Şöhrətin insana xoşbəxtlik gətirmədiyini deyiblər. Bu, heç də doğru deyil. Tanınmış bir çox şəxslər var ki, onlardan bizlərə qalan aforizmlər bir daha sübut edir ki, xoşbəxtliklə məşhurluq birlikdə ola bilər. Gəlin onlara bir nəzər salaq.
1. "Nə olursa-olsun, şən və xoşbəxt olmaq qərarında tam ciddiyəm. Çünki öyrəndim ki, qədərimizin və bədbəxtliklərimizin böyük bir qismi vəziyyətdən deyil, bizim özümü necə yönləndirməyimizdən asılıdır." (Marta Vaşinqton)
Nikbin insanlar səbəb olmadığı müddətdə belə xoşbəxt olmağı bacarırlar. Xoşbəxtlik şəxsiyyətinizin bir parçası halına dönüşdükdə ən kiçik detal belə sizi xoşbəxt etməyə kifayət edəcək.
2. "Hadisələr yox, mən özüm-özümü xoşbəxt və ya bədbəxt edəcək bir gücə sahibəm. Bunlardan hansını seçəcəyimə mən özüm qərar verə bilərəm." (G.Mark)
Çətin anlarda xoşbəxtmi, yoxsa bədbəxtmi olmaq istədiyinizi özünüzdən bir soruşun. Seçim sizindir.
3. "Xoşbəxtlik düşündüklərinizin, dediklərinizin və etdiklərinizin bir-biri ilə uyuşmasındadır." (M.Qandi)
İstədiklərinizi başqa insanların seçiminə görə uyğunlaşdırmayın. Nə istədiyinizi düşünün və imkan daxilində doğru olan istəklərinizi əldə etməyi öyrənin.
4. "Başqalarının sizin üçün xoşbəxt olmağını gözləməyin. Əldə edə biləcəyiniz xoşbəxtlik sizin öz əlinizdədir." (Alis Volker)
Xoşbəxtliyi bəxş edəcək insanı gözləməkdən daha darıxdırıcı bir şey yoxdur. Niyə? Ona görə ki, elə bir insan yoxdur. Xoşbəxtliyi əldə etməlisiniz, onu heç kim gətirib sizin əlinizə verən deyil.
5. "Hər an hər şeyi ən yüksək dozasında istəsəniz, xoşbəxt ola bilməzsiniz. Xoşbəxtlik balans, uyğunluq, ritm və harmoniya istəyir." (Toman Merton)
Bütün günü xoşbəxt olaraq keçirmək istəsəniz, daha çox streslə qarşılaşarsınız. Xoşbəxtliyinizi beyninizdə ölçməyə çalışın və birdən-birə hədsiz bir xoşbəxtlik gözləməyin. Onu az-az artırın.
6. "Xoşbəxtliyin resepti: Keçmişə tez-tez səyahət etməyin." (Andre Mauris)
Gözəl anları xatırlamaq sizi bir müddət xoşbəxt edər, amma xoşbəxtliyinizin əsl qaynağı sizin yaşadığınız indiki an olmalıdır. Keçmişdə ilişib qalmaq bu gününüzü dəyişdirməz. Xoşbəxt olmaq üçün indiki zamanınızı dəyərləndirin. Keçmişdəki xoşagəlməz hadisələrin sizin indiki xoşbəxtliyinizi əlinizdən almağına imkan verməyin.
7. "Gələcək: Bu zaman kəsiyində olan münasibətlər, yoldaşlıqlar və keflər hər zaman yaxşı olmuşdur." (A. Bierce)
Gələcək üçün gözlənti və ümüd içində olmaq yaxşıdır, amma önəmli olan anın xoşbəxtliyini yaşamaqdır.
8. "Xoşbəxt olan başqalarını da xoşbəxt edər." (Anna Frank)
Bu bir həqiqətdir. Gülümsəmək qarşınızdakını xoşbəxt edər. Ona görə də harada olursunuzsa, olun daim xoşbəxtliyinizi paylaşın və çalışın ki, ətrafınızda daim xoşbəxt, nikbin insanlar olsun.
9. “Pul sizi xoşbəxt etməz... Amma hər kəs yoxlayıb görmək istəyir.” (Z.Ziqler)
Xoşbəxtliyi pul ilə satın almaq mümkün deyil. Ona görə də xoşbəxt ola bilmək üçün ətrafınıza boşu-boşuna pul saçmayın. Daxilən xoşbəxt olmağı yoxlayın. Düşüncələrinizi dəyişin.
10. "Xoşbəxt arvadınız vardırsa, xoşbəxt; bədbəxt arvadınız vardırsa, filosof olarsınız." (Sokrat)
Çoxumuz üçün xoşbəxtlik ətrafımızda sevdiyimiz insanların olması və o insanların da bizi sevdiyini bilməmizdir. Bu, doğru bir seçimdir. Sevgi olmasa, xoşbəxtlik də olmaz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyə yeni peyk buraxır.
Həyati hədəfi təyin etməyə kömək edən 7 sual
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
"Super ay" heyran etdi
Azərbaycanda Yeni il qeyd edilir
Belarusdan Azərbaycana maraqlı təklif
Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)
Toy üçün dünyada trendə çevrilən yeni saç düzümləri
Uşaqların yataq otaqlarının hekayələri
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Toyuq kroketlər (foto resept)
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr
İstismar müddəti başa çatmış binalar
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Müəllim olmaq istəyənlərə şad xəbər
Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi
Göbələkli toyuq basdırması (foto resept)
Bu səhnə bəşəriyyəti çox utandıracaq-video
İran 20 faizdən Azərbaycanın hesabına qurtulur
Üz dərisi üçün qidalandırıcı maskalar
Avokadolu omlet (foto-resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Körpənin ana bətnində tərpənişləri...
Kəsmikli bananli pirog (foto resept)
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
Günün qoroskopu: stabillikdən həzz alın
Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Yataq örtüyü modelləri
"Akkord"un Gürcüstanda inşa etdiyi Kutaisi dolama yolu istismara verilib
Bəbir dərisi naxışı dəbi
Günün ulduz falı
Dərini gəncləşdirən maska
Saç uzadan sarımsaq maskası
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Sürətlə yayılan trend
İlk öpüşdən 75 il sonra ailə qurdular
Bill Geyts bu dəfə COVID-19 testlərinə görə ABŞ-ı tənqid etdi
Şeytandan gələn məktub
Türkiyədə yeni qadağa
Südlü makaron (foto resept)
Uşaqların izləməli olduğu cizgi filmləri
Çinin peyki orbitə çatmadı
HAVA necə olacaq?-20 İyul
Kraliça təntənəli nahar verdi, ailəni saraya topladı - FOTO
Qan qrupuna görə XASİYYƏT
Bəstəkar Nailə Mirməmmədli vəfat etdi
Məşhur aktyor vəfat etdi
- ŞƏRHLƏR