Hörmətli valideyinlər, aşağıdakı yazı türk psixoloqu Nurzat ÖZNUR tərəfindən yazılmışdır. Xahiş edirik, bu məktubu sizə öz uşağınızın yazdığını düşünərək oxuyun və uşaqlarınıza ona görə davranın.
Ailəmə məktub!
Sevgili Anam, Atam:
Bütün duyğu və düşüncələrimi dilə gətirə bilsəydim, sizə bunları söyləmək istərdim.
Davamlı bir böyümə və dəyişmə içindəyəm. Sizin uşağınız olsam da, sizdən ayrı bir şəxsiyyət inkişaf etdirirəm. Məni tanımaya və anlamağa çalışın. Sınaq ilə öyrənərəm. Oyunda, yoldaşlıqda və işlərimdə mənə azadlıq verin. Məni hər yerdə, hər zaman qorumayın. Davranışlarımın nəticələrini özüm görsəm, daha yaxşı öyrənərəm. Buraxın, öz işimi özüm görüm.
Böyüdüyümü necə anlayaram?
Böyüməyi çox istəyirəmsə də, ara sıra yaşımdan kiçik davranmaqdan özümü ala bilmirəm. Buna əhəmiyyət verməyin, amma məni də dəcəl öyrətməyin. Həmişə uşaq qalmaq istəyirəm sonra. Hər istədiyimi əldə edə bilməyəcəyəmi bilirəm, ancaq siz verdikcə almadan edə bilmirəm. Mənə yerli yersiz söz də verməyin. Sözünüzü tutmayınca sizlərə güvənim azalır.
Mənə qəti və qərarlı davranmaqdan çəkinməyin. Səhv hərəkət etdiyimi görüncə mənə qadağalar qoyun. Qoyduğunuz qaydaların və qadağaların hamısını bəyəndiyimi söyləyə bilmərəm, ancaq heç əngəllməyincə da nə edəcəyimi bilmirəm. Əsassız davrandığınızı görüncə həm tərəddüd edirəm, həm də bundan faydalanmadan keçə bilmirəm.
Nəsihətlərinizdən çox davranışlarınızdan təsirləndiyimi unutmayın. Məni böyüdərkən ara-sıra səhvlər edə bilərsiniz. Bunları tez unudaram. Ancaq bir-birinizə hörmət və sevginizin azaldığını görmək məni yaralayar və davamlı narahat edər.
Çox danışıb, çox qışqırmayın. Yüksək səslə deyilənləri heç eşitmirəm. Yumşaq və qəti sözlər məndə daha yaxşı iz buraxar. "Mən sənin yaşındaykən" deyə başlayan sözləri həmişə qulaq ardı edirəm.
Kiçik səvlərimi böyük səvh kimi qəbul edib minnət qoymayın. Mənə yanılma payı buraxın. Məni qorxududaraq günahkarlıq duyğusu aşılayarqk ağıllandırmaya çalışmayın. Dəcəlliklərim üçün məni pis uşaq kimi qələmə verməyin. Yanlış davranışlarımın üzərində dayanıb onları düzəldin. Cəza vermədən əvvəl məni dinləyin. Günahım keçmədiyi müddətcə cəzama dözməyə hazıram.
Məni dinləyin, öyrənməyə ən yaxın olduğum zamanlar sual soruşduğum anlardır. Cavablarınız qısa və dəqiq olsun. Məni bacara bilməyəcəyim işlərə məcbur etməyin, amma bacara biləcəyim işləri də etməyimi gözləyin.
Məndən yaşımın üstündə yetkinlik gözləməyin. Bütün qaydaları birdən öyrətməyə cəhd etməyin, mənə vaxt verin. Yüzdə yüz dürüst davranmadığımı görüncə hürkməyin. Məni küncə sıxışdırmayın, sonra yalana sığınmaq məcburiyyətində qalaram.
Sizi çox incitsəm belə, soyuqqanlılığınızı itirməyin. Əsəbi olmanızı haqlı görə bilərəm, amma məni alçatmayın. Hələ başqalarının yanında tənqid etməyin. Unutmayın ki, mən də sizi başqalarının yanında pis vəziyyətə sala bilərəm.
Mən haqsızlıq etdiyinizi anlayınca açıqlamaqdan çəkinməyin. Üzr istəməniz sizə olan sevgimi azaltmaz, əksinə məni sizə daha çox yaxınlaşdırır. Əslində mən sizləri olduğunuzdan daha yaxşı görürəm. Mənə özünüzü yanılmaz və əlçatmaz göstərməyə çalışmayın. Yanıldığınızı görüncə kədərim böyük olur.
Yuxarıda sıraladığım istəklər sizə çox gəldisə, bir çoxundan vaz keçə bilərəm. Yetər ki, məni mən olaraq sevəcəyinizə olan inamım sarsılmasın. Məndən "Nümunə Uşaq" olmamı istəməsəniz, məndə qüsursuz Ana-Ata olmanızı gözləmərəm. Mehriban və anlayışlı olmanız mənə yetər.
Sizin uşağınız olaraq dünyaya gəlmək mənim əlimdə deyildi, amma seçim haqqım olsaydı sizdən başqa kimsənin uşağı olmaq istəməzdim . Sevgilərimlə, övladınız...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən gülməli heyvanlar
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Güləşçimiz bürünc medal qazandı
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Hormonal dərmanlar mədəni yıxır
Ağ pizza (foto resept)
Azərbaycan Türkiyə mediasının gündəmində
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Koronavirusu qəsdən yayan adam öldü
1000 manat istəyənlərin nəzərinə
Mənə namaz necə nəsib oldu
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Bu gün 36.613 şagird imtahan verəcək
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Kəsmikli gül peçenyesi (foto resept)
Priyanka Çopra “Matrix 4”də çəkiləcək
Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?
Gözəllik üçün sağlamlığından olanlar
Azərbaycanın rəy və təklifləri BMT baş katibinin hesabatına daxil edildi
Sabahın HAVASI
Sağlam böyüməyinə kömək edin
Qadın şəkilli dollar...
Pəhriz üçün möcüzəvi qidalar
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
Azərbaycanda qar yağacaq
Bu günün hava proqnozu
Ancelina Colidən qorxulu etiraf
Gəncədə reyd keçirilib
Gürcüstanda üç soydaşımız ölkə parlamentinə seçildi
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Leyla Əliyeva Venesiyada
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
Əfsanəvi maşın geri qayıdır
Bakıdan erməni əsilli Rusiya vətəndaşları ilə bağlı sərt RƏSMİ CAVAB
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
Şəkərbura (foto-resept)
Bakı metrosunun kart sistemində yenilik
Bu qida C vitamini mənbəyidir
Ronaldo Evləndi-FOTO
Günün qoroskopu:Vədlərinizi yerinə yetirin!
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
Bunlar uşaqlarınızın inkişafını ləngidir
"Red Bull" pilotu: "Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür"
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
Toyuqla şəkil paylaşdı - hamı güldü
"Qanlı Ay" tutulmasından FOTOlar
Sezonun trendi: Albalı
Günün ulduz falı
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi
- ŞƏRHLƏR