Brooklyn körpüsündə, bir bahar günü, kor bir adam dilənçilik edirmiş. Dizlərinin dibinə bir lövhə qoyub, üzərinə də “doğuşdan kor” yazıb. Hər kəs dilənçinin önündən laqeyidcəsinə keçib gedirmiş, bir adam bunu görüb. Lövhəni alıb arxasına nə isə yazıb, olduğu yerə təkrar qoyub. Nə oluduysa o zaman oldu, gəlib-keçən və bu lövhədəki yeni yazını oxuyan hər kəs, başlayıb dilənçinin önündəki şapkaya pul atmağa ... Bir cümlə yetib o qədər insana təsir etməyə və dilənçinin şapkasının pulla dolub-daşmasına:
“Gözəl bir bahar günü ... Amma mən baharı görə bilmirəm ...”
Kəlmələrdir qarşımızdakı insanla aramızda körpülər quran, anlaşlmamızı təmin edən və qarşımızdakı insana bizi anladan. Bax bu səbəbdən, kəlmələrin doğru seçilmiş olması, cümlənin içində bizi ən doğru şəkildə ifadə etməsi lazımdır.
Ünsiyyət qurmağın ən təməl ehtiyac olanı danışmaqdır. Danışmaqsa, doğru söz və kəlmələrlə mümkündür.
İnsanların ən çox çətinlik çəktikləri mövzulardan biri anlamaq və anlaşılmaqdır. Bir çox insan anlaşılmadığını düşündüyü üçün özünü yalnız hiss edər. Bu yalnızlığı dəf etmək, insanlara qarışmaq və çevrə tərəfindən etibar görmək bəzi zaman doğru danışmaq, kəlmələri doğru istifadə etməklə mümkündür. Kəlmələri doğru ifadələrlə istifadə edərək qarşımızdakı insanı təsir altına ala bilir, marağını çəkə bilir, yaxşı bir təəssürat yarada bilərik.
Kəlmələrinizi dəyişdirin dünyanız dəyişsin!
Kəlmələr fərqində olduğunuzdan daha çox gücə sahibdir. Ailə və dostluq münasibətlərində, sosial çevrə ilə olan münasibətdə, iş həyatında danışmağın lazım olduğu hər yer və durumda kəlmələrin müqayisə edilməz bir gücü vardır. Bəzi zamanlarda problemi həll etmək, bəzi zamanlarda xəstəliklə mübarizə aparmaq, şüuraltına təsir etmək baxımından da, önəmli rola malikdir.
Kəlmələrin yaxşılaşdırıcı gücə malik olduğuna inanılır. Fəqət çoxumuz bədbin düşüncələrə köklənərək yaşadığımız üçün bu yaxşılaşdırıcı gücün fərqində olmarıq. Düşüncələrimiz avtomatikdir. Əksər vaxtlarda avtomatik olaraq bədbin düşüncələrimiz özlərini təkrar edər. “Etməyəcəyəm”, “ Bacara bilməyəcəyəm” , “Heç cür xoşbəxt ola bilməyəcəyəm” və s. Bu kimi kəlmələrin şüuraltımızın əks olması, avtomatik düşüncələrimizin yaratdığı sanki bir dağarcıkdır. Həyatımızda bəd bir şeylərin olacağına inanır, gözləyərik. Kəlmələrin bu gücü isə, doğrudan bacara bilməyəcəyimizə inandığımız o işi uğursuz edər, ya da bizi bədbəxt. Kəlmələr əgər bu qədər güclü təsir edə bilirsə, davranışlarımızı müsbət yöndə təsir etmələrini təşkil etməkdə mümkündür.
Həyatımızı daha da, gözəlləşdirmək adına, müsbət kəlmələrin gücündən faydalana bilərik.
Kəlmələrlə düşünür, düşüncələrlə duyqulanarıq. Duyğularımız isə davranışlarımızı müəyyən edər. Davranışlarımızın təsirləndiyi, düşüncələrimiz bəzi zaman bizi müvəffəqiyyətə apararkən, bəzi zamanda öz-özümüzü üzməyimizə səbəb olur. Bax tam elə bu nöqtədə düşüncələr, insan həyatına təsir edər. Bu nöqtədə edilməsi lazım olan isə, düşüncə tərzini dəyişdirməkdir. Edilməsi asanlıqla mümkün olmayan, uzun mücadilələr tələb edən düşüncə dəyişiklikləri üçün isə ilk addım: bədbin cümlələrin yerinə nikbin kəlmələrdən qurulan gözəl cümlələr qurmaqdır.
Kəlmələri iki qrupa ayıraqın. Birinci qrup kəlmələrimiz: sevgi, mavi, sülh, qardaşlıq, cəhrayı, cənnət, eşq, xoşbəxtlik olsun.
İkinci qrup kəlmələr isə: qan, şeytan, ölüm, nifrət, kəfən, qara olsun.
Birinci qrup kəlmələr, şüuraltına müsbət şeylər düşündürüb və hiss etdirirkən, ikinci qrupdakı kəlmələr isə, şüuraltına mənfi təsir edərək bədbin fikirlər yaradır. Seçdiyimiz kəlmələrlə öz düşüncələrimizi ya da qarşı tərəfin düşüncələrini müəyyən etmək misaldakı kimi mümkündür. Qurduğumuz cümlələrdəki ifadələrdə, istifadə etdiyimiz kəlmələrə xüsusilə diqqət edərkən düşüncələrimizdə dəyişiklik etmək mümkündür.
Psixoloq: Filiz Okuş Tezel
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Türkiyədə matəm elanı
Azərbaycanda istirahət günü hava necə olacaq?
Övladlığa uşaq götürən xarici məşhurlar
Fransada təcili yardım xidmətləri ödənişli olacaq
Kiçik evlər üçün səliqəli dekorasiya nümunələri
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır - ŞƏRTLƏR
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Traktorun çömçəsindən suya kəllə vurmaq üçün istifadə etdilər - VİDEO
Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?
Körpələrdə barmaq sorma və qəbizlik
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Ving Çun
Bakı Şərqlə Qərbin qapısı sayılır
"Bunun qarşısını ala bilməyəcəyik"
Toy bataqlığından necə qurtulmaq olar?
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Ərdoğan sərt xəbərdarlıq etdi
Oxu dəbdədir
“McDonald's”lar bağlandı
Robert Jurakın əl işləri
Məşhur markaların sahibləri kimlərdir?
Sadəcə sevgi...
Ətin qiyməti düşdü, alan qaçdı
Mövsüm dəbi
QASIRДћA ABŞ-a yaxınlaşdı
Körpələrə vurulan peyvəndlər
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
"Oskar"-2015
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
1-ci sinfə gedənlər üçün
Bu gündən karantin rejimi sərtləşdirilir
Banklar dollar kreditlərində bizi necə aldadır?
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
İlham Əliyev və Mehriban Əliyeva AXC-nin 100 illiyinə həsr edilən konsertdə olublar-FOTO
Heyvali piroq (foto resept)
Günün ulduz falı
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Balerina (rəqqasə) pəhrizi
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Qırmızı şərabın faydaları
Ermənilərdən yeni oğurluq
Yumşaq tort keksi (foto resept)
"Alf" serialının ulduzu vəfat etdi
Nazirdən təhsillə bağlı əmr
Hamiləlik dövründə qidalanmağınıza diqqət edin
- ŞƏRHLƏR