İlk dəfə bir avtobus dayanacağında qarşılaşmışdılar...Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.Gənc idilər...Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı,amma sonunda bacardılar.
Məktəblərini bitirincə dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt...Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki, ürəkləri və əlləri heç bir şeyi əhəmiyyətsiz hesab etdilər.Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü...Tək əskikləri uşaqlarının olmaması idi. Çətinlikli bir müalicə müddətinə rəğmən uşaq sahibi olmayınca, "bütün xoşbəxtliklərin bizim olmasını gözləmək,eqoizm olar" deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər..."Sənin üçün ölərəm" deyərdi qadın, sıx sarılıb adama və adam "Xeyr, mən sənin üçün ölərəm" deyə cavab verərdi həmişə...
Bəzən evə gəldiyində, aynanın üzərində bir qeyd görərdi qadın, "Bir dənəm, kitabxananın ikinci rəfinə bax...." Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı, "Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma" Mətbəxdəki masadan, salondakı şkafa sevgi dolu qeydləri oxuya-oxuya gedən qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı..Hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da....
Həyat nə qədər sürətli axsa da, işləri nə qədər sıx olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına, amma qırxlı yaşların ortalarına gəldiklərində, daha az işə qərar verdilər. Adam, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə aldı. Artıq daha çox birlikdə ola bilirdilər. Bir gün sahildə gəzərkən, xarab vəziyyətdə bir ev gördü qadın, üzərində "satılıq" lövhəsi asılı olan. "Nə deyirsən, bu evi alaqmı?" dedi adama. "Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti başımda çəkdim belə.Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı..." "Sən istəyərsən də mən heç xeyr deyə bilərəmmi?" deyə cavab verdi adam. "Amerikadakı tibb konqresindən dönər dönməz axtararam əmlakçını...Neçəyə olursa olsun, bura bizimdir artıq...."
Yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, ayrılmaları çətin oldu adam Amerikaya gedərkən. Hər gün, hər saat danışdılar telefonla. Gözyaşları içində qucaqlaşdılar hava limanında. Lakin bir neçə gün sonra, ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Köhnəsi qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: "Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut..."
Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da acı, daha da çəkilməz gəlir. Qadın, heç sevmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama, "Sənin üçün ölərəm, bilirsən, nə olar izah et" deyə dil tökdü boş yerə... İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə yer dəyişdirmişdi sanki. Ona çatmağa çalışdıqca, beton divarlara çarpırdı qadın, hər çarpmada daha çox qanayardı ürəyi...
Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi yoldaşına dərd yanarkən, "Artıq dözə bilmirəm, sənə söyləmək məcburiyyətindəyəm" deyə sözünü kəsdi yoldaşı. "O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta....."
"Sus, sus tez, eşitmək istəmirəm bu yalanları" deyə qışqırdı qadın. O qədər illik yoldaşını, özünü qısqanmaqla günahlandırdı.... Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısında bir küncə sindi, səssizcə və pəri nağıllarının yalnız nağıl olduğunu anladı... Ərinin köhnədən eyni xəstəxanada çalışdığı gənc uşaq həkimini tanıdı dərhal. Bəzən evlərində qarşıladıqları qadına necə sarıldığını gördü adamın...
Axşam əri evə gəlir gəlməz, bəzən qışqırıb, bəzən ağlayaraq, bəzən ona sıx sarılıb, bəzən də yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi adam. Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər gəvələdi ağızında və çamadanını alıb getdi evdən. Qapıdan çıxarkən, "son bir dəfə qucaqlamaq istəyərəm səni" deyəcək oldu amma qadın, "rədd ol" dedi nifrətlə...
İlk iclasda boşandılar...Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Yoldaşlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Adamın, sevgilisiylə birlikdə Amerikaya yerləşdiyini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, göz yaşları tökür, eşqin yerini, nifrətin tutması üçün dua edirdi.
Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, çalınan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü. "Sən, bura nə yüzlə gəlirsən" deyə qışqırmaq istədi amma səsi çıxmadı. "Lütfən, içəri girməmə icazə ver, mütləq danışmamız lazımdır." dedi gənc qadın. Divana ilişdi və çətin duyulacaq bir səslə danışmağa başladı: "Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm amma o bir saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasındamxəstəliyini və təxminən bir illik ömürü qaldığını öyrəndi. Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamamı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanını yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə pisləşmiş, baxıcısı məni axtardı, son anda yetişdim. Sənə bu qutunu verməmi istədi..." Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal oracıqda ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açdı və bir çox kağız vardı qutuda.
İlk kağızda, "Lütfən bütün qeydləri sırayla oxu birdənəm" deyirdi... Sırayla oxudu; "Səni çox sevdim", "Səni sevməkdən heç vaz keçmədim ", "Sənin üçün ölərəm deyərdin həmişə, doğru söylədiyini bilərdim." "Lakin mənim üçün ölməyini istəmədim" "İndi mənə söz verməyini istəyirəm." "Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?" son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın...Və son kağızda bunlar yazılı idi:
"Sahildəki evimizi sənin çəkdiyin proyektə görə etdirdim. Böyük terasta
qağayılarla nahar edərkən, mən həmişə səni izləyəcəm"...
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR