Bakıda hava
USD AZN
EUR AZN
20:11Surayye yasin nervlərimlə oynuyur 20:11Surayye Ayla quzum əsəbləşdirən olsa mən də partdayaram da 20:11Surayye Fəridə canım o zəyif deyil e parkura oyrəşənə kimidi 15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41421

Sufi İdris Şahdan xoşbəxtliyin açarı

 

Əslən əfqanıstanlı olan dünya şöhrətli sufi İdris Şah hesab edir ki, hər bir insanın xoşbəxtliyi üç rəqəmindən, daha doğrusu üç amildən asılıdır.

Sufi İdris Şahdan xoşbəxtliyin açarı

Bəzən doğma və yaxınlarımızla münaqişələrimiz olur. Bu bizi çox yorur və fikirləşirik ki, onlar hər fürsətdə bizi incitməyə və üzməyə çalışır. Sonra depressiyaya düşür və sarsıntı keçiririk. Ancaq bütün müsibətlərimiz, xəstəliklərimiz, səhhətimiz, həyatdan narazılığımız öz düşüncələrimizin məhsuludur.

 

Başımız maddi problemlərə o qədər qarışır ki, daxili harmoniya barədə unuduruq. Görkəmli sufi isə deyir ki, xoşbəxtliyin başlıca sirri özümüzlə ahəngdar yaşamaqdır.

 

Ustadın sözlərinə görə, həyatımız yalnız 3 amil üzərində qurulub. Yeri gəlmişkən, 3 sayı dünyanın demək olar ki, bütün dinlərində və mədəniyyətlərində müqəddəsdir.

Sufi İdris Şahdan xoşbəxtliyin açarı

İdris Şah 3 amilin müdrik qaydalarını belə izah edir:

 

3 şey heç vaxt geri qayıtmır: zaman, söz, fürsət.

 

3 şey itirilməməlidir: sakitlik, ümid, şərəf.

 

Həyatda bu 3 şey dəyərlidir: sevgi, inam, etibar.

 

Həyatda 3 şey etibarsızdır: güc, şans, bəxt.

 

3 şey insanı müəyyənləşdirir: iş, dürüstlük, nailiyyətlər.

 

3 şey insanı məhv edir: şərab, qürur, hirs.

 

3 etirafı söyləmək çətindir: "Səni sevirəm", "Üzr istəyirəm", "Mənə kömək et".

 

Bəs siz müdrikin fikirləri ilə razısınız?

 

Aytən Məftun (publika.az)

 

Səslərin sayı: 0
1
423
Şərhlər
Offline
PERI
Əslən əfqanıstanlı olan dünya şöhrətli sufi İdris Şah hesab edir ki, hər bir insanın xoşbəxtliyi üç rəqəmindən, daha doğrusu üç amildən asılıdır.
6 noyabr 2019 09:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!