Gizli günahlar insanın xüsusiyyət və strukturunu müəyyənləşdirir
İctimaiyyət arasına çıxan insan bu xüsusiyyətinə görə sayılır və seçilir. Bu əməl insanın gizli şifrəsini qeyb elminə malik şəxslərin əlinə verir. Günah günahdırsa, onun gizli olması nə üçün daha qabarıq şəkildə, həyəcanla ifadə olunur?
Gizli günah dedikdə, insanın gözlərdən kənarda qalaraq günah etməsidir. Cəmiyyət qarşısında günah etdikdə onun gözdən düşüb başına sərki vurulma ehtimalı çoxalır. Bu həm də kompleks xəstəliyindən irəli gəlir. Gəlin, gizli günahlara aid bir neçə misal çəkək:
Xaqani cavan oğlandır. Onun 19 yaşı vardır. Əsgərlikdən yeni gəlmişdir. İşləmədiyinə görə, evdə çox olur. Qardaşı Elvinin kompüterindən istifadə edərək internetdən istifadə edir. Elvin Xaqani kimi deyil. O, hər zaman dərs oxumağa böyük meyl göstərir. Bu səbəbdən də yüksək balla hüquq fakültəsinə daxil olaraq təhsilini davam etdirir. Xaqani böyük qardaşından, həmçinin valideynlərindən çəkinir, onların gözündən düşmək istəmir. Lakin qəlbində bir təlatüm var. Qardaşının şəxsi fotoapartından təlatümünü yatırmaq üçün şəxsi məqsədləri naminə istifadə edirdi. Hər gün özünə bir gizli yer tapar, oradan küçədən keçən qadınların şəkilini çəkərdi. Aralarından ən maraqlılarını yastığının altında gizlədər, bəzilərini gizli adla internetdə paylaşardı. Bu əməlinin aşkara çıxmasını istəmir. Ələlxüsus da qardaşının bilməsini heç istəmirdi. Bir dəfə o, həmin şəkillərə tamaşa edirdi. Dərin fikrə daldığından Elvinin gəldiyini hiss etməmişdi. Ayılanda başının üstündə qardaşını görür.
26 yaşlı Aytənin iki qardaşı var. Atası iki il olar rəhmətə gedib. Anası bircəcik qızını çox sevir. Qardaşları da. Lakin qardaşları bacılarını çox qısqanır. Bu səbəbdən onu nə işləməyə qoyur, nə də bayır-bacağa buraxırdılar. Bir gün Aytəngilə qonaq gələn xalası qızı Gülər ona mobil telefondan istifadə qaydalarını başa salır. Aytənin qardaşı bu il ad günündə ona mobil telefon hədiyyə etmişdi. Gülər bu məsələ əsnasında Aytənə internet xidmətlərini başa salır. Bir-iki internet səhifəsini ona göstərir, bekar vaxtlarda bu saytlardan yararlana biləcəyini söyləyir. Gecə vaxtı hamı yatarkən, Aytən mobil telefonundan “çat” məkanlarının birinə daxil olur. Xalası qızı onun yerinə qeydiyyatdan keçmişdi. Aytənin ünsiyyətə böyük ehtiyacı var idi, qardaşlarının ona bu imkanı vermədiyindən, onlara acığı tuturdu. Bir oğlanla tanış olur. Bir müddət danışdıqdan sonra “MMS” xidmətiylə oğlan bu qızın şəkilini istəyir. Bu qız tanımadan, etmədən bu oğlana şəkilini göndərir. Qız təmiz qəlbli olduğundan düşünə bilmir ki, oğlan bundan nə istəyir. Səhəri gün bu oğlan, dostları ilə söhbət etdikdə, axşam baş verən hadisələrdən danışır. Telefonda qızın şəklini dostlarına göstərir. Qrup yoldaşlarından olan Kənanı da şəklə baxmağa dəvət edir. Kənan isə şəklə baxdıqda bacısını tanıyır. Ondan başqa heç kəs şəkildəki qızın onun bacısı olduğunu bilmir.
