Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.
Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.
1. Sosiallaşma
Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.
Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər.
2. Şükranlıq və minnətdarlıq
Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız.
Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər.
Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə “Təşəkkür edirəm” qeydini yazmaq daha yaxşıdır.
3. Xeyirxah əməllər
Gündə beş xeyirxah əməl sizi daha da xoşbəxt edəcək sehrli nömrədir. Hətta ən sadə şeylər də ola bilər: avtobusda yaşlı bir şəxsə və ya hamiləyə yer verin, iş yoldaşınız üçün bir fincan qəhvə dəmləyin, imkansız şəxsə pul verin. Bu əməllərlə həm öz gününüzü, həm də başqasının gününü uğurlu edəcəksiniz. Yardımlarınız üçün özünüzə təşəkkür edin, onda özünüzü yaxşı hiss edəcəksiniz.
4. Gözəl anları təkrarlayın
Keçmişdə yaşanan xoşbəxt anları kağıza yazaraq, ömrünüzü uzada bilərsiniz. Məişət qayğılarının arasında bütün uğurları xatırlamaq dərhal özünə inamı artıracaq.
Qeyd etmək lazımdır ki, bəzən əvvəllər baş vermiş pisliyi xatırlamaq da eyni dərəcədə vacibdir. Bir neçə ildən sonra romantik münasibətlərin bitməsinin və ya işdəki uğursuzluğun səbəblərini daha aydın görə biləcəksiniz. Nəticədə bu "məğlubiyyətlər"in əslində yeni qapılar açdığını və yeni imkanlar təqdim etdiyini başa düşəcəksiniz.
Keçmişlə barışa bilsəniz, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
8 minə yaxın şəxsin pensiyası artırılıb
Bu il "qovrulacağıq"
Ən kasıb ölkələr açıqlandı
Ziyafət geyimləri
Alimlərdən QORXUNC XƏBƏR
Quzu budu (foto resept)
Qozlu, cemli peçenye (foto-resept)
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Hər qadının bilməsi vacib olan 20 məsləhət
Efirdə Ərdoğanın falına baxdı - Ağlasığmaz proqnozlar verdi (VİDEO)
Vatikan ayağa qalxdı-SİRRlər aşkar olur
Real olmayan gözəllər
"Spartak" tortu (foto resept)
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Yumşaq və rahat divan dəstləri
Naxçıvanda qaya qopdu: görün nə tapıldı
Cəbhə xəttində olan Zakir Həsənov tapşırıqlar verdi
TƏBİB: “Qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir” - VİDEO
12 yaşlı oğlan tələbə oldu-FOTO
Ekler peçenyesi
2018 Yaz gəlinlik kolleksiyası
Qəzzada atəşkəs pozuldu
Koronavirus pandemiyasının yeni fəsadları üzə çıxdı
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Karantin şəraitində toy - VİDEO
Günün qoroskopu: fəaliyyətinizi daha sərbəst, azad edin
HAVA necə olacaq?- 22 APREL
Parlamentə ilk dəfə qadın sədr seçildi
Günün qoroskopu: stabillikdən həzz alın
Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Milyon dollarlıq oyuncaqlar-FOTO
Bədəndən öncə ruha toxun
İşdən qovulmaq istəmirsiz? Onda oxuyun
Əli Həsənov ipotekadan danışdı
Əsl yeni il lətifələri
Azərbaycanlılar ermənilərlə sülh bağladılar
Gəlin buketləri
Soğan kababı (foto resept)
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Ordumuz düşməni öz silahı ilə vuracaq
Qocalmağa səbəb olan qidalar
10 ən bahalı əntiq avtomobil
"İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO