Təbiət elmlərində də ehtirasın baş alıb getdiyi, cəbhələşmə əmələ gəldiyi hallar olur (riyaziyyatda - intuisionizm və konstrutivizm, D. Hilbert, L.E.J. Brouwer, H. Weil, K. Godel; fizikada - kvant, fizikasının əsaslandırılması, nisbilik nəzəriyyəsi, vahid meydan nəzəriyyəsi...). Lakin burada hər kəsi qane edən, inandıran, mübahisənin söykəndiyi riyazi- məntiqi-təcrübi isbat və sınaq var! Fluktuasiya zamanı təsadüf rol oynayır, nə olacağını, nə baş verəcəyini demək, fəhm etmək olmur, bir hissəcik və ya bir qrup hissəciklər sistemi yeni bir hala apara bilir. Sonra dayanıqlı hal alınır, tarazlıq baş verir, “qanunlar”, “normalar” işləməyə başlayır. Müəyyən determinizm əlamətləri özünü göstərir (yeni bifurkasiyaya qədər). Tarixin gedişi belə deyilmi? Bəşər övladının yolu enişli, yoxuşlu, döngəli, yolu azmaq, yana və geriyə getməklə dolu deyilmi? O başqa cür də, başqa yolla da gedə bilərdi... Bunun metodoloji, evristik dəyəri, zənnimcə, şübhə doğurmamalıdır. Hər yolun gedilməsi ehtimalı mövcuddur, hərçənd ki bu ehtimalları hesablamaq çətin işdir, hansının daha böyük, hansının daha kiçik ehtimalla baş verməsini araşdırmaq daha ağlabatandır... Böhran vəziyyətlərində, inqilablarda hadisələrin gedişi sanki dumana bürünür, hisslər, ehtiraslar, şəxsi iddialar işə düşür, onlar axını öz arxalarınca aparmağa çalışır və bir sıra hallarda buna müvəffəq olurlar. Sosial sistemlər ölə bilər, onların içində yetişmiş mədəniyyət isə davam edə bilir (yox olmuş, çökmüş sivilizasiyalar kimi).
Fransız bioloqu, biokimyaçı və filosof, Nobel mükafatçısı Jacques Monod (1910-1976) “Təsadüf və Zəruriyyət” (Orijinalda: “Le hasard et la nécessité, 1970) əsərində “həyat tam təsadüfün məhsuludur” tezisini əsaslandırmağı özünə məqsəd qoymuşdu. “Təkamülün kökündə təmiz, tam təsadüf, mütləq, amma kor azadlıq durur!. Təbiətin əsas postulatı “heç bir plan, niyyət yoxdur” müddəasından ibarətdir. O, Demokritosun fikrinə istinad edir: “Kainatda mövcud olan hər şey təsadüf və zəruriyyətin məhsuludur”. J. Monod azad iradənin, seçimin üstün rolunu, üstün dəyərini əsas etik prinsip olaraq irəli sürür. Fəlsəfənin əsas problemlərindən biri bilik və dəyər sferaları (şahlıqları) arasındakı münasibətdir. Bilik mövcud olan, var olandır, dəyər isə olması istənilən, arzu olunan, nəzərdə tutulandır. Dəyərlər sistemini bilik sistemindən almaq, məntiqin gücü ilə əldə etmək mümkün deyil.
Qanun, ümumiyyətlə, təşkiledici ünsürlər arasında ümumi terminlərlə ifadə oluna bilən əlaqə və ya əlaqələr qrupudur. Humanitar və sosial elmlərdə bu təşkiledici ünsürlər hissi xarakterlidir, canlıdır, ehtiraslıdır, dəyişkəndir. Onların necə dəyişdiyini hər zaman bilmək olmur. Bu səbəbdən burada təbiət elmlərinə bənzər qanunlar tapmaq olmur. Şüur azad iradəni yönəldir, lakin o, tam hakim deyil, böyük bilincaltı, aysberqin bu görünməyən böyük alt tərəfi gözəgörünməz və güclü, bəzən də həlledici rol oynayır. Şüur özü də heç də həmişə məntiqə və təfəkkür qanunlarına boyun əymir, onları kefi istədiyi şəkildə poza bilir. Üstəlik, cəmiyyət və onun normaları bu azad iradəni hər zaman sıxışdırmaqdadır. Tarix subyektivliyin, fərdin azad iradəsinin və obyektivliyin, cəmiyyətin istəklərinin üzvi vəhdətidir. Aşağıdakı sxem bu qarşılıqlı təsirləri göstərir:
Fərd ↔ ↔ ↔ ↔ ↔Cəmiyyət ↕ ↕ Azad iradə ↔ ↔ ↔ Normalar
Ümumiyyətlə, yeni ideyaların yaranması (generasiyası, dizaynı, şəkilləndirilməsi) Nietzsche`yə görə xüsusi baxışlardan, perspektivlərdən, paradiqmlərdən qaynaqlanır. Konseptual sxemlər, həqiqət olaraq axtardığımız perspektivlər çoxdur, çoxsaylıdır. Yəni mütləq və tək həqiqət yoxdur, bir çox perspektivlər var, əlbəttə ki, onlar eynigüclü deyillər (Perspektivizm nəzəriyyəsi). İspan filosofu José Ortega y Gasset (1883-1955) də bu cərəyanın tərəfdarıdır.
XƏBƏR LENTİ
Özcan Denizdən yeni FOTO
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Nika Huk
Kələm salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi - FOTO
HAVA necə olacaq?-31 yanvar
Ev üsulu toyuq kolbasası (foto resept)
Lauranın əl işləri
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Mixəyin dəriyə faydası
Günün ulduz falı
Azərbaycanın daha yeddi kəndi azad olundu
Ermənilərin oğurluğu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Hər qadın 2 kq kosmetika yeyir
Hande Ataizi ərə gedir-FOTO
Qəzet oxumaq tərziniz xasiyyətinizdən xəbər verir
Qara nöqtələrlə mübarizə aparan 4 pilinq (video)
"Qarabağ" rəqibini darmadağın etdi
Saxta dostu necə tanımalı?
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 321 yeni yoluxma
Əli Babacan: "Azərbaycan qardaş ölkədir"
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
Ermənilər Laçında Su Elektrik Stansiyası tikirlər - FOTO
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
“WhatsApp” yeni rekorda hazırlaşır
Payız depressiyasından xilas olmağın yolları
Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Azərbaycanda toylar qadağan edildi - RƏSMİ
Ziyafət çantaları
Kəsmikli alma piroqu
Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı-RƏSMİ
Post modern kilsələr
"Google"dan sevindirəcək yenilik
Göy rəngi sevən xanımlar üçün
Türkiyə kuboku: "Beşiktaş"da getdi
"Kosmosda da müharibə aparacağıq" - ABŞ HHQ qərargah rəisi
Hər kəs bu itdən danışır-FOTO
Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib
“Instagram”da yeni funksiyalar
Geyim kombinasiyaları
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Zəhərli qidalar
Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib
- ŞƏRHLƏR