Həyat uşaq kimidir, nəyin olmasını istəmirsənsə, nəyə qadağa qoyursansa, o hökmən olmalıdır, baş verməlidir, onu həyat bizə etməlidir… Nə ki, “Yox, olmaz” kateqoriyasına daxildir, o mütləq olacaqdır..
Həyat zebra kimidir, ağ-qara zolaqlı yolları var, işıqfor var yolayrıcında, sənin yolun olanda keçməlisən o keçid yoldan-zebradan, həyatda piyadasan… Cərimələnməmək, problemlər tərəfindən vurulmamaq, sağlam qalmaq üçün yolu düz və vaxtında keçməlisən…
Həyat bina kimidir, daş üstə daş qoyub, min bir əziyyətlə tikirsən evini, evin olur, sonra bir səhvin, kənar amillərin təsiri ilə tikdiyin evin dağılır, qalırsan evsiz…
Həyat reklam kimidir, sənə lazım olmayanları gündəmə gətirir, şüuraltına təsir edib, onu əldə etməyə məcbur edir, hər kadrında təriflər, 25-ci kadr effekti ilə lazımsızı lazımlı etməyə çalışır…
Həyat film kimidir, səni oyunçusu edib özünə, rollara girirsən, başqası olursan, olmaq istəyirsən, başqasının həyatını yaşayırsan çox zaman…
Həyat zaman və məkan kimidir, tez-tez dəyişir, unudulur, təkrarlanır, əvəz edilir, bəzən isə bir daha təkrarlanmır, əvəz edilmir…
Həyat istirahət, əyləncə kimidir, sənə lazımdır, yaşamaq istəyirsən, amma baha başa gəlir bu istək və həyat tərzi…
Həyat təbiətin dörd ünsürü kimidir, bəzi məqamlarda od kimi yandırır, bəzən isidir, su kimi yol açır özünə, sel kimi yuyub aparır önünə çıxanı, torpaq kimi məhsuldar hadisə, xəbər və tanışlıqlar verir bizə həyatın barı olaraq, meyvələrindən yeyirik, bəzən acı olur, bəyənmirik, bəzən şirin, sevirik bu dadı, bəzən isə torpağa yola salır bizi son məkan kimi, bəzən isə hava kimi nəfəsimizə çevrilir, oksigenimiz olur, bəzən isə külək kimi əsib, bizi şimal küləyitək qaçırdır, qovur, tənginəfəs edir, cənub küləyi kimi mülayimlik gətirir…
Həyat ulduz kimidir, uzaq, əlçatmaz, arzulanan… Kiçik görsənir bizə, əslində çox böyükdür, miqyasını anlamırıq sadəcə…
Həyat göz yaşı kimidir, duzlu, saf, içdən, səmimi olur bəzən.. Göz yaşları kimi qəlbindən xəbər verər, ruhunu açar insanlara müəyyən şərait və vaxtlarda…
Həyat insanın yaş dövrləri kimidir, uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq, hər yaş dövrünə keçid dövrümüz də olur… O zaman biz dəyişirik, dəyişdirir bizi bu həyat… Əvvəl uşaq kimi məsum olur, sonra bir az bicləşir, böyüyür, böyüdükcə, təcrübə yığır, sonra gəncləşib çılğın, enerji ilə dolu olur, sonra qocalır, üzü ölümə aparır bizi…
Həyat xəbər kimidir, gözləyirsən yolunu, bilmək istəyirsən, bəzən səni məyus edir pis olmağıyla, bəzən isə sevindirir…
Həyat demokratiya, azadlıq kimidir, hamı istəyir, azad və demokrat yaşadığını düşünür, amma əslində nə azad olur, nə də demokrat… Həyatın özü isə əslində hərdən radikal olur, hərdən tolerant…
Həyat medal kimidir, görmək istədiyin tərəfini görürsən bəzən, atırsan yuxarı mərcə girərkən, bəzən uduzursan, bəzən udursan, görmədiyin tərəfi də göstərir sənə həyat, istəsən də, istəməsən də…
Həyat qanun kimidir, yazılmışı da var, yazılmamışı da… Əməl etməlisən ona, məcbursan deyə… Pozsan bu qanunları həyat səni pozar…
Həyat pul kimidir, hamıya lazımdır, amma hər adam qismət olmur, bir nəfərdə az olur, başqasında isə çox…
Həyat vərdişlər kimidir, asılılıqlar yaradır insanda… Asılı olursan həyatından, narkotikan olur, uyudur səni, beynini, hərəkətsiz olursan həyatın şoklarından, bəzən içirsən həyatı şərab kimi unudulmaq üçün, bəzən isə ehtirasa gətirir, unudursan haradasan, kiminləsən…
Həyat kölgə kimidir, gün ərzində zamana uyğunlaşaraq, ya səni ötüb keçir, bir addım öndədir, onu görmək üçün önünə baxmalısan, ya səndən geridə qalıb, bir addım geridə, onu görmək üçün arxaya dönməlisən, ya da bərabərindədir, görə bilmirsən…
Günel Fərhadqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Toyuq buğlama (foto resept)
Möhtəşəm ziyafət donları
Hissləri güclü olan insanların ən diqqətə çarpan 17 xüsusiyyəti
Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Əsl məhəbbət necə olur?
Redaktor brauzerdə işə salındı
Saç tökülməsinə mane olan qidalar
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı
2 mindən çox əcnəbi qaydaları pozub
Tarkan şahzadə ilə qonşu olacaq
Solyari dəri xərçəngi əmələ gətirir?
Mina partladı: 5 hərbçi yaralandı
Hava ilə bağlı vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
Xəzərdə zəlzələ olub
Ermənistan Rusiyadan niyə uzaqlaşır?
Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Ermənistan prezidenti koronavirusa yoluxdu
İşğaldan azad edilmiş Qubadlı ilə bağlı yeni qurum yaradıldı: Rəis təyin olundu
Suçiçəyi xəstəliyi
Koronavirusla bağlı SON STATİSTİKA
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Üzdə məsamələri bağlayan maska.
Azərbaycanda zəlzələ olub
Ev üsulu "Twix" şokoladı (foto resept)
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
15 dəqiqəlik görüşünü hərraca qoydu
Şəhər sakinləri Ərdoğanı kəfənlə qarşıladılar
"Kök deyiləm sümüklərim ağırdır"
Putin Lukaşenkonu Moskvaya çağırdı
İlin ilk günəş tutulması belə olacaq
Sabah çətir götürməyi unutmayın
4 qollu, 4 ayaqlı uşaq doğuldu - FOTO
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI
Saxta kölgələr
Ronaldu hönkür-hönkür ağladı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ramazanda 5 möcüzəvi qida
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Sosial şəbəkələrdə yayılan video ilə bağlı - Aeroportdan açıqlama
Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir
Sabah Bakının bu hissələrində qaz olmayacaq
Əhya gecələri nə zamandır?
Sabahın HAVAsı
Türkiyədən Qarabağ BƏYANATI
Saçaqlı geyimlər
Tarkan atalığa indidən hazırlaşır
- ŞƏRHLƏR