Bu il Malcolm X-in şəhid olmasında 51 il keçib. Azadlıq uğrunda, irqçliyə qarşı mübarizə aparan, Amerikada İslamın yayılmasında böyük rolu olan, adını 20-ci əsrə yazdırmağı bacaran səmimi bir müsəlman. God bless you, genius man!
Telefonumda bu şəxsin ən sevdiyim 38 sözünü qeyd etmişəm, onları indi paylaşacam. Sona qədər oxumağı tövsiyyə edərdim, əminəm ki, çox xoşunuza gələcək və sizə bir şeylər öyrədəcək. Buyurun, oxuyun!
1) Böyüklük Allaha məxsusdur, mənim olan tək şey isə günahlarımdır.
2) Hərəkətə keçmədiyiniz müddətcə, şiddəti "dua edərək" durdura bilməzsiniz.
3) Mən həqiqətin izindəyəm, kimin söylədiyi önəmli deyil. Mən ədalətin izindəyəm, kimin üçün və ya kimə qarşı olduğu önəmli deyil.
4) Mən irqçi biri deyiləm, hər növ irqçiliyin, hər növ ayrı-seçkiliyin əleyhinəyəm. Mən insanlara rənglərindən asılı olmayaraq hörmət etməyin lazım olduğunu düşünürəm.
5) Sən Allahla bərabər olduğun müddətdə, O daima varlığının işarətlərini sənə hiss etdirər.
6) Bizə qalmayacaq dünya üçün bizə qalacaq günahlar edirik.
7) Birini qınamaqda tələsmə! Sənin keçdiyin yolları keçməmiş və sənin qədər düşünməmiş ola bilər. Unutma ki, sən də bir zamanlar indi bildiyin şeylərdən xəbərsiz idin.
8) Əgər sən, sənə aid olan bir şeyi əldə etmək üçün onun ardınca gedirsənsə, sənə mane olan hər kəs; kim olursa olsun günahkardır.
9) Təhsil bizim gələcəyə biletimizdir. Çünki gələcək bugündən ona hazırlaşanlarındır.
10) Ən yaxşı nəsihət - yaxşı nümunə olmaqdır.
11) Xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, qarşılarına çıxan hər bir şeyin dəyərini ən gözəl şəkildə bilənlərdir.
12) İrqçilik ideoloji bir düşüncə deyil, əksinə psixoloji bir xəstəlikdir.
13) Mənim dinim mənim şəxsi mövzumdur. O mənim şəxsi həyatımı və əxlaqımı yönləndirir. Və mənim din fəlsəfəm, mənimlə inandığım Tanrı arasındadır; eynilə digərlərinin din fəlsəfəsinin onlar və inandıqları Tanrı arasında olduğu kimi. Ən gözəl olanı da budur.
14) Ağ insan savaşdı, biz (qaralar) öldük.
15) Əgər uğrunda ölməyə hazır deyilsinizsə, "özgürlük" kəlməsini lüğətinizdən çıxarın.
16) Əgər diqqətli olmasanız, qəzetlər (media) məzlumlardan nifrət etmənizə, zalımları isə çox sevmənizə səbəb olar.
17) İnsan yaxşı nişan almalıdır; kuklanı yox, kuklaçını vurmalıdır.
18) İnsanlar bir adamın həyatının tək bir kitabla dəyişə biləcəyinin fərqində deyillər.
19) Kimsə sənə özgürlük verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa şeyləri verməz. Əgər gerçəkdən adamsansa, bunları özün al!
20) Bir insanın düşünməyə ehtiyacı varsa, gedə biləcəyi ən yaxşı yer, məncə universitetdən sonra həbsxanadır.
21) Barışcıl olun, kübar olun. qanunlara itaət edin, hər kəsə sayğılı olun; fəqət biri sizə toxunacaq olarsa, onu məzara göndərin.
22) Bütün yatanları oyandırmağa oyaq olan bir nəfər yetər.
