Ailənin bir nömrəli problemi: gəlin-qaynana davasıdır.
Qayınana-bu sözdə çox mənalar və çox sirlər gizlənir. Kimlər üçün bu faciə, kımlər üçün xoşbəxt reallıq, kimlər üçün isə ... Bunları araşdırmağa çalışaq.
Xoşbəxt reallıqda hər şəy aydındır. Münasibətlər elə də yaxşı deyilsə nə etməliyik ?
Əvvəlcə səbəblərı aydınlaşdırmağa çalışaq. Əlbəttə, ailədə cürbəcür məqamlar olur. Əslində bu konfliktlərin çoxunun səbəbi ailədə qayınana ilə gəlinin "kişi" uğrunda mübarizəsındən əmələ gəlir. Həmin kişi ki, birinin həyat yoldaşı, digərinin isə oğludur.
Münaqişə üçün üzdə görünən səbəblər həmişə cürbəcür olur: «sən yaxşı ev sahibəsi dəyilsən », «niyə qayınanamın yadına filan şey məhz indi düşüb?», «mənim oğlumun mədəsi quru yeməkdən xarab olub!» və s . Çox böyük hallarda ikitərəfli mübahisələrin arxasında qayınana tərəfdən tənhalıq qorxusu, tərk edilmək, lazımsızlıq hissləri, həyat tərzinin kökündən dəyişilməsindən əmələ gələn stress durur.
Gəlini isə hərəkətə gətirən yeni ailədə yeni mühitdə özünü təsdiqetmə və yeni yaradılmış ailədə özünə etibarlı mövqe qazanmaq hissləridir.
Əsas vacib hal mübahisələrin səbəbləri və mübahisə elementləridir. Adətən belə hallarda kişi anası ilə həyat yoldaşının arasında qalır. Hər iki qadın ona bir-birindən şikayət edir və tədbir görməyi tələb edirlər. Nəticədə qayınana ilə gəlin arasında başlayan mübahisə konkret yeni ailə quranlar arasında konfliktə çevrilir. Bu isə artıq qorxuludur.
Qayınana haqlıdır, yoxsa gəlin?
Qədimdən indiyə kimi mövcud olan suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Bəzən deyilir ki, gəlin kiçikdir, dözməli, susmalı, hörmət etməlidir. Hörməti anlamayıb, haqsiz yerə gəlinin, ailəsinə, özünə hörmətsilik edəndə yenə gəlin susmalıdırmı?! Hətta bunlar azmış kimi, gəlinin övladını ondan ayırmaq istəyən, onun ailəsini dağıtmaq istəyəndə də susmalıdırmı?! Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda acınacaqlı bir nəticə verir. Əksərən boşanmalara gətirib çıxardır. Buna əsas səbəb yuxarıda da qeyd etdiyim kimi həyat yoldaşın münasibətləri tənzimləyə bilməməsidir.
Yazdığım suallar məni çox düşündürdü. Çünki, bu saytda gəlin- qayınana münasibətləri barədə çox yazılır. Bəzisi deyir ki, mən dözürəm, bəzisi də deyir ki, borcumuzdu dözmək.
Əgər bir ailə, ailə kimi yaşaya bilmirsə, yenədəmi dözməli? Axı, qadın Tanrının yaratdığı müqəddəs varlıqdır. Anadır. Niyə bu qədər zülmə düçar olub, xəstəliyə düşməlidir?
Niyə qorxuyla yaşmalıdır ki,övladım nə vaxtsa onların sözünə inanıb məndən üz döndərsə mən nə edərəm?!
Bəzi böyüklərə sualım var. Hörmət etdikcə, qayğı, sevgi göstərdikcə niyə axı haqsız yerə kobudluq edib, ailə dağıdırsınız?!
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR