Şəhərlər böyüdü, şəhərlər böyüdükcə paralel olaraq insanların sayı da artmağa başladı. Dahilərdən biri "Adamların sayı artdıqca, insanların sayının azaldığını görürəm"- deyə nigaran bildirmişdi. Bu nigaranlıq məni bəşəriyyətin sonsuzluğa doğru yollanan yorğun ayaqlarından sallaşan dərdləri görməyə sövq edir. Bu dərdlərin ən böyüyü isə bəşəriyyəti öz girdabında boğmağa hazırlaşan tənhalıq girdabıdır.
-Niyə bu qədər qələbəlik içində tək qalmışıq?
-Kimlər ya nələr buna zəmin hazırladı?
-Biz hara gedirik?
-Bütün bunların bir həll yolu varmı?
Dünyaya kitab pəncərəsindən baxanlar tənhalığın ədəbiyyatda tsiklik inkişafını müşahidə edə bilərlər. Bu tənhalıq İsgəndər Zülqerneynin əbədiyyət kəhrizini axtarmağa getməsindən,postmodernistin bohem həyatına qədər uzanır. Hissə-hissə,zərr-zərrə ədəbiyyata çökən tənhalıq iztirabı son əsrlərdə öz pik nöqtəsinə çatdı. Bu əsrlərin tənhalığı Məcnunun çöllərdəki tənhalığı deyildi. Bu fiziki tənhalıq deyildir.
Əvvəllər yalnız ədəbiyyatda mövzu olan bu məsələ indi cəmiyyət adlı gəmini batırmağa başlayıb. "Zəmanəmizin qəhrəmanı"-nı mütaliə edən orada bir insanın özünə yer tapa bilməməsini 50 il öncə oxuyarkən bəlkə də təccüblənərdi. Lakin indi bu qəhramanlar o qədər çoxalıblar ki, kütləvi şəkildə boşanmalar və intiharlar şəklində qarşımızda nəhəng bir tablo yarada bilirlər.
"Martin İden"-in fəlakəti onun yazıçılığı deyildi.Onun daxilində dərinləşməyə başlayan bir girdab idi. Bu girdab onu son yolçuluğuna apardı. Gəmiyə minəndə elə ürəyindən keçdi ki,o sadə qızı özü ilə aparsın,amma apara bilmədi. Cünki o girdab onun əlindən cəsarətini-yaşamaq cəsarətini almışdı. Həyat rəngini itirmişdi onun üçün.
T.Drayzerin "Dahi"-si Yucin cəmiyyətin zibiliyindən zirvəsinə və ya əksinə yuvarlanarkən o tənhalıq girdabının əlində can verərkən onu həyata yenidən nə qaytardı. Bu barədə sonra...
Tənhalıq sindromunu kimlər yaratdı və bunu insanlara kimlər yoluxdurdu? 50 il öncə "ürəyim sıxılır" "Həyat niyə bu qədər bezdiricidir?!" cümləsini quran əgər bir nəfər idisə, indi bu cümlənin cəmiyyətdə nə qədər sahibi tapılar. Xüsusilə gənclər arasında bu geniş şəkildə yayılıb.Bütün bunların məntiqi bir izahı vardır.
Bütün bunların izahı bizi modernizmin diktə etdiyi qloballıq siyasətinin bir parçasıdır. "Bəs əgər qoloballaşma vahid bir mədəniyyəti təbliği edirsə, bunun nəyi pisdir ki?"- deyə mənə etiraz edənlər də tapılacaq. Bəli, bütün hikmət cəmi bir kəlmə olan o qloballaşma sözünün içindədir. Biz bilirik bəşəriyyət mövcud olandan bəri dünyada aparılan müharibələr tökülən qanlar iqtisadiyyat və qüdrət toqquşması ucbatından olub(Təbii ki,söhbət işğalçı müharibələrdən gedir) Qloballaşma elə mədəniyyət formasını diktə edir ki,onun daşıyıcısı olan insana hər şeyi satmaq asan olsun.Məlum məsələdir ki,şərqdə yeyilən bir qida qərbdə yeyilə bilməz. Lakin 50 il sonra bütün bir vahid mədəniyyətə sahib bütün dünya yalnız bir qida sektoru və ya digər iqtisadi güclər tərəfindən idarə olunacaqsa niyə insanlar tədricən vahid bir mədəniyyətə tabe edilməsin?! Burada bir sual meydana çıxır: Axı bütün dünya vahid bir əldən idarə olunacaqsa bu günü-gündən artan insan kütləsini idarə etməyə necə bacaracaqlar? Və ən ümdəsi indi bütün insanlığı sıxan bu tənhalıq sindromunun bununla nə əlaqəsi var?
