Qadın yer üzündə ən dəyərli varlıqdır. Bunu doğulduğu andan yeniyetməliyi, gəncliyi, orta yaşlılığı, üzündə qırışlar yaranan an, hətta yaşlı bir qadın olduğu anda belə hiss etməlidir. Mən, Lətifə Allahverdiyeva, hər zaman özümü belə hiss edirəm və çox sevdiyim feminist bir qadının gözəl bir sözü vardır: Qadın xoşbəxtliyin özüdür .
Özünü seçilmiş qadın kimi hiss etməlidir və bu hissi ailə qurduqda belə saxlayacaq bir həyat yoldaş istər həmişə . Bəzən buna nail olar qadın. Həyat yoldaşı tərəfindən özünü hər zaman dünyanın ən gözəl, ən seçilmiş qadını kimi hiss edən qadınların böyük bir qismi bəxt, şans anlayışına inanmırlar. Xoşbəxtliyin özlərində olduğunu düşünərlər. Çox gözəl düşüncə deyilmi? Heç nəyin arxasına sığınmırlar, digər qadınlar kimi falçı, baxıcı yanlarında işləri olmur. Buna ümumiyyətlə inanmırlar. Tək xoşbəxtliyin özləri olduğunu fikirləşirlər.
Tanıdığım bir xanım çox pis haldadır. Ailə qurduğu insan tərəfindən xəyanətə məruz qalıb. Həyat yoldaşı oğlunun ad gününə belə gəlməyib. Mən bu qadını tanıdığımdan bəri qadının həyatında problemlər var. Üstəlik də pul problemi deyil. Həyat yoldaşı evə gəlmir. Uşaqlarla az-az hallarda görüşür. Bunlar azmış kimi qadın hələ də o insandan nələrsə gözləyir( qadının həyat yoldaşı başqa qadınla birlikdədir, eşitdiyimə görə həyat yoldaşına etmədiyi yaxşılıqları o qadına edir ). Burda günahkar kimdir? Bəli, mən qadınların tərəfindəyəm. Amma qadınlar da səhvlər edir. Burada yəqin ki, hər kəs qadının tərəfini tutacaq. Bunu oxuyan qadınların çoxu öz fikrində kişini “ söyür “, bu qadının da bəxti belə imiş” deyə oxuyub keçəcəklər. Qadınlar bu cür fikirləşdiklərinə görə hansısa bir “ər”in asılılığındadır. Ondan qopa bilmir. Sanki o getdikdə və ya ondan boşandıqda qadın yaşaya bilməyəcək, həyatı məhv olacaq, uşaqları böyüdə bilməyəcək, ona “ pis qadın” kimi baxacaqlar.
Qadın ilk öncə bu düşüncələrdən xilas olmalıdır. Bilirsiniz, necə? Qadın boşandıqdan sonra “ əxlaqsız “ biri olmayacaq. Bunu düşünən insan təbii ki olacaq . Amma insan hər zaman başqasının fikirlərini düşünərək yaşasa, o dünyanın ən kompleksli, ən qorxaq, ən cəsarətsizinə dönəcəkdir. “ Qayaların altına baxıb bir şey tapa bilməmək də irəliləyişdir “. Ən öncə öz düşüncələrinizi düzəldin.
Özünü bilən, özünü düşünən, özünü sevən heç bir qadın bu halları özünü yaşamaz və yaşamamalıdır da. Dünyaya bir dəfə gəlirik. Kimdənsə asılı olmaq, buna görə bilə-bilə bu əzabı nəyə görə çəkməlidir, insan.
Evlənəcəyiniz və ya həyatınızda olan insanı doğru seçin. O sizin sadəcə mənəvi və maddi ehtiyaclarınızı ödəyən biri olmamalıdır. Həm də sizin həyatınızı birləşdiyiniz insandır.
Özünüzü ən gözəl həyata layiq bilin. Çünki siz bunu yarada bilərsiniz.
Özünüz olun xanımlar . Bu dünya lazımsız problemlərə görə bizi üzə bilməməlidir. Biz bunları yaşamamalıyıq. Səbəb nə olursa olsun daima gülümsəyin. Siz gülümsəyin ki dünyamız gözəlləşsin.
XƏBƏR LENTİ
Qarnınızı əritmək üçün bunları yeyin!
Sinoptiklərdən xəbərdarlıq: güclü qar yağacaq, çovğun olacaq
Arzular gerçəkləşir
BÜRCLƏR bizə nə vəd edir?-13 Fevral
Analar üçün asan üsullar
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan tamamilə təmizlənildi
Günün ulduz falı
"Günəş" şirniyyatı (foto resept)
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Prezident dəyişiklik etdi
Məşhur cütlük AYRILDI
Culiya Robertsdən dəyərli məsləhətlər
Prezident İlham Əliyev və xanımı rəsmi qəbulda
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Zaqatalamızın sərvətləri
Məşhur aktrisa 15 yaş cavanlaşdı
Azərbaycanda hərbi xidmətə çağırışda yenilik
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Bir az gülək...
Dondurma alarkən nəyə diqqət edilməlidir?
Heç bir xəstəliyi olmayan 5 yaşlı uşaq koronavirusdan öldü-FOTO
2 yaşa qədər uşaqları dənizə salmayın - XƏBƏRDARLIQ
Burak gəlirini maşına xərclədi-FOTO
Tofiq Hüseynov vəfat etdi
Azərbaycanda dini biliklərin məktəblərdə ayrıca fənn kimi tədrisi müzakirə olunur
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf -FOTO
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Demet Akalın səhər yeməyinə verdiyi pulla GÜNDƏMDƏDİR_FOTO
Gümüş aura nədir?
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Üzdəki tüklərdən xilas olmaq üçün...
Fərqli olan bərabərlik
Günün qoroskopu: bu əməli unutmayacaqlar
77 yaşlı ər və arvad boşandı – Bakıda
Türkiyədə zəlzələ olub
Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ
Ərdoğan rəsmən prezidentdir
Qaymaqlı tort (foto resept)
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Çiyələklərdən iynə çıxır-FOTO
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Süddə toyuq filesi( foto resept)
Hava haqqında - 19.03.2014
Yazın 10 super qidası
Ulduz aktyora hökm oxundu
Eşitmə testi
- ŞƏRHLƏR