Bakıda hava
USD AZN
EUR AZN

Həyat məqsədini necə tapmalı?

Fransız fəlsəfəsinə çox az adam Volter qədər nəhəng təsir göstərib. 1694-cu ildə həyata göz açan Fransua-Mari Arue uşaqlığını Parisdə keçirib. Louis-le-Grand Kollecində yezuitlərdən klassika təhsili alıb.

Həyat məqsədini necə tapmalı?

Məktəbi bitirəndən sonra, o yazıçı olmaq istəyirdi. Atası isə onu davamçısı kimi görür və hüquqşünas olmasını diləyirdi. Arue hüquqda davam edirmiş kimi görsənməklə, atasının gözündən pərdə asır, altdan-altdan isə yazırdı.

Arue həmyaşıdları arasında satirasına və hazırcavablığına görə populyar idi. Təəssüf ki, bu xasiyyəti tezliklə onu cəncələ saldı. Hökuməti həcv etdikdən sonra o, bir ilə yaxın Bastiliyada həbs həyatı yaşamalı oldu. Azadlığa buraxılanda isə, "Volter" təxəllüsünü götürmək qərarına gəldi.

Maarifçilik dövrünün bir çox filosofları kimi Volter də fərdi azadlığı, məntiqi əldə bayraq edir və dini doktrinaları sorğuya çəkirdi. Rəsmi şəxslərlə apardığı mübahisələr sonda onun Fransadan sürgün olunmasıyla yekunlaşdı. Nəticə etibarilə, o, İngiltərəyə, Brüsselə və nəhayət, Prussiyaya səyahətə çıxdı.

Volter tarixi və fəlsəfi əsərlərlə yanaşı, çox sayda pyes və şeir də yazıb. Onun yazdıqlarını 3 kateqoriyaya bölmək olar: bir neçəsi inanılmaz populyarlaşıb, çoxu uğursuz olub və yetərincə saydakı isə ətrafındakı insanları qəzəbləndirib. Onun həyatı da bu modeli əks etdirirdi. O, yeni məkanlarda ona görə qəbul olunurdu ki, tezliklə xaric edilsin.

Cenevrədə bir daha ona qucaq açılmışdı. Bununla belə, əsərləri bəzi isveçrəli intellektualları provakasiyaya yönəltdikdən sonra pyesləri qadağan edildi. Ardınca çəkişmələr və tənqidlər baş qaldırdı.

Yorğun Volter İsverçəylə sərhəddəki Ferney kəndinə çəkildi. Məhz bu kənddə o, həyatının ən məhsuldar və xoşbəxt anlarını yaşadı. Burada o, həm də ən məşhur əsəri "Kandid"i yazdı.

 

Kandid hekayəsi

1759-cu ildə çap olunan bədii əsər gənc Kandidin dinclikdə yaşadığı Alman baronunun qəsrində başlayır. Müəllimi, optimist Dr. Panqlos ona "hər şeyin yaxşılığa doğru" olduğunu öyrədir.

 

Kandid Cənubi Amerikaya və Avropaya səyahət edəndə, başına cürbəcür hadisələr gəlir, buralarda o, təbii fəlakətlərdən tutmuş ədalətsiz zorakı davranışlara qədər müsibətlər görür və yaşayır. O, bunların yaxşılığa doğru olub-olmadığını, bu qorxunc vaqiələrin arxasındakı mənanı sorğulamağa başlayır.

 

"Kandid" Maarifçiliyin aspektləri, ruhani liderlərin ikiüzlülüyü və ədalət adına törədilən amansız davranışlar barədə fəlsəfi tənqiddir. Əsərdə Yeddi İllik Müharibə, 1755-dəki dağıdıcı Lissabon zəlzələsi, Admiral Con Bingin edamı kimi dövründə bir çoxlarını qeyzləndirən real hadisələrə istinadlar var.

 

Kitab qısa və əyləncəlidir. Amma kitabın aldadıcı yüngüllüyü sizi tələyə salmasın. Çünki satira və yumor örtüyünün altında dərin mətləblər gizlənib - bunlardan bəziləri indiyəcən də aktualdırlar.

Həyat məqsədini necə tapmalı?

Hekayədə bəhs edilən üç təhlükə bunlardır:

 

1. Optimizm təhlükəsi

 

Hekayə boyunca Panqlos Kandidə hər şeyin yaxşılığa doğru olduğunu xatırladır. Donuzlar yemək üçün yaradılıb, ona görə də biz donuz kababı yeyirik. Ayaqlar ayaqqabı geyinmək üçün yaradılıb, ona görə də biz ayaqqabı geyinirik. Və sonda, Lissabon Körfəzi də Jak obrazı boğulsun deyə yaradılıb.

 

Panqlosun məntiqləri yüksək səviyyədə olsa da, onun xarakteri hər şeyin müəyyən səbəbdən baş verdiyinə inanan filosoflara rişxənd etmək üçün yaradılıb. Volter hesab edirdi ki, optimizmin təhlükəsi fəaliyyətsizliyə səbəb olmasındadır. Kandid Jakı boğulmaqdan xilas etməyə çalışanda, Panqlos Jakın ölməli olduğunu sübut etmək üçün Kandidin qarşısını alır.

 

Bu, bizə nə qədər məntiqsiz görünsə də, reallıqda biz pozitiv düşüncənin uğurun açarı olduğu düşüncəsinə qurban gedirik. Biz düşünürük ki, əgər sadəcə nikbin olsaq, hadisələr baş verməli olduqları kimi baş verəcəklər. Amma təəssüf ki, araşdırmalar müəyyən nəticə barədə xəyallara dalmağın əslində fəaliyyətə əngəl olduğunu göstərir.

 

Son nəticəyə köklənməkdənsə, fəaliyyətə başlamaq yaxşıdır. Bu gün qidalanmağı planlaşdırmaq, müəyyən çəkidə olmağı arzulamaqdan daha yaxşı işləyir. Özünü böyük auditoriyaya qarşısında təsəvvür etməkdənsə, hansısa aləti çalmaq səni daha çox qabağa aparır. Sadə məhsulları satmaq özünü hansısa qlobal biznesin sahibi kimi xəyal etməkdən daha yaxşıdır.

 

Kiçiklə başlamaq sadə, ancaq effektiv metoddur.

 

2. Uğurun təhlükəsi

 

Uğuru hər kəs sevir. Biz ona can atır, haqqında danışır, ona cəzb olunuruq. Ancaq heyf ki, uğur insanların yanlış səbəblərdən də cəzb edə bilər.

 

Kandid qızıl, zinət xəzinəsi və qoyun tapır. Sonra isə bunları səyyah alverçi ilə mübadilə edəndə, alverçi onu aldadır. Kandid özünə dostlar tapır, amma onların məqsədi sadəcə qızıl və zinəti onu əlindən qoparmaq və aradan çıxmaqdır.

 

Kandidin səyahəti onun yeni "uğurunun" həm yaxşı, həm də qaranlıq tərəflərinin olduğunu göstərir. O, dostlarının azadlığına nail olur və doğrudan da yardımsevər insanlar tapır. Amma heyf ki, o, sadəcə əlindəkilərə göz dikən adamlar üçün də yem olur, beləcə, onun həyata dair nikbin baxışları tutqunlaşır.

 

Hekayə bizə uğurun özünün çeşidli formalarında verdiyi vədləri doğrultmadığını öyrədir. Çünki Kandid öyrənir ki, uğura çatmaq, problemlərin yoxa çıxması mənasına gəlmir. Əksinə, onlar cürbəcür problemlər yığınına çevrililər.

 

3. Fəaliyyətsizliyin təhlükələri

 

Kandidin məna axtarışı həm də xoşbəxtlik axtarışıdır. Hekayədə bəzi anlarda Kandid özünü xoşbəxt edəcək məqamlara çatır, lakin bu ona ancaq məmnuniyyətsizlik gətirir. Məsələn, o, özünü möcüzəvi şəkildə zəngin və dinc El Dorado torpağında tapır. Amma burada da onun fikri-zikri yalnız doğma yurduna xəzinəylə qayıtmaq olur.

 

Kandid yenidən dostlarına və sevdiklərinə qovuşanda, bir daha xoşbəxt olmaq ehtimalı olur. Onlar müharibələrdən, zorakılıqlardan və təbii fəlakətlərdən qurtulublar. Amma yenə də dinc deyillər və darıxırlar. Kandid yalnız zəhmətkeş fermerlə tanış olanda, axır ki, nə istədiyini dərk edir: Məqsəd.

 

Kandid deyir: "Biz öz bağımızı becərməliyik". Beləliklə, onlar sərsərilikdən əl çəkib birlikdə işləməyə, müxtəlif işlər görməyə başlayırlar. Nəhayət, doyuma da çatırlar. Bizlərdən çoxumuz işləməyəcimiz günün həsrətini çəkirik. Gündəlik çətinlik və əziyyətlərdən təngə gəlirik. Ancaq dayananda da, məqsədyönlülük hissimizi itiririk.

 

"Kandid" iş görmədən fəlsəfə üyütməyin necə təhlükəli olduğunu göstərir. Biz öz nəzarətimizdən xaric şeylərə asanlıqla mübtəla oluruq. Başqalarının hansı işlərlə məşğul olduğu qayğısına qalanda, ən son qeybətlərə baş qoşanda, öz vəziyyətimizi yaxşılaşdırmaq bacarığımızı itiririk.

 

Əvəzində öz bağına üz tut

 

Öz bağını becər

 

Volter sakit kəndinə çəkildikdən sonra, sakitliyini uzun müddət saxlamadı. Klassik Volter mahiyyətinə uyğun olaraq, kəndliləri öz düşüncələri ilə hərəkətə keçirdi.

