Deyirəm həyat necə də qəribədir.Dünyaya gəldiyin,böyüyüb boya-başa çatdığın ailəndən nə vaxtsa ayrılacağını heç düşünmürsən.Orta məktəb oxuyursan,tələbə olursan,işləyirsən....və 1 də gözünü açırsan ki,vağzalı sədaları altında doğma Ana evini tərk edirsən...o an bizim də,Analarımızın da nələr hiss etdiyini bütün bunları yaşayanlar daha gözəl bilirlər.Əzizlərim,mən şəxsən öz fikirlərimi yazacam.Bildiyiniz kimi,ailədə 4 uşaq olmuşuq və Anam bizi təkbaşına,çox əzab-əziyyət çəkə-çəkə böyüdüb,heç kimdən yardım istəməyib,heç kimə ağız açmayıb.Hamımıza ali təhsil verib,ailə yiyəsi edib.Mən onun əziyyətlərini heç vaxt itirmərəm.
Ərə gələndən sonra Ana evimdən ötrü dəhşətli dərəcədə darıxmağa başladım.8 ildir ailə həyatı qurub uzaqlara gəlmişəm.İnanın mənə, bu illər ərzində Ana evimə doyunca gedib-gəlməmişəm.Hər dəfə Anamgildə olanda otaqların hamısını gəzirəm,uşaqlıq,gənclik illərimin kiçik də olsa 1 parçasını tapanda çox sevinirəm,baxıram,yada salıram,kədərlənirəm...Heç olmasa 1 həftə Anamgildə qalaydım deyə xəyal edirəm...
Acılı,şirinli ömür keçmişəm,
Yaxşını,yamanı görüb seçmişəm,
Evli-eşikliyəm var işim-peşəm,
Uşaqlıq həsrətim Anamgildədir!
***
Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə,
1 səs eşidirəm,qızım,gəl bizə,
Dizimin taqəti Anamgildədir!
***
Neçə anaya da anam Anadır,
Aləm 1 yanadır,o 1 yanadır,
O açan süfrədə şor da bal dadır
Ağzımın ləzzəti Anamgildədir!
***
Gəlinin,yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini,
Ərköyün böyüdüb nəvələrini
Hər kəsin qisməti Anamgildədir!
***
Qızına bilmirik oduna qazın,
Havası isinmir otağımızın
İndi duyuram ki,ocağımızın
Közü,hərarəti Anamgildədir!
***
Ömrün qar vaxtıdır,ağarıb saçım,
Məni ata bilir qardaşım-bacım
Çətində mən kimin yanına qaçım?
Ata şan-şöhrəti Anamgildədir!
Əziz Qadın.Net-li xanımlarımız! Bəs siz Ana evinizə gedəndə hansı hissləri keçirirsiniz? Ən çox kimdən və nədən ötrü darıxırsınız?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəbə kağız dərsliklər əvəzinə elektron dərsliklər aparmaq olarmı? - AÇIQLAMA
Serenay Sarıkaya "Çukur"a gəlir
Cəfərinin faydaları
Yer kürəsinin əkizi tapıldı
Dünyanın ən kiçik ölkələri
Şagirdlərin tətil müddətləri qısaldılacaq
Günün ulduz falı - 29.12.2013
Gökçə Bahadır 2 milyona ev aldı-FOTO
Parfüm: saxta məhsulu necə tanımalı
Bulqurun inanılmaz faydaları
Selülitdən yaxa qurtarmanın yolları.
Uşağı "pis yetişdirməyin" yolları (II)
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Bunları söyləyərkən rahat olun (1-ci hissə)
Künbəz tort (foto-resept)
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
2013 MTV Film mükafatları mərasimi
Bergüzarı "Şabaniye"yə bənzətdilər-FOTO
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Kremli kek (foto resept)
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
1,1 milyon insan qarət olundu
Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü
"Çelsi" "Real Madrid"in forvardını almaq istəyir
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Pulu qənaətlə necə xərcləməli?
Anar Məmmədxanovun vəfatından 5 il ötür
Armudlu piroq(foto resept)
İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır
Qurban bayramında neçə gün iş olmayacaq?
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dişimizdəki bakteriyalar
Musiqidən alınan keyfin sirri açıldı
Əmziyin xeyri və ziyanı
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
HAVA necə olacaq?
2019 gəlin makiyajı trendləri
2012-ci ilin bilərzikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aktrisa 21 il sonra məzunu oldu
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
İtalyan deserti (foto resept)
Hər kəsin təhlükəsizliyi təmin olunur
- ŞƏRHLƏR