Azərbaycan dili və ya Azərbaycan Oğuz Türkçəsi qədim bir Tarixə malikdir. Türk millətindən olan Azərbaycan Türklərinin dili öz Türkçədir desək yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar. Öncədən də qeyd etdiyim kimi "çirklənilmədən" ifadəsini yenə vurğulayıram. Bir dil necə çirklənər? deyə sual verə bilərsiniz. Sizə bunun açıqlamasını yazacağam. Əgər biz öz dilimizə gərəksiz yabancı, milli olmayan sözlər daxil ediriksə, bu dilimizin çirklənməsinə gətirib çıxarır. Digər tərəfdən əgər bununla özümüzü müasir, dırnaqarası modern göstərmək üçün edəriksə, bu artıq dilimizə qarşı cinayətdir! Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq və inad edirik . Deyəsən ''fsyo'', uje'', ''tak'', ''davay'', ''mama'', '' papa'' kimi sözləri işlətmək bəzilərinə xoşdur. Niyə? Bunun səbəbi nədir? Bu suallara vercəyimiz şablon qəlib cavablar hazırdır. Sizə onlardan bir, iki örnək yazım : " Biz rusların əsarətində idik", ''rusca beynalxalq dillərdən biridir", "Rusiya bizim qonşumuzdur" və s. kimi safsatalar.
Əgər siz qonşunuzun adını atanıza demirsinizsə, Rus qonşunuzdur deyə Azərbaycan dilinin əvəzinə rus dilində də danışmamalısınız! Rus işğalında qalmağı bəhanə etməyə gəlincə də artıq bunu anlayın, rusların işğalından 30 ilə yaxın müddət keçib, gedib. Artıq bu bəhanəni bir kənara qoymaq lazımdır! Bunu da qeyd edim ki, rus bizim sadəcə qonşumuz, dostumuz deyil, eynilə də erməniyə dəstək verən mədəniyyətimizin və dilimizin inkişafının önünü kəsən bir gücdür.
Örnək olaraq qonşu Gürcüstanı götürək, artıq gürcülər rus dilində danışmağın daşını çoxdan atıb! Digər tərəfdən ağzınızı əyə-əyə "Rus dili beynəlxalq dildir" deyirsinizsə, sizin eviniz və Bakı küçələri nə konfrans zalıdır, nə de Beynalxalq ve ya akademik arenadır. Əgər oralarda Azərbaycanımızı təmsil edərkən danışsanız, bu daha yararlı olar. Siz rus ve ya da ingilis dilində danışmağa beynəlxalq arenada, akademik məkanlarda davam edin. Əks halda Bakı küçələrində xüsusilə " Tarqovi " adlandırdığınız yerdə rusca danışmağa davam edirsinizsə, bu sizi "modern" yox, dilində danışmağı ar bilən, dilinə dəyər verməyən biri kimi göstərcəkdir. Bilirəm bəziləri "dil bilmək yaxşıdır" kimi ifadələr işlədəcək. Amma onlara bunu bildirmək istərdim ki, sizə dil bilməyin demirik.
Dəyərli həmvətənlərim, hətta erməninin də dilini öyrənin, amma Azərbaycan Türk Oğuz yurdunda Azərbaycan Türkcəsində danışmaq sizin və bizim boynumuzun borcudur! Bu bizim vətəndaş borcumuzdur. Əks halda Azərbaycan Türkcəsində danışanlara "çuşka" deyərək alçaltdığınız dövrə geri dönərsiniz ki, bu da sizin milli kimliyinizi və şəxsiyyətinizin alçaldılması, itirilməsi deməkdir! Çünki milli dili duyğusu, düşüncəsi vətən millət sevgisi olmayanların, dilini qorumayanlar, vətənini millətini, dövlətini qorumazlar! Sizə onu da qeyd edim ki, artıq vətənimizdə illerdir Beynelxalq Yarışlar keçirilir və ölkəmizə qonaqlar gəlir. Əgər siz onların müsafir olduğu zamanlarda da rus dilində öz vətəndaşlarınızla danışsanız, bu yaxşı hal olmayacaq. Necə ki, bundan əvvəlki yarışmada İngiltərədən gələn bir müsafirimizin soruşduğu suala belə bir sualla qarşılaşacaqsınız ''Hələ də Azərbaycanda dövlət dili rus dilidir? Unutmayın biz onlara öz dilimizi Azərbaycan Türkcəsini tanıtmalı və sevdirməliyik. Sonda unudulmaz ədibimiz Şəhriyardan iki misra ilə fikirimi bitirmək istərdim:
Türk'ün dili tək sevgili istək dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz.
Aynur Talıblı. İstanbul, Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət araşdırmaları bölümü, Yüksək lisans.
Xüsusi təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk Komutan İshak Çelik Bəyə sayqılarla.
XƏBƏR LENTİ
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
Dünyanın ən qeyri-stabil valyutaları
Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar - SİYAHI
Günün ulduz falı
Günün ulduz falı - 01.10.2013
Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu: “Ayaqlarımın kəsildiyini görəndə, dedim, kaş...” - VİDEOREPORTAJ
SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Əfqanıstanda sel:onlarla insan həlak olub
Üzlərində çil olsun deyə
Selfi üçün qadağa
DiKaprio partidə - FOTO
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Elm dünyasının şahı Nəsirəddin Tusi
İstirahət günü hava qovuracaq
Pomidorlu qəlyanaltı(foto resept)
Dekorativ güzgülər
Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Müge Anlı onları geridə qoydu
Bitməyən savaş
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
46 yaşlı aktrisanın Gözəllik Sirri Məlum oldu!-VİDEO
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Azərbaycan tarixindən yüz şəxsiyyət-90
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Günün qoroskopu:Soyuqqanlı olun!
İrem derici yeni klipini təqdim etdi
Bu çay cənnətə aparır
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
Tez qocalmağa səbəb olan 5 vərdiş
Azərbaybaycanda hərbi həkim koronavirusdan vəfat etdi - RƏSMİ + FOTO
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Günün ulduz falı
İşdən ixtisara düşmək istəmirsizsə...
Parlaq saç, yoxsa "yağlı"?
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Növbəti 4 günün havası AÇIQLANDI
Bakı Metrosunda daha bir qadağa
Köklü, darçınlı, qozlu keks (foto-resept)
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Günün ulduz falı - 03.12.2013
Sobada quzu ətli badımcan
Rəngarəng çanta modelləri
Yağlı saçlarla necə mübarizə aparmalı?
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Ermənilərə xəbərdarlıq edildi