 

O, fərdlərin hüquqları uğrunda mübarizəni davam etdirdi, dini tolerantlığı müdafiə etdi və yerli siyasətə qarışdı. Nəhayət, yerlilər onun cəhdlərini dəyərləndirdilər və Ferney kəndinin adı Ferney-Voltaire kimi dəyişdirildi.

 

Volter Parisə ən nəhayət, 28 illik sürgündən sonra qayıtdı. Onu böyük coşğu və sevinclə qarşıladılar. Amma Volter əsərlərindəki əsl mənanı və mükafatı öz bağını becərməklə tapmışdı.

 

Milli.Az

Səslərin sayı: 0
2
396
Şərhlər
Offline
Surayye
Onun həyatı da bu modeli əks etdirirdi. O, yeni məkanlarda ona görə qəbul olunurdu ki, tezliklə xaric edilsin.
16 avqust 2019 16:16
Offline
Iceberg
Fransız fəlsəfəsinə çox az adam Volter qədər nəhəng təsir göstərib. 1694-cu ildə həyata göz açan Fransua-Mari Arue uşaqlığını Parisdə keçirib. Louis-le-Grand Kollecində yezuitlərdən klassika təhsili alıb.
16 avqust 2019 14:14
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 05:06 - Müəllif: CyberXPhilmMF
    Hüquqşunas məsləhəti (529)

    Hüquqşunas məsləhəti

    Eskadron is among the very appreciated equestrian brands on the world that focuses primarily on the creation of high quality design clothing and equipment. This Italian concern has been set by Pikeur trying to fit up with the jockeys' needs, who were searching for professional but also stylish equestrian accessories. Thus, what makes Eskadron therefore special and why their selections are so popular with passengers?Eskadron Why do bikers from all around the world love this new brand? Eskadron continues to be tremendously popular among horseriding lovers for twelve or even more years today. This brand's products are characterized by their own high quality attention to detail. Eskadron can be valued for their unique viability, elegance, innovativeness in their projects, contemporary design, and accessibility. The brand's offer has both professional ones and items for recreational riders. So, you'll discover basic design clothes, expert equestrian, and assorted accessories necessary for your proper saddling of a horse. Eskadron offers saddle fabrics, halters, rugs, bell boots for horses, boots, fly hats, drapes, however also hoodies, t-shirts, breeches, also reveal jackets. All products include the European Union, which additionally verifies their quality.Eskadron's collections Eskadron has many selections. Some are seasonal, others are constantly accessible their own offer. The very Well-known collections of this brand are: Vintage Sports - established twice a year, this line is composed exclusively of horse riding equipment. Products out of this collection are very straightforward, in conventional soft colours but at precisely the same time very elegant. Platinum Card - starts once annually for those who prefer conventional solutions. You'll mostly find black and gray colors along with delicate image motifs. Young Star - lineup for children that begin their experience with horse riding. It's basic horseriding accessories in bright colours and exceptional designs. Equestrian Fanatics - clothing line created for riders that like to stand out. Available coats, hoodies, and backpacks successfully unite casual clothing with equestrianism. Vintage offer - Their constant offer of clothing, equipment, and accessories. You can find products used for training and regular rides but additionally elegant reveal clothing. Eskadron can be a fresh used by riders from all over the world. For the comfort of riding and safety both yours and your horse's, it might be well worth purchasing supreme quality articles, which may permit you to fully appreciate this sport that is exceptional.
  • Gözlərinizin böyük görünməsini istəyirsinizsə...

    Gözlərinizi olduğundan iri göstərmək istəyirsinizsə, layner sizə kömək edəcək. Bundan əlavə mütləq gözünüzün alt hissəsinə nude qələm çəkin.
  • Məşhur cütlük BOŞANIR-SƏBƏB

    Eşitdiyimə gorə çox kobud adamdı
  • Rihanna ana olmağa hazırlaşır

    Yəqin suni mayalanma eliyər
  • Moda ilə bağlı izləyə biləcəyiniz filmlər

    Jurnalistika üzrə oxuyan Andrea Sachs məzun olduqdan sonra işə başlayar. Hadisələr bundan sonra başlayır.
  • Pensiyaçılarla bağlı yeni statistika

    Azərbaycanda pensiyaçıların sayı açıqlanıb.
  • Mesut Özil və Amine Gülşenin qızı doğuldu-FOTO

    “Arsenal”ın futbolçusu Məsud Özil və həyat yoldaşı Aminə Gülşənin övladları dünyaya gəlib.
  • Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

    Yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər qohum viruslardan ayırmaq imkanı da yaradır.
  • 12:03 - Müəllif: Feride
    Mayasız çörək (video-resept) (1)

    Mayasız çörək (video-resept)

    Qara unla yoxlamaq lazimdi
  • Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...

    Ev heyvanının icarə haqqı saatda 800 rubldur (təqribən 20 AZN). Bundan əlavə, 3000 rubl (75 AZN) pul girov kimi verilməlidir. ama bir yannan baxanda itlere cole cixmaq lazimdi da
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış