Yatıb qalmışdı. Səhər saat 8-də telefonun zənginə oyandı. Tələsik qalxaraq geyindi. Saçlarına daraq çəkib əlini, üzünü yudu. Bir -iki dəqiqəyə hazırlığını gördü. Qol çantasını götürüb evdən çıxaraq qapıya açar vurdu. İşə tələsirdi, onsuz da gecikmişdi.
Hə, Həqiqət ürəyində gecə gördüyü yuxunu götür-qoy etməyə başladı. O, gecə yuxusunda Xəyalı görmüşdü. İkisi də xoşbəxt idi. Xoşbəxtlikdən uçurdular.
Əslində Həqiqət öz Xəyalına qovuşacaqdı. İllərdir Xəyalı sevirdi, lakin valideynləri bu izdivaca razı deyildilər. Bütün bunlara baxmayaraq, Həqiqət nə vaxtsa Xəyala qovuşacağına əmin idi. Axı, Xəyal da onu sevirdi. O zamanlar necə də bəxtəvər idi. Çünki, sevgisi qarşılıqlı idi. Xəyalın ona məhəbbəti Həqiqəti bu dünyaya sonsuz bir sevgi ilə bağlamışdı. Həqiqət bu həyata möhkəm bağlanmışdı, çünki Xəyalı həyatda idi.
Bəs indi, indi isə həyatı bir zülmətə dönmüşdü. Gedə-gedə gördüyü yuxunu yozmağa çalışırdı. Amma, çaş-baş qalmışdı, fikirləşirdi, yəqin axşam Xəyalın şəklinə çox baxdığından, əksi ilə danışdığından gecə yuxusuna gəlmişdi. Bu, Həqiqətin xoşuna gəlirdi. Kaş hər gecə Xəyalı yuxumda görəydim. Xəyallı günlər bir nağıl idi, sanki, nağıl olaraq da qalmışdı. İndi fikirləşirdi "bir möcüzə baş verəydi, Xəyal qarşımda olaydı, əvvəlki kimi". Əslində Xəyal onunla idi, bunu Həqiqət görmürdü.
Xəyal bu gün də sevgilisinin evinə gəlmişdi. Səssiz otaqda durub buz kimi divarlara baxırdı. Həqiqətin çarpayısının yanındakı dolabın üstündə qoyduğu ətiri, broşları, darağı ona o qədər əziz idi ki. Bu əşyalar ona çoxlu xatirələr deyirdi. Bir də ki, donub qalmış, ona baxan əksi. "Yəqin ki, Həqiqət hər gecə əksimlə danışır". Bu otaqda hər şey ona Həqiqətdən danışırdı. "Onunla ola bilsəydim, əlimi o incə tellərinə toxundura bilsəydim, məni dinləyə bilsəydi, eh, hələ qarşıda görəcəyimiz çox şeylər vardı. Olmadı, birlikdə addımlaya bilmədik. Mən yenə də səninləyəm, gözəlim, amma, bir xəyal kimi. İndi səni həyatdakından daha çox, daha tez-tez görürəm, çünki, indi qarşımı heç nə kəsə bilmir. Heç səninkilər də. Bu halımdan məmnunam. İstədiyim zaman sənin evinə gələ bilirəm, hər zaman arxandayam, kölgən kimi, səni həyatın bütün pisliklərindən qorumağa çalışıram. Sən heç vaxt məni görməyəcəksən. Mən isə hər zaman səni görəcəyəm, sevgilim".
Həqiqət işdə qərar tuta bilməyib , evə dönmüşdü. İçəri girən kimi Xəyalın şəklini əlinə almış, o ki var ağlamışdı. Xəyal bunları görürdü, amma ona toxuna bilmirdi. Xəyalın şəklinə baxırdı,nə isə hiss etmişdi, hiss etmişdi ki, Xəyalı gəlib, hardasa yanındadır, sanki, onun qoxusunu duymuşdu. Amma, yox idi. O, özünü inandırmağa çalışırdı ki, otaqda təkdir, O, yoxdur. Xəyal arxasında idi, Həqiqət bunu görmürdü, görə də bilməzdi. "Mən səni heç vaxt görə bilmərəm ki, sevgilim, səni yalnız yuxularımda görə bilərəm" fikirləşirdi.
Həqiqət bir daha anladı, bir daha anladı ki, bu lənətə gəlmiş avtomobil qəzası onu öz Xəyalını şirin yuxularında görməyə məcbur etdi, bu bir acı həqiqət idi.
Xəyal isə halından məmnun idi, hər gün Həqiqəti görməyə gəlirdi, səhər-axşam onunla idi. Bu onun şirin xəyalı idi.
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda
- ŞƏRHLƏR