Texnologiya inkişaf edir. Texnologiya inkişaf etdikcə insanlara fərdiləşmə diktə olunur. Hər kəs özəldir,xüsusidir kimi alt şüura xitab olunan reklam çarxları bütün günü televizorda modernizmin bizə pıçıldadığı sözlərdir. "Sən ən gözəlinə layiqsən" Sənin üçün yaratdıq "və s. Sən. Bu insanı eqoizmə və mənmərkəzçiliyə götürən ən böyük yalanlardan biridir. Cəmiyyətə ilk addımın atan insan onu böyük uğurların gözlədiyini və özünün xüsusi olduğuna inamla gəlir. Lakin bütün bu umduqlarının yerinə onu cəmiyyətdə reallıqlar-umduqlarının heç yarısı belə qarşılamır. İqtisadiyyatın psixoloji əsaslarının olması məsələsini yalnız bununla sübut edə bilərəm ki, Fukuyama iqtisadiyyat üzrə Nobel mükafati alanda bəlkə də insanlar onun bir psixoloq olduğunu və iqtisadiyyatın psixoloji əsasları barədə elmi əsərinə görə bu mükafatı aldığını bilmirdi. İqtisadiyyatın insanların psixologiyası ilə birbaşa əlaqəsini quraraq bu gün dünya bazarında illərlə rəqabətə tab gətirən şirkətlər var. Bütün bunlar isə cəmiyyəti daxildən yoxsullaşdıraraq bir çox tənha insanların yaranmasına gətirib çıxardı. Artıq özünün xüsusi olması barədə nağıllarla böyüyən insanın real dostları az, paylaşdığı informasiya azdır.O özünə qapanıb.Onun ən yaxşı dostu son texnologiya və o texnologiyanın gətirdiyi qeyri-real həyatdır. (Bu anda atalar və oğulların mübarizəsi başlasa belə bu mübarizədə körpü üzərində qarşılaşan iki keçi kimi hər iki tərəf bəri başdan uduzub) Bəziləri real həyatın ilk silləsindən yerə yıxılaraq intihar edər, digərləri yarımadam olaraq davam edərlər. Onlar çoxdu. Tənha bir şəkildə evlənərlər, ailələri olar, amma onların daxilində bir sakitlikləri olmaz. Ailə daxilində Don Kixotla Sança Panso kimi olarlar. Fiziki bir yaxınlıqla az qala dünyanı dolaşsalar, belə hərə öz xəyalının hərə öz "dəyirmanın" arxasınca düşər. Cəmiyyəti bu girdabdan necə xilas etmək olar sualının yalnız bir cavabı var: Qohumluq və dostluq. İslam dinində insana əmr olaraq bir qanun gəlib:sileyi-rəhm. Açması qohumluq əlaqəsidir. Qohumlarla əlaqə niyə bu qədər vacib olsun ki? İnsan nəyə görə belə etməlidir ki? Çünki insanı içindəki o dəhşətli girdabdan yalnız o üzünə qapı bağladığı insanlar xilas edə bilər. Paylaşmaq bölüşmək xilas edər. Mənim qələbəliyim insanlarla doludur deyən dahi o insanları yaxınları ilə əvəzləsəydi yeniyetmə tənhalığından qurtulmuş olardı. Qayıdım Drayzerin "Dahi"si Yucinə. Bohem həyatın sərxoş etdiyi Yucin əllərini körpə qızına uzadan zaman anlayır ki,artıq həyat onun üçün dəyişib. Artiq o başqası üçün yaşamalıdır, mübarizə aparmalıdır.Yaşamağa artıq bir səbəbi vardır. Bəli yaşamağa səbəb ,ölməyə səbəb olmalıdır. Səbəbsiz insan məhvə məhkumdur. Emil Zolyanın Suvarinin ("Germinal")belə səbəbi var idi o mədən quyuların partladanda....
Amma Kamyunun "Yad"-nın əlində heç bir əsas yox idi. O öldürəcək qədər tüfeyli,yaşayacaq qədər həvəssiz idi...
Ülviyyə Tahir
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR