq (Aşk)
Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də başdan-ayağa dəyişir. Bu yollara girib dəyişməyən yoxdur.
***
İnsan bəzən bir xəritəyə ehtiyac hiss edər. Heç getmədiyi ya da həmişə getdiyi bir yerin xəritəsinə deyil, bir daha əsla getməyəcəyi bir yerin xəritəsinə. Keçmişi bir röya olmaqdan çıxarıb oranın hər vaxt var olduğunu və gələcəyi ümudsizlikdən qurtarıb oranın həmişə elə qalacağına inandıracaq bir xəritəyə. İnsan bəzən sevgilisinin xəritəsini çıxartmaq ehtiyacını hiss edər. Tərk edilmənin acısını unutdurub acısını çoxaldacaq bir xəritəyə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Sabahın HAVAsı
Putin nefti bahalaşdıracaq
Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO
Sosial şəbəkələrdə paylaşılan şəkillərə inanmayın!
Hamiləlikdə ishal
Palma yağı haqqında həqiqət
Qarpızdan zəhərlənməmək üçün...
Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişdi
Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Qrip bizə ən çox necə keçir?
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
"Qaynana" filminin Afətindən etiraf: "Xoş xatirələrdən danışa bilmərəm"
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Sabahın hava proqnozu
Gülüş günü
Hava haqqında
Saçınız sağlam olsun
Günün ulduz falı
Bu çimərliklərə getməyin!
Bir milyon bir qızılgülü Bakıda restoranın qabağına səpdi
Qızımın bağçada öyrəndikləri
Yemək otağı modelləri
Bu gündən I sinfə qəbul başlayır
5 yaşlı qız ayda 500 min qazanır
HAVA necə olacaq? 19 Mart
Güvənmədiyiniz adamlara zamin durmayın
HAVA necə olacaq?- 14 MART
Bengü hamiləliyin 8-ci ayında konsert verdi-FOTO
Nazirdən sahibkarlara xəbərdarlıq
"Çarıq" badımcan yeməyi (foto resept)
Yağış geri qayıdır
Leyla Əliyevanın oğlu klip çəkdirdi-VİDEO
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Bu dərmanlardan UZAQ DURUN - Zəhərlənməyə səbəb olur
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
İsrail yenə raket zərbələri endirdi
Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var”
Yediyimiz toyuqlar belə şişirdilir
Hamiləlik diaqnozu və testləri
Damla şokoladlı keks (foto-resept)
HAVA necə olacaq?- 13 APREL
Günün qoroskopu: Pozitiv gündür!
Meydana atılan modeldən AÇIQLAMA
Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu
Sadə tutmac (foto-resept)
- ŞƏRHLƏR