Arzular gerçəkləşir, bilirsən?! Bilməmiş olmazsan!
Axtaran da tapır… Təsadüflər də zəruriyyətdən doğur…
Səni əslində heç axtarmırdım, təsadüfən tanış olduq, heç dost deyildik, əslində, ancaq “salam, sağ ol”umuz var idi səninlə…
Amma ən yad insan belə elə bir an olur ki, doğmalaşır insana… Yadlar doğma olur, sonra isə yadlaşır yenə də…
Bilirsən, həyatımızda nə baş verirsə, nə baş vermirsə, yeri var, deməli belə olmalıymış, amma insanın özündən çox asılıdır onun həyatı… İnsan özü seçir, özü qərar verir, özü yaşayır öz həyatında…
Bilirsən, belə doğma olacağımızı gözləmirdim, amma təəccüblənmədim də… Çünki özümü yaxşı tanıyıram… Məni bir günə tanımaq olur, mənə bir gündə bağlanmaq olur… Mənlə bir gündə doğmalaşmaq çətin deyildir əslində, əsl insana, istəsə əgər…
Bilirsən, həyat məktəbdir, doğulduğumuz gündən ölənədək dərs keçir bizə bu həyat, dünya, digər insanlar, öyrənirik, nəyisə, kimisə… Yeni nəsə görür, eşidir, duyur, hiss edir, yeni nəyəsə toxunuruq… Hər günümüz fərqlidir, bənzəməz bir-birinə insanlar kimi…
Yeri var, səninlə bu həyatda yaxşının da, pisin də…
Soyuq havada küləkdə səndən bərk tutmağın, qoluna girib, küləkdən sənin varlığınla qorunmağın öz yeri var…
Soyuq havada, qarda, yağışda yolda suya girməyin, yağışa düşüb islanmağın, bir az soyuqlamağın, sonra qızınmağın, külək və qar, yağışdan qaçmağın öz yeri var…
Qaçarkən əlimdən tutmağın, yağışda məni qucaqlamağın, öpməyin, gözlərimə sakitcə, bir söz demədən baxmağın öz yeri var…
Soyuqdan üşüyərkən sənin qucağında qızınmağın, başımı boynuna qoymağın və sakitcə oturmağın öz yeri var…
Əllərimizi birləşdirərək, əl barmaqlarımızı haçalamağımızın öz yeri var…
Sənlə nahar etməyin, şam yeməyini yeməyinin, çay içməyin belə öz yeri var…
Sadəcə hər mövzuda susmağı, danışmağı, müzakirə etməyi mövzuları öz yeri var…
Sənlə gələcəyi müzakirə etməyin yox, keçmişi xatırlamağın, bu günümüzü yaşamağın öz yeri vardır…
Hər bir əsl qadına, əsl kişi lazımdır, bilməmiş olmazsan… Deyəsən, sən o əsl kişisən mənim üçün… Tələsmək, yanılmaq istəmirəm sadəcə olaraq…
Sənlə sanki real həyatın bir yuxusu, nağılındayam, amma yaşayıram real həyatda, yaşadırsan mənə o sevinci, xoşbəxtliyi, unutdurursan pis anları, qəlbimi fərəhləndirə bilirsən, sənin öz yerin var qəlbimdə artıq…
Səninlə oyun oynamağın, məktəbini keçməyin öz yeri var, maraqlı insan, pedaqoqsan, bilirsən yəqin… Hər dəfə nəsə öyrənirəm səndən, bu dərslərin, bilik və təcrübənin öz yeri var…
Sənin yanında özümü rahat, sakit, əsəb olmadan hiss etmək, özüm kimi olmaq, səmimi və təbii olmaq və bundan ehtiyat etməməyin öz yeri var…
Sənin demokratik, tolerant, liberal dünyagörüşün, azadlığa və insanlara hörmət etməyin və insanları olduğu kimi qəbul etməyin, özünə rəva bilmədiyini başqasına rəva bilməməyinin öz yeri var…
Ehtirasın var, odun var içində… Tükənməz, bitməz, o odunda qızınmağın, o ehtirasınla yanmağın öz yeri var…
Bəlkə də, sənin olmağın da öz yeri var…
Əllərində, isti nəfəsində, dərin baxışında əriməyimin də öz yeri var…
Zərif toxunuş və mehriban, mənalı baxışlarında da, itməyimin də öz yeri var…
Mənə olan diqqət, qayğı, hörmət, insani münasibət, etibar, anlayışının, dəstəyinin öz yeri vardır…
Sevgiyə inanmıram, məni sevənlərə də…
Sənsə məni sevmirsən, buna çox sevinirəm…
Təşəkkür edirəm sənə, sənin öz yerin var, yerini itirmə həyatımda və qəlbimdə…
Günel Emin Fərhadqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan üçün böyük qorxu
Günün qoroskopu: Uğurlu gündür!
Metro sərnişinlərinə şad xəbər
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Say və əvəzliyə aid sınaq sualları
Yazda bədənə canlılıq
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Diqqət! Diqqət! Danışır Bakı!
Qız olmaq asandır?
Makiyaj çantanızda nələr var?
Yelena görənləri heyrətləndirir-FOTO
Sevən şəxsin 8 davranışı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sevgi dünən və bu gün
Cennifer yenidən Diqqət Mərkəzindədir
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
İstanbulda əsrin kəşfi
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
“İşsizlik terror problemi qədər ciddidir”
Evlilik sonrası kökəlmədən qorunun!
Günün ulduz falı
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Şakira AYRILIQ xəbərlərini bu cür Yalanladı-FOTO
Misirdə mağara məbədi
İnsanı kökəldən qidalar
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
Uşağın yuxusunu qoruyun
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Qladiatorlar haqqında
Cəlilabad rayonu
Türksayağı tomat şorbası (foto resept)
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
“WhatsApp”a yaşıl işıq
Küncütlü paxlava (foto resept)
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yazmağa başlayıram - 4
Kukla sənəti
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Bəzi rayonlarda qaz olmayacaq
Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)
Mətbəx pərdələri
İranda boşanma halları artıb
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Zövqlü geyim nümunələri
Çay ağacı yağının dəriyə faydaları
Koçaryan yenidən hakim qarşısına çıxarılır
- ŞƏRHLƏR