23) Təhsilli biri deyiləm, hər hansı bir sahədə peşəkarlığım da yoxdur... Lakin səmimi biriyəm və mənim səmimiyyətim mənim kimliyimdir.
24) Özgürlüyü əldə etməyin tək yolu dünyadakı bütün əzilmiş xalqları tanımaqdan keçər.
25) Yaxşı qara və yaxşı ağ insan olmaq kimi bir durum yoxdur. Yaxşı və ya pis insanlar vardır.
26) Mənə bir kapitalist göstərin, mən də sizə bir qan əmici göstərim.
27) Zaman şəhidlik zamanıdır və mən bir şəhid olacağamsa, bu qardaşlıq uğrunda olacaq.
28) "İslama söyməkdən başqa" işi olmayanlar, fikrin deyil, "islama söymə" azadlığını istəməkdədirlər.
29) Tarixi dəyişdirə bilənlər, ancaq insanın özü haqqında düşüncəsini dəyişdirə bilməyi bacarmışlar.
30) Sizə qarşı heç bir tənqid/mühakimə yoxdursa, çox böyük ehtimal ki, hər hansı bir müvəffəqiyyətiniz yoxdur.
31) Müsəlmanca yaşamın olmadığı bir yerdə, əlbəttə ki, müsəlmanca ölmənin bir yolu vardır.
32) Arxama heç baxmadım, baxmaram da, sadəcə tez-tez yanıma baxaram, çünkü xəyanət edəcək kimsələr burdadır.
33) Yanlış - yanlışdır, kimin söylədiyi önəmli deyil.
34) Hüzuru özgürlükdən ayırmaq olmaz, çünki heç bir kimsə özgürlüyə sahib olmadan hüzur içində ola bilməz.
35) Əgər hər hansı bir məqsəd üçün ayaqda deyilsinizsə, hər zərbə sizi yerə sərə bilər.
36) Həyatımın erkən dönəmlərində öyrəndim ki, əgər bir şeyi istəyirsənsə, bir az gurultulu/səs-küy çıxarsan yaxşı olar.
37) Hər kəs bir qadın tapa bilər. Amma hər kəs o qadına diqqət edə bilməz. Bunun üçün bir kəlmə var; buna "sorumluluq" deyilir.
38) Bəzi ölülər yaşayanlardan daha yüksək səslə danışarlar.
Müəllif: Rashad Ali Eyvazov
XƏBƏR LENTİ
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hazal Kaya hamilədir-FOTO
Mərci salatı (foto resept)
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
FHN rəsmi məlumat yaydı
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədən quruluşuna görə geyinməyin sirri
Azam Ali – Ov
Tanınmış heykəltəraş vəfat etdi
Günel Behbudovadan gəlinlik kolleksiyası
Yadplanetlilər varmı? – Alimlərdən AÇIQLAMA
Balıq qoxusunu aradan qaldıran üsullar
Sarımsağın bilmədiyimiz faydaları
Milena Trampın 50 dollarlıq ayaqqabısı bəyənilmədi-FOTO
Günün ulduz falı
Həyatımızın ən yadda qalan geyimi
Köynək düymələri
Azərbaycanda 5 gün iş olmayacaq
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Dəbli geyim dəstləri
HAVA necə olacaq?- 20 APREL
Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
Azərbaycan tələbələri üçün yeni şans
Smartfonların beyinə təsiri açıqlandı
Üzgüçülərimiz qızıl medal aldılar
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
İşsizlərin müavinəti 30-40% artırılacaq
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Kiçik evlər üçün faydalı mebellər
2012 çanta modası
Adınıza saxta profil yaradılıbsa...
İtə görə təyyarə yerə endi
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Maliyyə direktorları nəyə etibar edir?
Yay üçün köynək nümunələri
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
700 bal toplayan qəzalı məktəbin şagirdi
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Cəbhədə erməni təxribatı
Günün ulduz falı - 19.02.2014
- ŞƏRHLƏR