Pislik hissi - başqa hisslər kimi insan üçün bəşər tarixi qədər ömrü olan mühüm bir haldır. Sağlam düşüncəli insan gərək pislik kimi bir hissdən uzaq olsun. İnsan ona pislik edənə yaxşılıq etməyə çalışmalıdır və yaxud da bunu Tanrı öhdəsinə buraxmalıdır. O, pislik kimi xoşa gəlməyən əməllərdən uzaq olmaqla, xeyirxahlığın toxumunu səpməklə, dünyanı sülhsevər edər. Hər kəsə pislik edəni bağışlamaq və onunla barışmaq tövsiyə olunur, bir insanın digər bir insanı lağa qoyması, insanların biri-birinə rişxənd etməsi pislənilir, insanlara bir-birinin eyblərini, sirlərini arayıb axtarmaq, biri - birinin qeybətini qırmaq kimi pis əməllərdən uzaq olmaq tövsiyə edilir və bunun da mükafatı vəd edilir.
Bu haqda Qurani Kərimin 42-ci surəsinin 40 –cı və 43 –cü ayələrində, həmçinin 49-cu surəsində bildirilmişdir.
Pislik etmək və ya qisas almaqla pislik etmək eynidir. Pislik edən onsuzda bu əməli edəndə nə isə bir ad qoyur. Heç kim demir ki, mən pislik etdim, əksinə deyirlər ki, əsəbi oldum, hirsləndim ya da qarşı tərəf düzgün hərəkət etmədi və s. Nəticədə isə pis əməl həyata keçir. Hətta hər hansısa bir bəraəti olsa da belə qisas - pislikdir. Bir qayda olaraq eyni yolla qisas alan insan, neqativ emosiyalara və hislərə uyaraq pilik eləmiş olur, bunun nəticəsində də insanın psixikası pozulur və insan haqq yolundan azır, yanlış yola düşür.
Qisasdan çəkinməklə insan özünü pis əməldən qoruyur, öz təmiz psixikasını, pak qəlbini qorumaqla İlahi elmini dürüst başa düşməkdə davam edir. Biz insanlar bəzən unuduruq ki, bütün insanlar Tanrının qullarıdırlar və O, hər bir insanı müəyyən bir dövrdən sonra haqq yoluna gətirir. Müəyyən insanlar tövbə edib haqq yoluna gəlirlər. Bu gün pislik edən insan sabah tövbə edib dürüst bir insan ola bilər, və həmçinin əksinə çünki heç kim səhv etməkdən və yolunu azmaqdan sığortalanmayıb. Bəlkə də sizə pislik edəni bağışlasanız və ya ona yaxşılıq etsəniz, o adam öz hərəkətindən utanıb, xəcalət çəkib haqq yoluna gələr. Və bununla da bir adamın haqq yoluna gəlməyində sizin böyük rolunuz olar və bu da sözsüz ki, böyük mükafata layiq görülər. Pislik etməyin, ancaq yaxşılıq edin və bütün insanları sevin, çünki onlar Tanrının bəndələridirlər.
İlham Abduyev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Azərbaycanda yeni virus aşkarlanıb
Obama 16 nəfərə medal verdi
Dırnaq boyasının tarixi
Xoşbəxt ailə niyə boşanır?
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
Tas kababı (foto resept)
Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları
İndoneziya qorxuya düşdü
Sadə manikür
Nikaha görə tibbi yoxlama həmişə effektlidirmi?
Gəlinciklər təbii makiyajla necə görünər?
Qu quşunun hazırlanması
İstanbul su altında
Stressə qidalarla qalib gəlin!
Soyuqdəymə əleyhinə pulsuz dərman
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
Günün ulduz falı - 18.03.2014
Kaktuslar və kompüter şüalanması (2)
Allergiya nədir?
Dünyaca məşhur cütlüyün qızı doğuldu
Şərqin böyük şəhərləri sular altında qalacaq
Bu filmlərə baxmaq pulsuzdur!
Azərbaycanda yol kənarında yaşayan insanlarla bağlı yeni qərar
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Sabah da qar yağacaq
Zəngilan rayonunun görüntüləri - VİDEO
Şeyma Subaşı ona gələn təkliflərdən danışdı_FOTO
Gənc göstərən makiyaj
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq
Armud şirəsinin faydaları
Balqabaqlı zapekanka (foto resept)
Bill Qeyts özünün "ağıllı" şəhərini tikəcək
HAVA necə olacaq?-29 yanvar
İrəvanın böyük müharibə mesajı
Prezident İlham Əliyev Salyan və Biləsuvar rayonlarında səfərdədir
Beyons yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO
Boksçularımız ermənilərə dərs keçdilər
Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
Məşhur aktyorun son halı sevənlərini qorxutdu-FOTO
Kəsmikli-şokoladlı peçenye (foto resept)
"Yeni il"obrazı
Zeze__cards - 2
Şəxsi avtomobillərdən istifadəyə icazə veriləcək - AÇIQLAMA
Daimi makiyajın incəlikləri
- ŞƏRHLƏR