Bakıda hava
USD AZN
EUR AZN

İnsanların mənfi enerjisindən necə qorunmalı?

 

Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir. Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir.

İnsanların mənfi enerjisindən necə qorunmalı?

Empatiya - başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya - digər insanlara qarşı sevgi və mərhəmət hissidir.

 

Empat olmaq başqalarının ağrı və əzablarını udmaq deməkdir və bu, sizə mənfi təsir edə bilər. Əgər otaqda mənfi aurası olan bir insanla ünsiyyət qurmağa məcbur olmusunuzsa, siz onun nə qədər zəhərli enerjisi ola biləcəyini müəyyən edirsiniz. Bioenergetiklər hesab edir ki, ətrafdakı insanların mənfi enerjisini udmamaq böyük mənəvi bacarıqdır.

 

Özünü yadların mənfi enerjisindən qorumağın 5 üsulu ilə tanış olmağa dəyər

 

1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz. 

Əgər kimsə sizə şikayətlənirsə, bu adamın xoşuna gəlməyə çalışmayın. Bu, enerjinizi sovuracaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək. Sizi hamı sevə bilməz. İnsanlar yer üzündə müxtəlif məqsədlər üçün yaşayırlar. İlk növbədə özünüzü sevin, bununla sizi başqalarının fikirlərinin təsirindən qoruyan özünümüdafiə divarı yaradacaqsınız. Onu da yadda saxlayın ki, hamını dəyişdirə bilmərsiniz. Bunu həyat missiyası etməyin. Bəzən insanın özünə etdiyi ən böyük yaxşılıq sadəcə başqasının ötürdüyü enerjini udmamaqdır.

İnsanların mənfi enerjisindən necə qorunmalı?

2. Həyatınıza buraxdığınız insanları ehtiyatla seçin.

Bədən, ağıl və ətrafınız sizin məbədinizdir. Oraya kimi dəvət edirsiniz? Bu, açıq bir dəvətdir? İnsanlar içəri girməzdən əvvəl çirkli ayaqlarını qəlbinizə silməlidir? Siz buna icazə verirsinizmi və bu, normaldır?

 

Əgər bir gün kiməsə bir dilim çörək versəniz, o, ertəsi gün sizdən bütöv bir çörək istəyəcək. Bəzi tanışların başqalarına qarşı soyuq və qapalı olduğunu fikirləşə bilərsiniz. Amma onlara hiddətlənməyə dəyməz. Çünki belə adamlar özünə və evinə hörmət edir, odur ki, belə adamların münasibətini sadəcə qəbul etmək lazımdır.

 

Əliaçıq olmaq əladır, amma çox incə bir hədd var, hansı ki, o həddin tapdalamasına icazə vermək olmaz. Odur ki, "yox" deməyi və bunu adi hal kimi qəbul etməyi öyrənin.

 

3. Pis adamları vecinizə almayın!

Parazit yaşaması üçün onu qəbul edən sahibinə ehtiyac duyur. Başqa birinə diqqət yetirməklə biz ona enerji ötürürük. Bu zaman sizinlə onun arasında enerji mübadiləsi baş verir. Enerji vampirləri enerji tədarükünü azaltmağa çalışmaqla düşüncələrinizi oğurlamağa çalışacaq. Bəzi insanlar mənfi enerjini sizə tərəf yönləndirməyə çalışacaq, daha sonra növbəti qurbanına doğru addımlayacaq.

 

Dost nəsihəti münasibətlər üçün lazımdır, amma yenə də elə bir hədd var ki, onu keçməyə heç kimin haqqı yoxdur. Ola bilər ki, hər hansı şəxs istər işlə bağlı, istərsə də ailə həyatında olan problemlərini və ya nailiyyətləri sizinlə bölüşsün. Amma bütün bu duyğular selinə məruz qalmaq həyatınızı yaxşı olmayan istiqamətdə dəyişə bilər. Odur ki, özünüzü sevin və onların şikayətlərini hər zaman dinləməyin. “Səni dinləməyə indi hazır deyiləm” sözünü deməkdən utanmayın. Bu yolla onların sizə ötürməyə çalışdığı neqativ enerjini geri göndərirsiniz.

 

4. Təbiət qoynunda gəzin

Təbiəti seyrə çıxın, gəzin, meditasiya ilə məşğul olun və torpağı hiss edin. Təmiz havanı ciyərlərinizə çəkib dənizdən zövq almağa çalışın, fiziki işlə məşğul olun və ya dərindən nəfəs alın. Kəpənək kimi yüngül və sürətlə hərəkət edin.

 

Düzgün və dərin nəfəs texnikası qan dövranını sürətləndirir və sizi əhatə edən insanların enerjinizi udmasının qarşısını almağa kömək edir. Başınızı dik qaldırıb özünə inamla gəzin və heç kəsə əhval-ruhiyyənizi korlamağa icazə verməyin.

 

Tırtıl öz ətrafında hər şeyi yeyir, kökəlir və nəticədə hərəkətsiz olur. Uça bilmək üçün o, yüngül olmalıdır.

 

5. Düşüncə və emosiyaların 100 % məsuliyyətini öz üzərinizə götürün.

Əhval-ruhiyyəniz 100 % özünüzdən asılıdır. Kainat insanları həyatımıza bizi sınamaq üçün göndərir. Yadda saxlayın ki, insanın özünü qəbul etməsi və anlaması başqalarını qəbul etməkdən daha güclüdür.

 

Qurban deyilsiniz və heç kimin ixtiyarı yoxdur ki, sizin üzərinizdə ağalıq etsin. İmkan verməyin ki, başqaları üzərinizdə hökmranlıq etsin. Düşüncə və emosiyaların sizi narahat edən situasiyalarda özünü necə göstərdiyini təsəvvür edin.

 

Hər şey səbir səviyyəsindən, əsəb və ya rəhmdən asılıdırsa? Reaksiyalarınızın bütün məsuliyyətini öz üzərinizə götürən kimi özünüzlə daha dərin səviyyədə birləşəcəksiniz.

 

Odur ki, həyatın istənilən şəraitində özünüz üçün enerji səviyyəsini yüksəldən situasiyalar yaradın. Hər hansı insanla birlikdə özünüzü daha yaxşı hiss edirsiniz? O adam da özünü sizin yanınızda daha rahat hiss edir? Siz parlaq təcrübəyə maliksiniz, odur ki, bunu dərk etmək vaxtıdır.

 

Özünü ətrafın neqativ enerjisindən qorumaq elmi özünə sevgidən başlayır. Yadda saxlayın ki, siz yalnız sevgi, sülh və xoşbəxtliyə layiqsiniz. İmkan verməyin ki, qəzəb və kin qəlbinizə və ruhunuza ləkə salsın. Unutmayın ki, kiməsə "yox" demək, təbii haldır və energetik vəziyyətinizin müəllifi sizdən başqa heç kim ola bilməz.

 

Bəs sizin ətarfınızda enerji vampirləri var? Cavabı tapmaq çətin deyil. Enerji vampirləri ilə hər gün hər yerdə rastlaşa bilərik. Əsas odur ki, özünüzü sevin və yuxarıdakı qaydalara əməl etməkdən çəkinməyin.

 

Aytən Məftun (publika.az)

Səslərin sayı: 0
1
958
Şərhlər
Offline
PERI
1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz.
22 may 2019 15:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 05:06 - Müəllif: CyberXPhilmMF
    Hüquqşunas məsləhəti (529)

    Hüquqşunas məsləhəti

    Eskadron is among the very appreciated equestrian brands on the world that focuses primarily on the creation of high quality design clothing and equipment. This Italian concern has been set by Pikeur trying to fit up with the jockeys' needs, who were searching for professional but also stylish equestrian accessories. Thus, what makes Eskadron therefore special and why their selections are so popular with passengers?Eskadron Why do bikers from all around the world love this new brand? Eskadron continues to be tremendously popular among horseriding lovers for twelve or even more years today. This brand's products are characterized by their own high quality attention to detail. Eskadron can be valued for their unique viability, elegance, innovativeness in their projects, contemporary design, and accessibility. The brand's offer has both professional ones and items for recreational riders. So, you'll discover basic design clothes, expert equestrian, and assorted accessories necessary for your proper saddling of a horse. Eskadron offers saddle fabrics, halters, rugs, bell boots for horses, boots, fly hats, drapes, however also hoodies, t-shirts, breeches, also reveal jackets. All products include the European Union, which additionally verifies their quality.Eskadron's collections Eskadron has many selections. Some are seasonal, others are constantly accessible their own offer. The very Well-known collections of this brand are: Vintage Sports - established twice a year, this line is composed exclusively of horse riding equipment. Products out of this collection are very straightforward, in conventional soft colours but at precisely the same time very elegant. Platinum Card - starts once annually for those who prefer conventional solutions. You'll mostly find black and gray colors along with delicate image motifs. Young Star - lineup for children that begin their experience with horse riding. It's basic horseriding accessories in bright colours and exceptional designs. Equestrian Fanatics - clothing line created for riders that like to stand out. Available coats, hoodies, and backpacks successfully unite casual clothing with equestrianism. Vintage offer - Their constant offer of clothing, equipment, and accessories. You can find products used for training and regular rides but additionally elegant reveal clothing. Eskadron can be a fresh used by riders from all over the world. For the comfort of riding and safety both yours and your horse's, it might be well worth purchasing supreme quality articles, which may permit you to fully appreciate this sport that is exceptional.
  • Gözlərinizin böyük görünməsini istəyirsinizsə...

    Gözlərinizi olduğundan iri göstərmək istəyirsinizsə, layner sizə kömək edəcək. Bundan əlavə mütləq gözünüzün alt hissəsinə nude qələm çəkin.
  • Məşhur cütlük BOŞANIR-SƏBƏB

    Eşitdiyimə gorə çox kobud adamdı
  • Rihanna ana olmağa hazırlaşır

    Yəqin suni mayalanma eliyər
  • Moda ilə bağlı izləyə biləcəyiniz filmlər

    Jurnalistika üzrə oxuyan Andrea Sachs məzun olduqdan sonra işə başlayar. Hadisələr bundan sonra başlayır.
  • Pensiyaçılarla bağlı yeni statistika

    Azərbaycanda pensiyaçıların sayı açıqlanıb.
  • Mesut Özil və Amine Gülşenin qızı doğuldu-FOTO

    “Arsenal”ın futbolçusu Məsud Özil və həyat yoldaşı Aminə Gülşənin övladları dünyaya gəlib.
  • Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

    Yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər qohum viruslardan ayırmaq imkanı da yaradır.
  • 12:03 - Müəllif: Feride
    Mayasız çörək (video-resept) (1)

    Mayasız çörək (video-resept)

    Qara unla yoxlamaq lazimdi
  • Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...

    Ev heyvanının icarə haqqı saatda 800 rubldur (təqribən 20 AZN). Bundan əlavə, 3000 rubl (75 AZN) pul girov kimi verilməlidir. ama bir yannan baxanda itlere cole cixmaq lazimdi da
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )