Hərdən xəyalən ömür yollarına dönürük,insan keçmişinə kiçik bir səyahət edirik.İlləri qova-qova irəli getmək üçün cəhd göstərərkən,nədənsə müəyyən məqamdan sonra ötən illərin həsrətini çəkirik,qayıtmaq istəyirik birdə o illərə.Əgər o günlərdən şirin xatirə qalıbsa.Həyatın öz qanunları var,bəzən yazılmamış qanunlar çaşdırır bizi.Axı niyə belə oldu sualı narahat qəlbimizə hakim kəsilir.İnsan dünyaya göz açandan və bu dunyanı tərk edəndən yaşamaq eşqi ilə,yaratmaq həvəsi ilə yeni sabahlarını açır.Lakin hər bir sabahın ona nə vəd edəcəyini bilmir.Tanrıya dualar edirk ki,bizə xoş günlər nəsib etsin.Amma hər birimiz qəlbimizdəki ikinci mən`ə etiraf etməliyik ki,addımladığmız enişli,yoxuşlu həyat yollarından bəzən özümüz səhvə yol veririk.Bunun üçün heç kimi qınamaq lazım deyil.Deməli insan həyat yolunu tanrının köməyi ilə özü müəyyənləşdirir.İnsan elə bu dünyaya göz açandan,həyatın şirin günlərini,xoşbəxt anlarını yaşayır.Təəssüf ki,kədər də qəfil qonğımız olur,bunu istəsək də,istəməsək də bu həyatın qanunudur.Bəli,insan dünyaya ağlayaraq gəlir və köç edəndə də ən yaxın adamları onun üçün göz yaşı tökərək son mənzilə yola salırlar.Bu həyatın yazılmış qanunudur.Kimsə nə vaxtsa tərk etməlidir bu dünyanı və ona yaxın olanlar hər zaman qəribsəyirlər onun üçün.Təəssüf...Həyatın şirinliyindən doyan olubmu görən?Təəssüf ki,bu sualın cavabını hələ heç kim tapmayıb...Gənclik-arzu,inam,igidliyə həvəs deməkdir.Gənclik-lirika və romantikadır,bu gələcək üçün tükənməz arzulardır.Bütün yaxşı əməllərin başlanğıcıdır.Həyat-isə ötən günlər yox,yadda qalan günlərdir.Həyat-nə tamaşa, nə də bayramdır.Həyat-çətin dərsdir və o,məzmununa görə qiymətləndirilir.Hamı çox yaşamaq istəyir amma heç kim qocalmaq istəmir.Təki insanın ruhu qocalmasın!Həyat qəribə və mürəkkəbdir,həyat yolu hamar deyil,yəqinki buda bir sınaqdır ki, hamımız bu yoldan keçməliyik.Bəli ömrün çətin və əzabli yolları var.Lakin insan şərəfli bir ömür yolu keçmək üçün Tanrının ona bəxş etdiyi qısa zaman çərçivəsində mübarizə aparır,arzuların qanadında çox şeylərə nail olmağa cəhd göstərir.Həyat yollarında səadət də var,qəm-qüssə də,çətinliklər də,maneələr də.Sadəcə həyatı sevmək və onun gözəlliyini duymaq lazımdır.Həyat bizə yaşamaq üçün verilib,biz isə çalışaq ki,onu mənalı yaşayaq...
XƏBƏR LENTİ
Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda
Saçları canlandıran gil maskası
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb
Hərəkətin möcüzəvi gücü (2)
Bakıda yarış keçiriləcək
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Ben Robinsin əl işləri
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir
Bu il Azərbaycanda qış sərt keçəcək
"Gül çələngi" piroqu (foto resept)
Kiçik evlər üçün səliqəli dekorasiya nümunələri
Həftənin ilk iş günü yağış yağacaq
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Zövqlü brend çantalar
Gizli otaqlar
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Pendirli qatlama (foto resept)
200 manatla başladı indi milyonerdir-FOTO
Ballı tort (foto resept)
Hamiləlik proqramı
Həsən Həsənov dəfn olunur
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Zövqlü manikür nümunələri
Düşmənləri sevindirməmək üçün oxuyun
Dünyanın ən uzun pilləkənları
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ən xoşbəxt anı
Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO
Manat möhkəmləndi
Kəmər modelləri
Aparıcı Mətanət yeni imicdə-FOTO
Şəkər xəstələri, günəşə diqqət!
Keçmişin 3 milyarderi
Saç uzadan banan maskası
Alcaqdaban ayaqqabılar
Ruzinizin artmasını istəyirsinizmi?
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İnci tək sözlər-2
Evinizdə kitab oxumaq üçün yer düzəldin
Android maşınlar üçün də proqram hazırlayır
Kəs və yapışdır-32
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
Moskvadan Qərbə müharibə xəbərdarlığı
Ağ atlı şahzadə
Yay ayları üçün uzun paltarlar
- ŞƏRHLƏR