Cəmiyyətin qınaq obyektindən qurtulmaq üçün özlərinə kiçik bir “dünya” qurmaq istəyən iki gəncin həyatından bir parça oxuduq. Onlar şəxsi istəklərini heç kəs görmədən həyata keçirmək arzusunda idilər. Sirlərinin bir gün açılacağına inanmırdılar. Əgər bir insan bir əməli gizlində edirsə, etdiyi əməldən xəcalət çəkir, deməkdir. Ondan həzz alsa belə, işinə yarasa belə, gizlində edir. Bəzən elə düşünür ki, onun etdiyi bu iş heç də pis iş deyil, sadəcə camaat onu anlamır. Dərdini anladacaq bir kəs tapmır. Hər nə qədər başqa insanın adından danışsa da, camaatın bu əməli nifrətlə qarşıladığını görür və həmin şəxsin özü olduğunu gizlədir. Sağalmaq istəyir, aşkara çıxmaq istəyir, amma bacarmır. Özünü gizlində saxlamaq bir gün günəş işığına çıxacaq ümidlərinin qığılcımlarıdır.
1. Çoxlarınız Yusif peyğəmbərin (ə) filminə baxmısız, orada Yusifin (ə) Allahından necə qorxduğunu da görmüsüz. O, bir çoxlarının xəyal edə bilməyəcəyi bir şəraitə düşmüşdü. Ona sahib çıxmış şəxsin həyat yoldaşı ilə başbaşa qalmışdı. Ya xəyanət yolunu, ya da acınacaqlı aqibəti seçməli idi… Yusif (ə) pis işdən imtina etməklə bir çoxunun “fürsət” bildiyi alçaqlığı seçmir, əksinə zindan və əziyyəti özünə qurtuluş hesab edir. “Heç kəs məni görmür” kimi bəhanəni işinə yarayacaq kimi əsas gətirmir. Yusif peyğəmbər bu səhnənin kimlər tərəfindən müşahidə olunduğunu, sabah bu əməlinə görə cavab verəcəyini yaxşı bilirdi.
2. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir. Allahın hər şeyi görüb-eşitməsi barədə sual verir. Hər şeyin Allah tərəfindən nəzarət altında saxlanıldığını, heç bir informasiyanın Ondan gizli qalmadığını, gizlində etdiyi əməllərdən gizlində qalmadığını öyrəndikdən sonra, əvvəllər etdiyi qəbih işlərə görə xəcalət çəkir, utanır və nəticədə ürəyi partlayır.
Maraqlıdır, bir məntəqədə kamera quraşdırılıbsa orada özümüzü sərbəst, ürəyimiz istəyən kimi aparmırıq, əməllərimizə diqqət edirik. İstəmirik ki, bizi ədəbsiz biri kimi tanısınlar. Hansı cinayətkar kamera görüntüsü altında cinayət edər? Yalnız həyasız və aqibətindən narahat olmayan kəs!
Unutmayaq ki, bir insanın aşkar və gizlində, xarici və daxili aləmində eyni olması hər zaman təqdir edilmişdir. Bir insanın bir üzü varsa onun kamillik mərhələlərini uğurla keçməsi daha da asanlaşır.
Fərid Abdullah
XƏBƏR LENTİ
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Yerə asteroid yaxınlaşır
Oğlaq və Oxatan bürcü uyğunluğu
Zövqlü xanımlar üçün
Bir-birinizi nə qədər sevirsiniz?
Azərbaycanın cənubunda evlər su altında qaldı
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
Yeni MacBook gəlir
Azərbaycan idman sarayı açdı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Toxluq hissi yaradan 5 ərzaq
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Darçınlı peçenye (foto resept)
Neslihan Atagülün geyimini lağa qoydu
Günün ulduz falı
"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov
Ozan Güvən “Babil”dən ayrıldı
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
HAVA necə olacaq?-31 dekabr
Sinem Kobal və Kənan İmirzalıoğlunun valideynlik həyacanı -FOTO
Aralıq dənizindən tapılan sirli tabut
Virtual dərəbəylik-real insanların virtual səfehliyi…
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
"Onların arasında sevgi yoxdur"
Hər yolun sonu Ona çıxır
Muzeyin görünməyən tərəfi
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Roma Papası macəra filmində çəkilir
Çində koronavirusa yoluxanların sayında yenə artım var
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
Buraxılış imtahanlarının vaxtı bilindi
Günəş dəhşət saçır
Ali məktəblər üçün şəhərciklər salınır
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Ayaqqabı modelləri
Bakıda "Röya adası" gerçək olur
Rusiya BMP-ləri Azərbaycana göndərir
Bakı aeroportunun yeni terminalı: o necə olacaq? - FOTO
Google-un lobbiçiləri zəifləyəcək
Qeyri-adi saç düzümləri
Dinim sünnilik yox İslamdır
İmmuniteti gücləndirən meyvələr
Uşaqları istidən qoruyun
Əllər üçün maskalar
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
- ŞƏRHLƏR